Sərhədlərin delimitasiyası Rusiyanın vasitəçiliyi ilə həllini tapa bilər Ekspert

Analitika 17:01 23.07.2021

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova iyunun 22-də keçirilən mətbuat konfransında Azərbaycanın Qarabağa bölgəsində və Azərbaycan-Ermənistan sərhədində hazırki vəziyyət ilə bağlı açıqlama verib.

“Rusiya Qarabağ bölgəsində sabitliyin qorunmasına və dinc həyatın qurulmasına, eləcə də humanitar məsələlərin həll olunmasına ciddi şəkildə dəstəyini davam etdirir.  Bununla bərabər Moskva Bakı və Yerevan arasında qarşılıqlı etimadın qurulmasına da çalışır”, – deyə Zaxarova bildirib.

Mətbuat katibi, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya məsələsinə də toxunub.

Zaxarovaya qeyd edib ki,  sərhəd probleminin həll ediməsi üçün Moskva Azərbaycan və Ermənistan dövlət rəsmiləri arasında danışıqlara vasitəçilik etməsinə hazırdır.

“Biz hesab ediriq ki, Ermənistan-Azərbaycan sərhədində deskalasiya hər iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə işlərin görülməsi ilə təmin oluna bilər. Əlimizdə olan kartoqrafik məlumatlar vasitəsiylə biz bu məsələnin həll olunmasına dəstək göstərməyə hazırıq. Rusiya bu məsələ üzrə konstraktiv danışıqların aparılması üçün artıq bir sıra sənədlər hazırlayıb. Hal-hazırda, bu məsələ üzrə əlaqələr üç dövlətin xarici işlər nazirliyi, müdafiə və sərhəd xidmətləri səviyyəsində davam etdirilir”.

Ümmumiyyətlə Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyanın bu ilin sonuna qədər həll olunması nə dərəcədə mümkündür? Bu məsələnin həlli üçün növbəti üçtərəfli bəyanatın imzalanmasına ehtiyac olacaqmı?

Eurasia Diary bu məsələnin aydınlaşdırılması üçün Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri və beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylidən şərh alıb.

Əziz Əlibəyli görə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin arxasında önəmli məsələlərdən biri də sərhədlərin delimitasiyası olub.

“Azərbaycan rəhbərliyi Ermənistana sərhəd probleminin iki dövlət rəsmiləri arasında həll onunmasını təklif etmişdir. Ölkəmiz vasitəçiliyə ehtiyac duymurdu. Lakin, regionda gedən son proseslər görsərtdi ki, iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası Rusiyanın vasitəçiliyi ilə baş tuta bilər. Cənab Prezident İlham Əliyevin Rusiyaya səfərinin arxasında duran əsas məsələlərdən biri bu idi. Çünki, üçtəfərli bəyanatları imzalayan tərəflərin üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət edən Rusiyadır. Bu baxımdan Rusiyanın vasitəçiliyi olmadan bu problem həll oluna bilməz” –deyə Əlibəyli qeyd edib.

“Moskvanın əlində sovet dövründə tərtib olunmuş topoqrafik xəritələr var. Bu xəritələr vasitəsiylə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası həll oluna bilər. Ona görə, Rusiyanın köməyindən mütləq şəkildə istifadə etmək lazımdır. Hesab edirəm ki, bu ilin sonuna qədər sərhəd məsələsinin həll olunması mümkün ola bilər”, - deyə o əlavə edib.

Ekspert onu da vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya prosesinin ciddi şəkildə aparılması üçün üçtərəfli komissiyanın yaranmasına ehtiyac var.

“İki dövlət arasında sərhədin delimitasiya məsələsi həllini tapmalıdır. Bu məsələ üzrə mütləq şəkildə proses başlanılmalıdır. Sərhəddə bir sıra problemli yerlər dəqiqləşdirilməlidir. Bunun üçün də Rusiya, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli komissiyanın yaradılmasına ehtiyac var.  Ümmumiyyətlə, bu məsələ baş nazirlərin müavinləri səviyyəsində işçi qrupuna daxil edilə bilər,” – deyə Əlibəyli bildirib.

“Delimitasiya və demarkasiya üzrə işçi qrupuna, həmçinin üç dövlətinin güc strukturlarının nümayindələri və xarici işlər nazirlərinin müavinləri də daxil edilməlidir. Bildimiz kimi delimitasiya və demarkasiya prosesi təkcə topoqrafik xəritələr üzərində aparılmır. Bu prosesin nizamlanması üçün diplomatik səviyyədə müqavilə mətnləri hazırlanır. Bu da Xarici İşlər Nazirliyinin öhdəliyindədir. Amma yenə deyirəm bu məsələlər normativ əsaslara söykənir. Əsas önəmli məsələ Ermənistan rəhbərliyinin bu prosesə razılıq verməsidir”. 

Yunis Abdullayev 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı