Yerevan və Parisin tələsi, Moskvanın qəzəbi və baş tutması mümkün olmayan çirkli oyun

Yerevan və Parisin tələsi, Moskvanın qəzəbi və baş tutması mümkün olmayan çirkli oyun

Rusiyanın məşhur “Moskovskiy Komsomolets” qəzetində Ermənistan - Fransa əlaqələri bağlı məqalə dərc olunub. Məqalədəki məlumata görə, Yerevan, Paris və Nyu-York şəhərlərində Ermənistan və Fransa diplomatları arasında intensiv danışıqlar gedir. Danışıqlarda müzakirə olunan əsas məsələlərdən biri üçtərəfli noyabr bəyanatının qüvvədən salınması ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsini sona çatdıran 10 Noyabr bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Qəzetdə qeyd olunur ki, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri səlahiyyətlərini həyata keçirən Nikol Paşinyan regionda hazırki vəziyyətlə bağlı yeni bir plan üzərində işləməyə çalışırlar. Bu planın əsas hədəfi BMT-nin Təhlükəsizlik Şurasında Qarabağla bağlı qətnamə qəbul etməkdir.

Yəni, burada rəsmi Parisin məqsədi Təhlükəsizlik Şurasında qətnamənin qəbul olunduğu təqdirdə, Ermənistan-Azərbaycan sərhədində, hətta Qarabağda öz sülhməramlı qüvvələrinin yerləşdirməsi imkanı qazanmaqdır. Beləliklə, Fransa Cənubi Qafqazda sülhməramlı adı altında siyasi və hərbi mövqeyini gücləndirmək niyyətindədir.

Ermənistanda Fransa sülhməramlı qüvvələrinin yerləşməsi KTMT-dən müsbət cavab ala bilməyən Nikol Paşinyanın da arzusudur. Hətta, o bunu Avropa Şurasının Prezidenti Şarl Mişel ilə birgə mətbuat konfransında dilə gətirmişdi.

Məqalədə o da qeyd olunub ki, Emmanuel Makron İkinci Qarabağ müharibəsinin sona çatmasında Vladimir Putinin uğurunu həzm edə bilmir.

Ümumiyyətlə, Ermənistanda və Azərbaycanın beynəlxalq ərazisi kimi tanınan Dağlıq Qarabağda Fransa sülhməramlı qüvvələrinin yeşləşməsi nə dərəcədə mümkündür? Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı qətnamənin qəbul olunması ehtimalı ola bilərmi? Yaxın gələcəkdə Ermənistanda Fransa sülhməramlı qüvvələrinin yerləşməsi məsələsi ortalığa çıxdığı təqdirdə, Rusiya rəhbərliyi buna necə reaksiya verəcək?

Məsələ ilə bağlı Eurasia Diary-ya danışan Fərid Şəfiyev ilk öncə qeyd edib ki, Fransa və Ermənistan arasında hal-hazırda danışıqlar gedə bilər. Onun fikrinə görə, Paşinyan hakimiyyəti Fransa rəhbərliyinin Minsk Qrupu çərçivəsində və ya bu çərçivədən kənarda regionda gedən proseslərdə iştirak etməsini istəyir. Lakin F.Şəfiyev BMT-nin Təhlükəsizlik Şurasında Fransa sülhməramlı qüvvələrinin Cənubi Qafqaz regionuna daxil olmasına imkan yaradan qətnamənin qəbul olunmasını qeyri-mümkün hesab edib.

Farid Shafiyev: Azerbaijan and Armenia enter

“BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnamənin qəbul olunmasını mümkün hesab etmirəm. Biz bilirik ki, Təhlükəsizlik Şurasında qətnamələr səs çoxluğu qəbul olunur. Əgər Şuranın 5 daimi üzv ölkəsi və ya onlardan hər hansı biri qətnaməyə veto qoysa, sənədin qüvvəyə minməsi qeyri-mümkündür. Ümumiyyətlə, BMT 25 ildir ki, Qarabağ münaqişəsi ilə məşğul olmur. Bu münaqişənin həll olunmasını və nizamlanmasını ATƏT-nin Minsk Qrupuna həvalə edib”, deyə Şəfiyev qeyd edib.

“BMT-nin sülhməramlı qüvvələri iki halda hər hansı regionda yerləşdirilə bilər. Birinci, sülhməramlı qüvvələr hər bir dövlət rəhbərliyinin razılığı ilə ölkə ərazisində yerləşə bilər. Yəni, Azərbaycan rəhbərliyinin razılığı olmadan Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşə bilməz. İkinci halda isə sülhməramlı qüvvələr BMT-nin nizamnaməsinin 7- ci bəndinə - “sülhə məcbur etmə” uyğun olaraq regionda fəaliyyət göstərə bilərlər.  Lakin indiki şəraitdə Ermənistana və ya Qarabağa hər hansı sülhməramlı qüvvələrin daxil olması mümkün görünmür. Buna ilk növbədə Rusiya imkan verməz. Moskva heç vaxt razı olmaz ki, Fransanın və ya hər hansı Qərb dövlətinin Cənubi Qafqazda hərbi və siyasi varlığı mövcud olsun”, deyə o əlavə edib.

F.Şəfiyevə görə, Təhlükəsizlik Şurasında daimi üzvlər - əsasən Rusiya, Fransa və ABŞ ATƏT-nin Minsk Qrupunun fəaliyyətinin yenidən gücləndirilməsini müzakirə edə bilərlər. Bu üç ölkə Qarabağın status məsələsini yenidən gündəmə gətirmək üçün qətnamə qəbul etməsi ehtimalı ola bilər.

“BMT-nin Təhlükəsizlik Şurasında Rusiya, Fransa və ABŞ həmsədr olduqları ATƏT-Minsk Qrupunun fəaliyyətinin  yenidən aktivləşdirilməsini müzakirəyə çıxara bilərlər. Qarabağın statusu ilə bağlı qətnamə və ya bəyanat irəli sürə bilərlər. Qeyd edim ki, belə bir cəhdlər 44 günlük müharibə zamanı ortalığa atılmışdı. Çalışırdılar ki,  müharibə ilə bağlı bəyanat qəbul etsinlər. Lakin Qoşulmama Hərəkatının üzv ölkələri buna etiraz etdilər və nəticədə bəyanat qəbul olunmadı”, deyə ekspert bildirib.

“Yenə də qeyd edim ki, Təhlükəsizlik Şurasında Qarabağla bağlı hər hansı bəyanatın və qətnamənin qəbul olunmasına inanmıram. İndiki şəraitdə bu mümkün deyil. Buna bir ciddi səbəb olmalıdır. Fransa tərəfindən bizim maraqlarımıza qarşı hər hansı qətnamə və ya bəyanat müzakirəyə çıxarılsa, Şurada bizə dost olan ölkələr həmin sənədin qəbul olunmasına imkan verməyəcəklər”, deyə o əlavə edib.

Sonda F.Şəfiyev vurğulayıb ki, yaxın gələcəkdə Fransanın Ermənistanda siyasi və hərbi təsirinin güclənməsi sual altındadır. Ona görə Kreml buna heç vaxt imkan verməyəcək.

“Fransa - Ermənistan münasibətlərinə gəlincə isə tam aydındır ki, hər iki ölkə arasında güclü əlaqələr mövcuddur.  Lakin Fransanın yaxın zamanda Ermənistanda siyasi və hərbi təsirinin güclənməsi sual altındadır. Məncə, Kreml buna heç vaxt imkan verə bilməz. Moskva onu da istəməz ki, Fransa Qarabağ məsələsində fərqli bir rol oynasın. Paşinyan nə qədər Fransanı öz ölkəsində görməyi arzu etsədə  istəsədə, Rusiya buna imkan verməyəcək,” deyə F.Şəfiyev bitirib.

Yunis Abdullayev

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xəbər xətti

Azərbaycan gimnastı Mixail Malkin Dünya Kuboku seriyasının qalibi olub
23:55
Fransa borc bataqlığında: Sabiq baş nazirdən həyəcan təbili
23:49
Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu olmayan daş kürə aşkarlandı - FOTO
23:43
Trampdan FİFA-ya TƏŞƏKKÜR
23:26
Fransada muzeydən 4 milyon avroluq zərgərlik məmulatları oğurlanıb
23:24
Tramp Türkiyədə Zelenski ilə görüşəcək
23:07
Cüdoçularımız Avrokubokda 9 medal qazandılar
23:02
NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilər
23:00
Misir “Oktaqon” adlı yeni Strateji Komandanlıq Qərargahının rəsmi açılışını edib
22:57
Azərbaycan İsraildəki səfirini geri çağırdı? - TƏCİLİ
22:44
Xameneinin dəfn mərasimi ilə bağlı inanılmaz iddia...
22:38
Netanyahu: İran məsələsində İsraillə ABŞ arasında fikir ayrılığı yoxdur
22:26
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
22:23
Dneprdə güclü partlayış baş verdi
22:16
FIFA ABŞ-nin hücumçusuna güzəştə getdi - Sabah oyuna çıxacaq
22:14
Rusiya Polşaya hücum edəcək? - Kremldən cavab
22:01
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
21:58
Çin və Rusiya "Birgə Dəniz-2026" hərbi təlimlərinə başlayır
21:54
Messi haqqında yayılan eşq iddialarına ilk dəfə cavab verdi - Fotolar
21:35
Birinci Türkoloji Qurultay uğurla başa çatıb
21:31
Netanyahu: İsrailin ABŞ-dən başqa da dostları var
21:28
Meksika futbolçuları bahalı hədiyyələrdən imtina etdilər
21:25
Qazaxda taxıl sahəsində yanğın olub -VİDEO
21:22
Göyçayda QƏZA: Traktorla minik avtomobili toqquşdu
21:20
MAKRON 17 İLDƏ İLK DƏFƏ BU ÖLKƏYƏ SƏFƏR EDƏCƏK
21:17
Britaniya ordusunda qalmaqal - Məxfi sənədlər zibil qutusundan tapıldı - Fotolar
21:15
Amerikanın ən varlı sülaləsi- 147 milyard dollar...
20:59
"Apple maps"də Xankəndi "Stepanakert" göstərilir
20:56
Zaur hamını belə aldatdı -Foto
20:52
Xanəndə Pərviz Qasımov dünya çempionu oldu
20:49
Stoltenberq: NATO ƏBƏDİ DEYİL...
20:46
Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı” günü - FOTO
20:40
Messi yenidən tarix yaza bilər: "Qızıl top" üçün əsas favorit göstərildi
20:37
Şəmkirdə ağır qəza: Ölən və yaralı var
20:35
Çağatay sevgilisi ilə toyda - Foto
20:31
Lekler "Formula-1" üzrə Böyük Britaniya Qran-prisinin qalibi olub
20:23
“ABŞ ilə sülh yoxdur, İsraili tanımayacağıq” -QALİBAF
20:14
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü
20:04
"Qarabağ" onu transfer edib - FOTO
19:42
Bayram şənliyi yasa çevrildi
19:32
Xameneinin oğulları vida mərasimində belə görüntüləndi
19:22
Fransada meşə yanğını başlayıb
18:50
Messi “Qızıl top”a namizəd ola bilər
18:40
Zimbabveli nümayəndə Azərbaycana rəsmi səfərə gəlib - FOTOLAR
18:20
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
17:31
Makron Suriyaya səfər edəcək
17:11
Türkiyədə meşə yanğını başlayıb
16:41
Netanyahu: Qəzzada demilitarizasiya olmadan bərpa işlərinin başlanmasına yol verilməyəcək
16:21
Braziliya Norveçlə, İngiltərə Meksika ilə QARŞILAŞACAQ
16:01
Van Dammın heykəli Vəndamda - FOTO
15:41
Slovakiyada planlaşdırılan referendum baş tutmayıb
15:21
İsmayıllıdakı qəzanın səbəbi MƏLUM OLUB
15:11
Klopp Almaniya yığmasının baş məşqçisi olacaq
14:38
Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum etdilər
14:17
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 2954 nəfərə çatdı
14:02
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi - YENİLƏNDİ
13:46
Tünzalə Əliyevanın qardaşı VƏFAT ETDİ
13:22
Bazar ertəsinin HAVASI AÇIQLANDI
13:13
Qrossi BMT-nin baş katiblərini dirijorlarla müqayisə etdi
13:05
ABŞ-də istidən ÖLƏNLƏRİN SAYI ARTIR
12:46
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR