İsrailin baş ağrısı olan İran Qətərin əbasına bürünüb Qəzzaya soxulmağa çalışır

Analitika 16:46 23.07.2021

Fələstinin Qəzza zolağını öz himayəsinə götürən və 2006-cı ildə qanunverici seçkilərində qalib gələrək de fakto hakim qüvvə olan Həmas 14 ildir İsraillə mübarizə aparmaqdadır. Bir zamanlar İranla isti münasibətlərinə görə İsraili qıcıqlandıran Həmas, indi Qətərlə aralarında olan maddi bağlantılar zəminində bir daha qarşı tərəfi hiddətləndirib. Doğrudur, Qatar Həması terrorçu təşkilat hesab etməyən doqquz ölkədən biridir. Üstəlik, Həmasın hər iki aparıcı liderləri olan İsmayıl Haniye və Xalid Məşəl hazırda Qətərdə qərarlaşıblar. Lakin burada əsas nüans İsrailin öz dediyi kimi “Həmasa ötürülən çamadanla dolu dollarlar” deyil, onların hansı məqsədlər üçün və yaxud da, İsrailin iddia etdiyi kimi terrora dəstək məqsədilə olmasıdır.   

Həması rəsmi olaraq tanıyan digər dövlətlərdən biri də İrandır və ittihamların da bir ucunun İrana bağlandığı İsrail tərəfindən heç də istisna edilmir. Hazırda dolayı yolla da olsa İran regiona müdaxiləsini bir qədər də genişləndirmək niyyəti ilə Həması silahlandırmaqla İsraili bərk narahat edir. Qətərlə iqtisadi əlaqələrdən faydalanan İran hətta Həması maddi olaraq özündən asılı vəziyyətə belə salmaq istəyir. Məsələn, İsrail etiraf edir ki, onlar Qətərın Qəzzaya son doqquz ildə ardıcıl səfərlərinə demək olar alışıblar. Bu baxımdan, Qətərin 2012-ci ildə Qəzza bölgəsinin bərpası üçün 407 milyon dollar həcmində qrant ayırması, 2018-ci ildə İsraillə Qəzza arasında toqquşma zamanı 15 milyon dollar həcmində Qətər tərəfindən hər ay edilən humanitar dəstək, o cümlədən əlavə 10 milyon dollar vəsaitin Qəzzadakı enerji qaynaqlarına sərfiyyatı İsraili o qədər də narahat etməyib. Əsas narahatlıq İranın özünəməxsus terror qruplarını məqsədyönlü olaraq silahlandırması və istədiyi an bölgədə, xüsusilə Qəzza sərhədində gərginliyi qaldırmağa səbəb ola bilməsidir. İsrail iddia edir ki, İran onun ən böyük düşməni kimi gözünə açıq şəkildə görünməmək üçün bütün bunları Qətərin əli ilə həyata keçirməyə çalışır. Hətta İsrail hesab edir ki, Qətər bunu bir gün dayandırarsa İsrail üzərinə İran istehsalı olan raketlərin yağdırılması qaçılmazdır. Bu həm də İsrail dövlətinin şimal sərhədində, eləcə də Suriya və Livanda kök salan İranın terrorçu təşkilatı "Hizbullah"ın əli ilə belə edilə bilər. 

Eurasia Diary-yə şərh verən İsrailin "Hayom" xəbər saytının jurnalisti Şmuel Din Elmas məsələyə bir qədər də aydınlıq gətirib.    

İsraildəki seçkilərdən sonra yeni hökumət ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa doğru addımlar atsa da, İsrail Qətərin Qəzzaya maddi yardımlarını özünə qarşı təhdid kimi görür. Jurnalist Elmas qeyd edir ki, İsrail istənilən formada Qətərlə gözəl münasibətlər qurmaq niyyətindədir, lakin bunu istəməyən, yaxud da buna mane olan qüvvələr var. 

“Biz bir çox ölkələrlə rəsmi və ya qeyri rəsmi olaraq münasibətlər qurmuşuq və bu gün də münasibətlərimiz davam etməkdədir. Əgər bu gün rəsmi Doha ilə bu istənilən səviyyədə baş tuta bilmirsə bunun arxasında maneələr var. Əminliklə deyə bilərəm ki, regionda bizə qarşı münasibətləri gərginləşdirməyə çalışan qüvvələr mövcuddur,” deyə o belə vurğulayıb.   

Bundan əlavə, Azərbaycanlı politoloq Teymur Qasımlı İsrail dövlətinin regionda terrora dəstəkdə ittiham etdiyi İranın bu məsələdə bilavasitə rol oynadığını vurğulayıb.     

“İran yaxın şərqdə önəmli dövlətlərdən biri olmaqla yanaşı həm də regional dövlətlərlə aktiv fəaliyyətdədir. İranın ərəb ölkələrinə yaxınlaşmasının səbəbi iqtisadi maraqlar olsa da, digər bir səbəbi Yaxın Şərqdə ən qatı düşməni olan İsrailə qarşı güc toplamaqdır. Bu səbəbdən də İran xüsusilə Körfəz ölkələrində aktiv siyasi gedişlər edir. İran həm də Qətəri özünə qalxan edərək regionda öz məqsədlərini həyata keçirməyə çalışır”.

Jurnalist Şmuel Din Elmas İranın bu siyasətinə qarşı rəsmi Yerusəlimin hər vasitə ilə cavab verməyə hazır olduğunu deyib. 

“İsrail kəşfiyyatı dünyanın hər yerində olduğu kimi rejimin burnunun ucunda belə mövcuddur. Bilirik ki, İran "Həmas"a və digər terrorçu qruplara silahlı yardımlar edir. Lakin onlar terrorçu qrupları silahla təchiz etsə də, bununla çox uzağa gedə bilməz. Bizim onlara qarşı hər zaman alternativ planımız mövcuddur. Yeri gəlmişkən, İbrahim Anlaşması bu baxımdan məhz İranın terrora dəstək proqramını məhv etmək üçündür.”

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı