Azərbaycana dəstək olmaması üçün Rusiya Türkiyəni İdlibdə sıxır Engin Özər

Analitika 16:56 23.09.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Soçi görüşü ərəfəsində Suriyanın İdlib bölgəsində yaşananlar dünyanın diqqət mərkəzindədir. Rusiyanın bölgəyə genişmiqyaslı hücuma hazırlaşdığı, Türkiyə ordusunun isə hərbi texnika və canlı qüvvəsi ilə İdlib bölgəsinə daxil olduğu haqda məlumatlar var.

Qeyd edək ki, ötən ilin əvvəlində Suriyada baş verən Türkiyə ilə Rusiya qarşıdurması zamanı Rusiyanın hücumunun qarşısı alınmış, əldə olunan razılaşmaya uyğun olaraq İdlib deeskalasiya zonası yaradılmışdı.

Türkiyə ilə Rusiyanın maraqları Suriya, Liviya, Ukrayna, Cənubi Qafqaz, Əfqanıstan bölgələrində toqquşur. Və Rusiya Türkiyənin zəif yeri olaraq İdlibdə gərginlik yaratmaqla Türkiyəyə təzyiq göstərməyə və üstünlük qazanmağa çalışır. Hazırki qarşıdurma nə vəd edir? Soçi görüşündən gözləntilər nələrdir?

Mövzunu türkiyəli ekspert Engin Özer EDNews.net üçün şərh edib.

“İdlibdə gərginliyin azaldılmasına dair razılaşma əslində müvəqqəti xarakter daşıyırdı. Yəni, adından da görüldüyü kimi yalnız gərginliyin azaldılmasına xidmət edirdi, müddət bəlli olmasa da davamlı razılaşma deyildi. Rusiya razılaşmaya görə, Türkiyənin oradakı radikal ünsürləri məhv edəcəyini ya da çıxmalarını təmin edəcəyini, geridə qalanların isə bir müddət sonra Suriyada qalacağını düşünürdü. Hazırda ruslar Türkiyənin öz vədini yerinə yetirməməsini əsas gətirərək hücuma hazırlaşır. Əslində orada insanların qalması Rusiya üçün bir təhdid yaratmır. Sadəcə Rusiya Türkiyənin digər bölgələrdəki həmlələrini İdlib üzərindən sıxışdırır. Türkiyə Azərbaycanda bir həmlə etdi, Rusiyanın maraqlarına qarşı bir addım daha irəlilədi. Rusiya İdlib üzərindən türk əsgərini çətin vəziyyətdə qoyaraq Qafqazdakı həmləsinin qarşısını alır. Buna paralel olaraq, Türkiyənin Liviyadakı həmlələrin də bu şəkildə qarşısını almış olur”.

Ekspert bildirib ki, istənilən halda, İdlibdə hava hücumunun olması gözləniləndir: “Bir neçə gün içində əsgərlərimizə hücum edilə bilər. Allah əsgərlərimizə yardım etsin! Əslində Rusiya İdlibdəki problemin tam həllini istəmir. Çünki İdlibdəki problem Rusiyanın Türkiyəyə qarşı oynaya biləcəyi çox mühüm bir kartdır və bu kartı sona kimi istifadə edir. Türkiyə orada çox pis vəziyyətdədir. İdlib və rejim əsgərləri olmaqla iki cəbhə arasında nəzarət məntəqələri var. Türkiyənin İdlibdə ballistik dəstəyi zəifdir. Rusiya Türkiyənin bu zəifliyindən oradakı problemi həll etməməklə yararlanır. Bu səbəbdən Türkiyənin İdlibdə bugünkü vəziyyəti Rusiyanın maraqları ilə üst-üstə düşür. Çünki Rusiya Azərbaycanla bağlı bir problem yarandığında Türkiyəni İdlibdə sıxışdırır”.

Siyasi şərhçi ayın 29-da keçiriləcək Soçi görüşü barədə danışarkən bildirib ki, Putin görüş zamanı Ərdoğana Suriyadakı radikal ünsürlərin məhv edilməsinin lazım olduğunu söyləyəcək: “Amma o, bunun edilə bilməyəcəyini də anlayır. Bu mənada Putinin sözlərinin o qədər də önəmi yoxdur. Ancaq iki dövlət razılığa gələrək öncəki anlaşmanı bir az daha irəliyə doğru uzada bilərlər. Məsələn, yeni ilə qədər üç-dörd ay uzadıla bilər”.

Ekspertin sözlərinə görə, İdlib məsələsi Azərbaycanla birbaşa əlaqəlidir: “Zəngəzur dəhlizi hələ açılmayıb. Rusiya üçtərəfli razılaşmaya imza atarkən bu dəhlizlərin açılmasını istəyərək deyil, bunu Gürcüstana qarşı şantaj olaraq etmişdi. Rusiya Gürcüstandan keçəcək dəmir yolları üçün Gürcüstana təzyiq edir. Bu səbəbdən Rusiya Gürcüstana, “Qərblə münasibətlərini zəiflətsən bütün yüklərin yeni bir dəmir yolu ilə Gürcüstandan keçməsinə davam edə bilərik. Əks halda, biz bunu Azərbaycan üzərindən həyata keçirəcəyik və yüklər Türkiyə və Ermənistana Azərbaycan üzərindən keçərək gedəcək” kimi şantaj edir.

Bu baxımdan, İdlibdəki məsələ Azərbaycanla birbaşa bağlıdır. Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycana daha çox dəstək olmasın deyə Rusiya tərəfindən Türkiyəyə təzyiq göstərilir”, - deyə o fikrini tamamlayıb.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Hamısı