İsraildə 12 ildən sonra ilk dəfə Netanyahusuz hökumət quruldu

Analitika 11:39 14.06.2021

İsraildə Baş Nazir Binyamin Netanyahunun “Likud” partiyasının daxil olmadığı yeni koalisyon hökumətin formalaşması haqqında məlumat öz təsdiqini tapdı. 25 il siyasi səhnədə 12 il Baş Nazir postunda olduqdan sonra ilk dəfə Netanyahu hökumətdən kənarda qalır.

Yeni yaradılmış koalisiya daxilində əldə olunan razılaşmaya əsasən, Baş Nazir postunu “Yəmin” partiyasının rəhbəri Naftali Bennet tutacaq. O, bu vəzifədə 2023-cü ilin sentyabrına qədər çalışacaq. Sonra isə 2025-ci ilin noyabrına qədər Baş Nazir “Eş Ətid” partiyasının başçısı Yair Lapid olacaq.

Bir qədər əvvəl İsrail parlamenti İshaq Qersoqu ölkənin prezidenti seçmişdi. Seçildikdən sonra ilk çıxışında o, İsrail cəmiyyəti daxilində “körpu” quracağına və “antisemitizm, İsrailə nifrət”ə qarşı mübarizə aparacağını bildirmişdi.

Naftali Bennet Baş Nazir vəsifəsinin icrasına başlaması münasibəti ilə artıq dünya liderlərindən təbrik mesajlarını qəbul etməyə başlayıb. Parlamentin etimadını qazanan “Yəmin” partiyasının rəhbəri Bennet 12 il vəzifədə olan Binyamin Netanyahudan Baş Nazir kreslosunu almağa nail oldu. Knessetin 60 deputatı onun lehinə, 59 deputat isə əleyhinə səs verdi, bir nəfər bitərəf qaldı.

Hazırki hökumət 8 partiyanın koalisiyası nəticəsində formalaşa bildi.

Naftali Bennet bazar günü ilk dəfə qısa məsləhətləşmə üçün Kabinetin ilk iclasını çağırıb. İlk çıxışı zamanı o deyib: “Biz vətəndaşlarımız arasında fikir ayrılığını aradan qaldırmaq və ölkəni normal fəaliyyətə qytarmaq üzərində çalışacağıq”.

Yeni hökumət 9-u qadın olmaqla 27 nazirdən ibarətdir.

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden İsrailin yeni Baş Naziri və onun koalisiya üzrə müttəfiqlərini and içmə mərasimindən dərhal sonra təbrik edib. Müraciətində Ağ Evin başçısı bildirib: “İki ölkə arasında davamlı və möhkəm əlaqələrin daha da gücləndirilməsi naminə bütün sahələrdə əməkdaşlıq etməyə ümid edirəm. “Onun sözlərinə görə” İsrailin Amerikadan yaxın dostu yoxdur. Bizim xalqlarımızı birləşdirən tellər ümumi dəyərlərimizin və on illərlə davam edən sıx əməkdaşlığımızın sübutudur. Amerika Birləşmiş Ştatları əvvəllər olduğu kimi yenə də İsrailin təhlükəsizliyini təmin etmək məsələsində öz funksiyasını davam etdirməkdə israrlıdır”.

Bayden əlavə edib ki, onun administrasiyası israillilər, fələstinlilər və regionun digər xalqları üçün təhlükəsizlik, sabitlik və sülhün təmin edilməsi istiqamətində yeni qurulan hökumətlə əməkdaşlıq etmək əzmindədir.

Bennet Hayfada  6 günlük müharibədən sonra San-Fransiskodan İsrailə köç edən Amerikalı yəhudi ailəsində anadan olub. Orduda hərbi xidmət zamanı bölük komandiri olub. Yerusəlimdəki Yəhudi Universitetində hüquq üzrə təhsil alıb.

Yenidən Baş Nazir vəzifəsinə seçilmək üçün Binyamin Netanyahu sona qədər mübarizə apardığına baxmayaraq, nəticə əldə edə bilmədi. Digər partiyalar onunla koalisiyaya getməkdən imtina etdilər. “Yəmin” , “ Tikvə Hədəş” kimi parlamentdə təmsil olunmaq hüququ qazanan partiyalar ona bir daha şans vermədilər. Netanyahunun tərəfdarlarının digər partiyalara göstərdiyi təzyiq də nəticəsiz qaldı.

Hakimiyyətdə təmsil olunmayan Netanyahunun bundan sonrakı aqibəti heç də ürəkaçan deyil. Ona qarşı uzun müddətdən bəri fasilələrlə aparılan  rüşvətxorluq və vəzifədən sui-istifadə maddələri üzrə istintaq və məhkəmə hərəkətləri aprelin 5-dən bərpa olunub.

25 il bundan qabaq Netanyahu İsrail tarixində cüzi fərqlə o vaxtkı leyboristlərin lideri Şimon Peresə qalib gələrək ən gənc Baş Nazir seçilmişdi. O zaman Osloda fələstinlilərlə müqavilə imzalayan İshaq Rabinə sui-qəsd olunmuş və ölkədə xaos yaranmışdı. Netanyahunun İsrailin təhlükəsizliyini təhdid edən sülh danışıqlarına qarşı çıxışı onun hakimiyyətə gəlməsinə yardım etdi.

71 yaşlı Netanyahu həbs olunmaq təhlükəsindən qurtularsa “Likud” partiyasının rəhbəri olmaqla siyasi həyatını davam etdirmək fikrindədir.

Əlimusa İbrahimov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Hamısı