Ermənistanda parlament seçkisindən və Nikol Paşinyan qələbə qazandıqdan sonra Azərbaycanla sərhəddə ilk insident yaşandı.
Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 24-də Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Nikol Paşinyan bilməmiş deyil ki, Azərbaycan ordusunun istənilən təxribata tutarlı cavabı olub və olacaq. Bu, Paşinyan üçün əlavə problemlər yaradacaq. Yeni problemlər onun nəyinə lazımdır? Yox əgər Ermənistan ordusu içərisində təxribatçılar varsa və həmin təxribatçılar Robert Köçəryan kimi qatillərin gizli tapşırıqlarını yerinə yetirirlərsə, buna görə də Paşinyan məsuliyyət daşıyır və daşıyacaq.