Fransa nökərinin ölkəmizə qarşı qərəzli mövqeyi Mişel nə demək istəyir?

Analitika 18:00 09.09.2021

Şarl Mişelin Qarabağla bağlı mövqeyi beynəlxalq təşkilatların qərarlarına ziddir.  Bunu EDNews.net-ə tanınmış politoloq Qabil Hüseynli Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yazığı tviti şərh edərkən bildirib.

Qeyd etmək lazımdır ki, avqustun  8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığında hər iki lider Ukrayna,  Belarus və Qarabağ daxil olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.

Bundan sonra Şarl Mişel Prezident Vladimir Putinlə müzakirə etdiyi məsələlərlə bağlı tvit paylaşıb.

Şarl Mişel tvitində telefon danışığında Rusiya Prezidentinə Avropa İttifaqının Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini çatdırdığını bildirib. Qarabağ məsələsinə gəlincə isə şuranın prezidenti Vladimir Putin ilə Ermənistan -Azərbaycan münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardığını qeyd edib.

Tvitdə Mişelin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bu cümləni işlətmədiyi diqqəti çəkir. Avropa İttifaqını regionda sülh proseslərinə qatmağa çalışan Şarl Mişel tvitinin ilk cümləsində Ukrayna, Gürcüstan ilə bərabər Azərbaycanın da adını çəkməməsi ikili standart və fərqli yanaşmanın təzahürüdür.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Belçikada doğulan və Fransanın Avropada “sözçüsü” hesab edilən Şarl Mişelin Qarabağla bağlı mövqeyinin Fransanın Cənubi Qafqazdakı maraqlarına xidmət etdiyini bildirib. Politoloq hesab edir ki, Mişel Fransanın Qarabağla bağlı qərəzli mövqeyini Avropa İttifaqının xarici siyasətində yürütmək istəyir.

“Avropa İttifaqının institutları tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar yayımlanıb. Lakin Avropa İttifaqını təmsil edən milliyətçə fransız olan Şarl Mişelin mövqeyi ittifaqın bu qaydalarını pozur. Mişelin Qarabağla bağlı mövqeyi Fransa Prezidenti Emmanuel Makronun mövqeyinə daha yaxındır. Hər iki şəxs ölkəmizə qarşı qərəzli münasibətlər nümayiş etdirirlər. Mişel açıq şəkildə Fransanın Cənubi Qafqazda maraqlarına xidmət etməyə çalışır”, - deyə Hüseynli bildirib.

Qabil Hüseynli beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul etdiyini və Avropa İttifaqı liderlərinin təşkilatların qərarlarına hörmət etməsinin vacibliyini vurğulayıb.

“Avropa Parlamenti NATO-nun Parlament Assambleyası və ATƏT-nin Parlament Assambleyası Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı rəsmi bəyanatlar qəbul ediblər. Bu bəyanatlara hamı hörmət etməldir. Lakin Şarl Mişel və onun kimi siyasi liderlər bu bəyanatlara məhəl qoymayaraq provokativ addımlar atmağa çalışırlar. Onların provokativ addımları regionda sülhə yox, vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Şarl Mişel bu cür ikili mövqe sərgiləməklə xətaya yol verir. Bu xəta isə ittifaqının nüfuzuna xələl gətirir”, - deyə politoloq qeyd edib.

“Avropa İttifaqı liderləri ölkəmizə qarşı ikili standartlı siyasətini dayandırmalıdırlar. BMT-nin Azərbaycanla bağlı qətnamələrinə və qərarlarına hörmət etməlidirlər. Mişelin mövqeyinə gəlincə isə bu ölkəmizin rəhbərliyi tərəfindən kəskin şəkildə pislənilməlidir”, - deyə o tamamlayıb.

Yunis Abdullayev

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi; 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Hamısı