Pis və daha pis arasında seçim Paşinyanın yenidən seçilməsi Azərbaycan üçün nə deməkdir?

Analitika 13:03 21.06.2021

Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsində müttəfiqlərlə birgə faşizm üzərində qələbə çalsa da, müharibə bitdikdən bir neçə gün sonra ölkəsində keçirilən parlament seçkisində rəqibinə məğlub oldu. Demokratiyada belə hallar da baş verir. Tərsi isə özünü əksər hallarda doğruldur, yəni istənilən ölkənin lideri müharibədə məğlub olduğu halda növbəti seçkidə məğlubiyyətlə üzləşir. Ancaq Ermənistandakı son parlament seçkisi istisna idi. Çünki Ermənistan əhalisi pislə, ən pis arasında seçim arasında qalaraq birincini seçmək məcburiyyətində qaldı.

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşməsinə və ölkəsinin verdiyi itkilərə baxmayaraq onun rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyasının parlament seçkisindəki qələbəsi və yenə hökuməti formalaşdıracağı nə deməkdir?

Birincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır.

İkincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə “Qarabağ klanı”na “yox” deməklə həm də Rusiyaya “yox” dedi.

Üçüncüsü, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər.

Rusiya birmənalı Nikol Paşinyanın rəqibi Robert Köçəryanı dəstəkləyirdi. Seçki kampaniyası başladıqdan sonra Köçəryan Moskvaya çağırıldı. O, Rusiyanın dövlət televiziya kanalına geniş müsahibə verdikdən sonra Kreml sahibi Vladimir Putinlə bir saat müzakirə apardı. Köçəryan bu söhbətdən sonra Ermənistana geri qayıdaraq seçki blokunu formalaşdırdı. Köçəryan seçki kampaniyası dövründə ikinci dəfə də Vladimir Putinlə telefonla danışdı.

Rusiyadakı mərkəzlər Köçəryana həm maliyyə, həm də informasiya dəstəyi verdilər. Hətta iş o yerə çatdı ki, Rusiyada hazırlanan sorğularda Köçəryan blokunun Paşinyanın blokunu üstələdiyi barədə saxta sorğular yayımlanırdı. Bunun da köməyi olmadı. Çünki Köçəryan fiqurunun özü erməniləri qorxudurdu. Köçəryan seçki kampaniyası dövründə “Şuşa və Hadrutu geri qaytaracam” deməklə ən böyük səhvini etdi. Çünki “Şuşa və Hadrutun” geri qaytarılması itki verən ermənilər üçün yeni müharibə demək olacaqdı. Ermənilər isə artıq müharibə istəmir və ona görə bu “çağırışı” səsləndirən siyasətçini hakimiyyətə gətirmək istəmədilər. Bundan başqa, Nikol Paşinyanın çox səs qazanmasında Bakı + Ankara + Tiflis + Vaşinqton + Brüssel kombinasiyasının da rolu oldu. Seçkiyə bir neçə gün qalmış rəsmi Bakı Ağdam ətrafında mina xəritəsinin təqdim edilməsi müqabilində 15 erməni ölkəsinə təhvil verildi. Bu Ermənistan əhalisinə mesaj idi ki, Paşinyan hakimiyyətinə davam edərsə ermənilərin bir qisminin də geri qaytarılması mümkündür. Misal üçün Köçəryanın baş nazir seçilməsiylə bu proses dayandırıla bilərdi. Bunu isə ermənilər istəmirdilər.

Beləliklə, Nikol Paşinyan hökuməti təkbaşına formalaşdıracaq. Robert Köçəryan hələ ki, seçkinin nəticəsini tanımır. Ancaq o buna məcbur qalacaq. Paşinyanı qələbə münasibətilə Qərb ölkələri, beynəlxalq təşkilatlar, sonda isə Rusiya təbrik etdikdən sonra Köçəryanın mövcud reallığı qəbul etməkdən başqa alternativi qalmayacaq. Köçəryan ölkəni qarışdırmaq və çevriliş barədə düşünürsə nəticə onun və Ermənistanın xeyrinə olmayacaq.

Buna baxmayaraq, Robert Köçəryan müəyyən fasilədən sonra siyasətə qayıtdı. Bu onun üçün müəyyən nəticədir. Ötən dəfəkindən fərqli olaraq bu dəfə Ermənistan parlamentində müxalifət qismində “Qarabağ klanı” çıxış edəcək. Yəni “Qarabağ klanı” Köçəryanln liderliyində yenidən Ermənistan siyasətinə qayıtdı. Rusiya üçün Ermənistanda indiki şərtlər altında bu da bir nəticədir. Moskva Robet Köçəryanı baş nazir kürsüsünə otuzdura bilməsə də, onu ən azı həbsdən çıxardaraq parlamentdə ana müxalifətin lideri kürsüsünə otuzdura bildi. Kreml bundan sonra Ermənistanda yenə zamana işləyəcək və Paşinyanın büdrəməsini gözləyəcək. 

Azərbaycan üçün isə əsas sual budur: Rəsmi Bakı Nikol Paşinyanın yeni hökuməti ilə münasibətləri hansı əsasda qurmalıdır?

Bu Paşinyanın quracağı hökumətin tərkibindən və atacağı addımlardan asılı olacaq. Paşinyan yeni hökumətində revanşist baxışlara malik siyasətçilərə və diplomatlara yer verməməlidir. Bu onun özü üçün faydalıdır. Paşinyan Azərbaycana tərəf bir addım atacağı halda Bakı qarşılıqlı addım atmağa hazır olacaq. Misal üçün Paşinyan seçkidən öncə iki vəd verib: “Əsirlərin hamısını geri qaytaracam”, “Minalanmış ərazilərin xəritələrini Azərbaycana qaytaracam”. Birinci məsələnin həlli ikincidən bilavasitə asılıdır. Ancaq xəritələr bu dəfə yoxlanılmalıdır. Çünki Ağdam ətrafındakı minalanmış ərazilərin xəritəsiylə bağlı ciddi suallar yaranıb. Digər tərəfdən, xəritə + əsir kombinasıyasında Gürcüstanın vasitəçilyinin həlledici rolu oldu. Ermənistan və Azərbaycan Gürcüstanın vasitəçilik imkanlarından gələcəkdə də istifadə etməlidirlər. Bu Rusiyanın bölgədəki təsir imkanlarının azaldılmasında həlledici rol oynaya bilər. Gürcüstanın vasitəçilik imkanlarının artması Azərbaycan və Ermənistanla yanaşı Qərbin və Türkiyənin də xeyrinədir.

Nikol Paşinyan bölgədə gerçək sülh və əməkdaşlıq istəyirsə, iki addımı atmağa da hazır olmalıdır:

Birincisi, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır;

İkincisi, Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır.

Paşinyanın atacağı bu iki addımın qarşılığında Azərbaycan-Ermənistan sərhədinin demilitasiyasının və demarkasiyasının sürəti artacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq, İrəvanın Türkiyə və Azərbaycanla diplomatik münasibətlər qurması üçün perspektivi yaranacaq, Ermənistanın regional layihələrə qoşulması imkanları artacaq. Bütün bunların fonunda Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə görüşü ehtimalı artacaq. 

“Atlas” Araşdırmalar Mərkəzi

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı