Etnik toqquşma, yoxsa dövlətin zəifliyi? Gürcü politoloq Dmanisidə baş verənlərə aydınlıq gətirib

Analitika 16:28 17.05.2021

Dünən Gürcüstanın Dmanisi şəhərində svan adlandırılan gürcülərlə azərbaycanlılar arasında toqquşma baş verib. Hadisə azərbaycanlılara məxsus mağazanın qarşısında baş verib.

Dmanisidə yaşayan svanlarla baş verən dava mağazadan nisyə pivə almaq üstündə başlayıb. Mağazanın satıcısının verdiyi məlumata görə, bu cür insidentlər tez-tez baş verir. Bu dəfə isə dava kütləvi hal daşıyıb və 40-50 nəfərlik svanlar azərbaycanlılara hücum edib. Bu hadisənin video görüntüləri sosial şəbəkələrdə yayılıb və azərbaycanlıların narahatlığına səbəb olub.

Yerli azərbaycanlılar bu gün aksiya keçirərək etirazlarını bildiriblər. Onlar hadisənin etnik zəmində törədildiyini söyləyiblər. Bu gün Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq əhalini təmkinli olmağa çağırıb.

DİN mümkün olacaq hər hansı çaxnaşma zamanı öz səlahiyyətlərindən istifadə edəcəyi ilə bağlı xəbərdarlıq edib. Polis qarşıdurmada iştirak edən şəxslərin kimliyini müəyyən etdiyini və istintaq çərçivəsində bütün lazımi cinayət-prosessual hərəkətləri apardığını bildirib.

Bu hadisənin baş vermə səbəbləri və bənzər hadisələrin təkrarlanmaması üçün hansı tədbirlərə ehtiyac olması əsas suallar içindədir.

Eurasia Diary hadisə ilə bağlı gürcü politoloq Gela Vasadzenin fikirlərini alıb.

O, problemin kökündə bir neçə səbəbin dayandığını bildirib. Politoloq ilk olaraq hökumət və hüquq-mühafizə orqanlarının zəifliyinə diqqət yetirib. O, bu cür hadisənin bir neçə il əvvəl təsəvvürə belə, gəlmədiyini də qeyd edib.

“İnsanlar cəzalandırılmayacağını hiss edəndə cinayətə meylli olurlar. Çünki onlar bilirlər ki, hökumət onları ciddi şəkildə cəzalandırmayacaq. Lakin məsələni sadəcə bu amillərlə də bağlamaq olmaz. Hadisənin köklərində 1980-ci illərdə Svaneti ərazisində yerləşən gürcülərin kommunistlər tərəfindən köçürülməsi prosesi dayanır. Bu proses nəticədə yerli əhali ilə köçürülənlər arasında qarşıdurmaların yaranmasına gətirib çıxardı. Svanların köçürüldüyü yerdə gürcülər, azərbaycanlılar, ermənilər və yunanlar yaşayıb. Svanlar dağlı xalqıdır və onlar köçürüldüyünə görə hər cür mühitdə özlərini təhlükədə hiss edirlər. Sovet dağıldıqdan sonra hökumət gücsüz vəziyyətə düşdü. Bu zaman isə hər yerdə cinayətkar dəstələr yaranmışdı”, deyə Gela Vasadze söyləyib.

O, hadisənin tarixi köklərini izah edərkən Mixeil Saakaşvili dövrü zamanı problemlərin necə həll edildiyini dilə gətirib: “Saakaşvilinin hakimiyyəti dövründə sərt üsullarla nizam bərpa olundu. Lakin buna görə svanlarda hakimiyyətə qarşı nifrət yarandı. İndi isə hökumət yenidən zəifləyib və nəticə də göz qabağındadır. Hökuməti gücləndirmək və hüququn aliliyini təmin etmək vacibdir. Hətta bu belə, kifayət etmir. 30-40 il yerli əhali ilə birgə yaşayan eko-miqrantların reinteqrasiyası üçün proqramların həyata keçirilməsinə ehtiyac var. Bu çox uzun və əziyyətli prosesdir və heç kim də görmür”.

Politoloq bu cür hadisələrdə Azərbaycan dövlətinin hansı tədbirlər görə biləcəyi və ya Gürcüstanla birlikdə hansı addımlar atmağın mümkün olması sualını cavablandırıb. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan və Gürcüstanın birgə fəaliyyətinə ehtiyac yoxdur. Politoloq ilk növbədə Gürcüstan hökumətinin ciddi addımlarına ehtiyac olduğunu düşünür.

“Burada iş Gürcüstan hökumətinin üzərinə düşür. Etnik problemə gəldikdə isə sosial şəbəkələrdə alovun üstünə odun atacaq adamlar həmişə tapılır. Burada bizlərin məsuliyyətli olmağımız vacibdir. İnsanlara hadisələrin mahiyyətini obyekti şəkildə izah etməklə doğru məlumat ötürmək lazımdır. Bu cür hadisələrin kimin üçün sərfəli olduğunu izah etmək lazımdır. Burada müdrik olmaq və heç kimə ziyan verməmək lazımdır”, deyə Vasadze fikrini bitirib.

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı