İranın bizə satmadığı “Şahab” və İsrailin isə bizdən başqa kimsəyə satmadığı sevimli LORA...

Analitika 14:11 22.09.2021
Azərbaycanın Vətən Müharibəsində Qələbəsini həzm etməyənlərin sayı az deyil. Bunun səbəbləri müxtəlifdir. Bəziləri Ermənistana verdiyi silahlarının nüfuzunun Əsgərimiz tərəfindən yerlə bir edilməsindən, digərləri isə Azərbaycanın azad edilmiş ərazilərində apardığı quruculuq fəaliyyətlərindən, bəziləri isə Azərbaycanın Türkiyə, Pakistan, İsrail, İtaliya, Macarıstan kimi dövlətlərlə əməkdaşlığından narahatdır. İrandakı bəzi mollaları isə Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı daha çox narahat edir. Rəhmətlik C.Məmmədquluzadənin yaratdığı nadan və cahil mollarlardan biri də indi İranda bu təlimlər barədə sərsəmləyə başlayıb. Bu savadsız molla İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilidir. Amili artıq necənci dəfədir ki, Azərbaycan əleyhinə təbliğat aparır. Azərbaycan xalqına düşmən gözü ilə baxan Amili eyni zamanda 30 milyonluq İran azərbaycanlılarını təhqir etməkdən də çəkinmir. Əslində Amili anti Azərbaycan təbliğatını din pərdəsi altında gizlətsədə, onun əsl siması azərbaycan türklərinə yaxşı tanışdır. 
 
Amili Azərbaycanı İsraildən maliyyə dəstəyi almaqda da ittiham edir. Halbuki, Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Maraqlıdır ki, bizim ruhanilər, o cümlədən bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Amili kimi şarlatanın tərbiyəsizliyinə və ləyaqətsizliyinə cavab verməyə tələsmir. Amili 30 il ərzində Qarabağın işğalı və talanması kimi vizual faktları görməzdən gəldiyi halda İsraildən Azərbaycanın maliyyə vəsati almasını hansı mənbədən əldə edib? Əgər belə bir mənbə varsa, Amili onu niyə təqdim etmir. Ortada heç bir sənəd yoxdur, Amilinin dedikləri isə sağlam məntiqə də sığmır, çünki Azərbaycan özü bir çox dövlətlərə maliyyə yardımı edir. 
 
Azərbaycan ərazilərini işğaldan azad etmək üçün nəticə verə biləcək istənilən yolu hər zaman mümkün hesab edib. Bu isə təbii ki, Azərbaycanın silah arsenalını inkişaf etdirməklə mümkün idi. Azərbaycan raketlərə olan tələbatını qarşılamaq üçün İrandan “Şahab” raketlərini əldə etmək niyyətində idi. Bunun üçün rəsmi Tehrana müraciət də edilmişdi. Amma İran nədənsə dini dinindən, təriqəti təriqətindən olan Azərbaycana “Şahab” raketlərini pulu ilə satmaqdan imtina etdi, çünki İran ərazilərimizin işğaldan azad edilməsinin tərəfdarı deyildi. Əks halda bu 30 ildə Amili və onun kimi İran mollaları bir dəfə Ermənistanın işğalçı olduğunu və ya Şuşanın işğalında İranın rolu məsələsinə münasibət bildirərdi. Əslində İranın erməni silahlılarını dəstəkləməsi mənim üçün yeni məsələ deyildi. Hələ 92-ci illərdə Kəlbəcər-Laçın istiqamətində azad edilən bütün erməni mövqelərində İran istehsalı olan sursat, ərzaq, tibbi pereparatlara tez tez rast gəlirdim. Bunu əsgərlərim də təsdiqləyə bilər. İranın Azərbaycana ən çox göndərdiyi narkotik, işğalçı Ermənistana isə yanacaq və sursat oldu. Həmin ynacaq və sursat  isə onilliklər boyu Azərbaycan hərbçilərinin və mülki əhalisinin şəhid edilməsində geniş istifadə olundu. Bu məsələlərdən nə cahil Amili danışımır, nə onun Azərbaycandakı əlaltıları. 
 
 
İsrailə gəlincə heç bir dini bağımız olmadığı halda Təl-Əviv daim Azərbaycanın Ermənistan işğalına qarşı haqlı mübarizəsini hərtərəfli dəstəkləyib. Amilinin dediyi kimi, İsrail Azərbaycana maliyyə vəsati deyil, hərbi-texniki sahədə dəstək göstərib. Azərbaycanın müdafiə sənayesinin qurulmasında və inkişafında yaxından iştirak edir. Müasir İsrail PUA-ları bu gün Azərbaycanda istehsal olunur. Birgə gəmilər və katerlər inşa edirik. İsrailin istehsal etdiyi müasir silahların hamısı, o cümlədən hava hücumundan müdafiə vasitələri, operativ taktiki raket kompleksləri və s. Azərbaycan üçün əlçatandır. 
 
Amili kimi mollalar İranı dalana dirəyib
 
Din pərdəsi altında gizlənən Amili, siz nədən heç olmasa işğalçını bir dəfə öz adı ilə çağırmadınız? İndi də gah Azərbaycan-Türkiyə-Pakistan, gah da İsrail-Azərbaycan dostluğuna qısqanırsınız, cünki son 40 ildə bir dənə normal ölkə İranla hərbi sahədə əməkdaşlıq etmir, bir dənə nəhəng xarici şürkət İranla əməkdaşlıq etmir, ona məhsul da satmır, çünki sirrlərini bu ölkəyə etibar etmirlər. İran bu gün dalandır. Maraqlısı odur ki, bu məsələdə İran, Suriya və Ermənistan eyni vəziyyətdədir. 
 
Amili kimi şarlatanlara ağlına gələni danışmağa imkan yaradanlar, cahil insanı vəzifədə saxlamaqla 40 milyonluq Azərbaycan türklərinin təhqir edilməsinə göz yumanlar, təcrid olunmağa və sanksiyalar altında əzilməyi bəlkə də haqq edirlər, amma burada əziyyət çəkən əsasən İran vətəndaşlarıdır, o cümlədən bizim soydaşlarımızdır. Bəlkə onlar İranın və İsrailin Qarabağ məsələsində mövqeyindən, Tehranın Azərbaycana raket satmaqdan imtina etməsindən xəbərdar olmayıblar. Hesab edirəm ki, bundan sonra soydaşlarımız İranda Amili kimi şeytan xislətli insanların cavabını verməlidirlər. O zaman Amili İranda əsl aslanın kim olduğunu anlayacaq. 
 
 
İranın bizə satmadığı “Şahab” raketləri və İsrailin isə bizdən başqa kimsəyə satmadığı LORA 
 
Şahab
 
İranın qısa mənzilli raketlərindən ikisi “Şahab-1” və “Şahab-2” Sovet dövrünün “Skad-B” və “Skad-C” modeli üzərində hazırlanıb. “Şahab-1” İranın 1985-1986-cı illərdə Liviyada aldığı “Scud-B” raketinin kiçik ölçülü dəyişdirilmiş versiyasıdır. İran “Skud-B” və “Skud-C”  raketləri İraq ilə mübarizə aparmaq  məqsədilə əldə etmişdi. “Şahab-1” raketinin atəş məsafəsi orijinal sovet raketindən daha azdır. Onlar ənənəvi başlıqların daşınması üçün İranda 1998 və 1994-cü ildə hazırlanıb. İran daha sonra Şimali Koreyadan və bəlkə də Sovet İttifaqından Scud-B raketləri alıb. İran “Scud-B” raketlərindən İran-İraq müharibəsi zamanı İran Bağdada 100-230 ədəd arsında  zərbələr endirib. 1987-1992-ci illərdə Şimali Koreya da bu raketlərin inkişafına texniki və material dəstəyi verib. Sonradan raketin bir neçə modifikasiyası hazırlanıb. Onlar da əsasən Şimali Koreya raketləri ilə oxşardır. Dolayısı ilə Şimali Koreya SSRİ/Rusiyadan, İran isə Şimali Koreydan dəstək alaraq raketlər hazırlayıb. 
 
 
Bu raketlərin ən dəqiq və ən son versiyası olan “İskəndər-M” taktiki raketinin Ermənistan tərəfindən uğursuz tətbiqi barədə məlumatlı olduğumuz üçün, 50 il əvvəl istehsal olunan raketin İran versiyasının dəqiqliyi barədə danışmağa dəyməz. 
 
Ermənistanda müharibə zamanı eyni “Skud” raketlərindən mülki əhalinin yaşadığı ərazilərə, o cümlədən Qarabağla əlaqəsi olmayan Qafqazın 4-cü ən böyük şəhəri Gəncəyə də zərbələr endirib. Nə qədər oxşar hadisələrdir. Ermənistan qonşularda nə qədər pis vərdişlər varsa hamısını mənimsəyib. Nə İranın, nə də Ermənistanın raket zərbələri müharibələrin gedişatına radikal təsir etməyib, amma çox sayda mülki insanların həyatına son qoyub. İran raketlərindən dünyanın bir çox yerlərində seperatçı rejimlə hələ də uğursuz bir şəkildə istifadə etməkdədir. Amili sadalanan bu məsələlərə də nədənsə münasibət bildirmir. 
 
LORA
 
“Israel Aircraft Industries” şirkəti tərəfindən hazırlanan LORA opertiv taktiki raketinə gəldikdə isə 1700 kq-a malik raketin müxtəlif tipli döyüş başlıqları ilə təmin edilməsi mümkündür. Fuqas ipli döyüş başlığının kütləsi 400 kq, kumulyativ döyüş başlığının kütləsi isə 600 kq-dır. 5 metr uzunluğunda olan raketin GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilməsi, tələbat yarandıqda trayektoriyaya düzəlişlər edilməsi mümkündür. 610 mm diametrə malik raket 250- 300 km məsafdə olan hədəfləri 10 metrə qədər yayınma ehtimalı ilə məhv edə bilir. Bu texnologiyanı İranın mənimsəməsi yaxın onilliklərin işi deyil. Raketin “Israel Aircraft Industries” şirkəti tərəfindən hazırlanan idarəetmə bloku, REM vasitələrinin maneə yarada bilmədiyi GPS, TCS və datalink vasitəsilə fəaliyyət göstərir. 10 metrə qədər hədəfdən yayınma ehtimalı LORA raketlərini sinfinin ən dəqiq raketlərindən birinə çevirib. LORA-nın 45 km yüksəklikdə uçması və aşağı radar görünmə əmsalına malik olması çox sayda ölkələrin bu raketlə mübarizə imkanlarını sıfra endirir. Atəşə hazırlıq üçün LORA-ya “İsgəndər” kompleksindən 7 dəqiqə daha az vaxt tələb olunur. Bu zaman ərzində LORA 210 km məsafə qət edə bilir.
 
Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər. Fərqli bazalardan həm qurudan, həm də dənizdən buraxıla bilən LORA raketlərinin rəqiblər üçün ciddi problemlər yaradacağı şübhəsizdir. Öüyeriyən platformadan buraxıla bilən 4 ədəd LORA döyüş başlığının kütləsinə və zərbə gücünə görə “İskəndər” ilə müqayisədə ikiqat deyil, üçqat üstün fərq yaradır. LORA isə 4 raketi 14 dəqiqəyə 4 müxtəlif hədəfə zərbə endirə bilir.
 
İranın Azərbaycan sərhədlərində təlimləri
 
Azərbaycanla sərhəddə 5-10 maşın əsgəri aşağı yuxarı daşımaqla İran Azərbaycana əzələ nümayiş etdirə bilməz. Ən azından İran ordusunun real imkanlarını hamıya məlumdur. İndiyə qədər mülki təyyarə ilə hərbi təyyarəni tanımaqda çətinlik çəkən İran, hansı üzlə təlimlərini nümayiş etdirir? Müasir ordular say ilə deyil, texnologiya ilə savaşır. Bu isə nə İranda mövcuddur, nə onun Suriya və Ermənistan kimi fərari ordulara malik müttəfiqlərində. Odur ki, bu İran bu fokuslardan əl çəkməlidir, çünki bu təlimlərin real vəziyyətdə Azərbaycana təsiri sıfıra bərabərdir.  
 
Amili ilk növbədə İran dövlətinə qarşıdır
 
Amili kimi cahil insanların sərsəm bəyanatlarına görə İranın son 40 ildə bir dənə normal dostu qalmayıb. Ermənistan və Suriya ilə münasibətlər sadəcə “bədbəxtçilik qardaşlığı” üzərində, daha doğrusu türk düşmənçiliyi üzərində qurulub. İrandakı mollar üçün dünyada nə yaxşı ölkə var, nə də yaxşı millət. ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Azərbaycan, Türkiyə, Pakistan, İsrail, bütün Avropa Amili kimilər üçün pis niyyətli ölkələrdir, bu molla üçün tək “yaxşı niyyətli ölkə” işğalçı Ermənistandır. Burada gözəl bir atalar sözü yerinə düşür: “Dostunu mənə göstər, kim olduğunu deym”. Bu düşüncə tərzi İranı tez ya gec fəlakətin sonuna çatdıracaq. Öz xalqı ilə bərabər qonşularını təhqir edən molla Amili və ona layiq olduğu yeri göstərməyənlər, ən qısa zamanda cavabı bizim ruhanilərdən almalıdır, əgər bu olmayacaqsa. Deməli onlar da bu məsələdə İranın yanındadır. Bu isə mənim üçün bu gündən Şeyximizin başqa dünyaya köç etməsi anlamına gəlir. Belə olduqda İran öz azərbaycanlı vətəndaşlarından layiqli cavab alacaq. Buna şübhəm yoxdur. O zaman Amili kimin şir, kimin isə şirin quyruğu olduğunu əyani görəcək.  
 
Nəticə
 
İstənilən halda Amilinin bəyanatları da, İran ordusunun təlimləri də Azərbaycana təsir gücünə malik deyil, cünki dünya İran ordusunun döyüş potensialını yaxşı bilir. İran-İraq müharibəsində 500 mindən çox itki verən İran bir qarış ərazi əldə edə bilmədi. Gecə gündüz bəd dua etdikləri İsrail isə 60 ərəb ölkəsinin qarşısında dimdik durub. ABŞ barədə nəsə deməyə dəyməz. Müharibə bəd dua ilə deyil, Ordunun peşəkarlığı və Əsgərin döyüş ruhu ilə qazanılır. İran ordusunun peşəkarlığı isə hələlik “özümün-özgənin” sistemini qavramağa, mülki ilə hərbi təyyarələri ayırd etməyə yetərli deyil. Odur ki, İran təlimlərini qatalyıb cibinə qoya yaxşıdır.  
 
Ədalət Verdiyev, hərbi ekspert
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Hamısı