ABŞ Gürcüstanda çini qablar dükanındakı fil kimi davranmaq istəmir Gela Vasadze

Analitika 16:06 19.10.2021

ABŞ müdafiə naziri Lloyd Ostin Gürcüstanda rəsmi səfərdə olarkən deyib ki, Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı möhkəmləndirməlidir. O, “3+3” əməkdaşlıq formatına da münasibət bildirib: “Hər hansı əməkdaşlıq formatı haqqında danışmazdan əvvəl, Gürcüstan ərazisinin 20%-ni işğal edən Rusiya 2008-ci il atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirsəydi daha yaxşı olardı”.

Gürcüstan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş  imzalanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qeyd edək ki, Azərbaycan və Türkiyə tərəfinin bütün cəhdlərinə baxmayaraq, rəsmi Tiflis bu formata qatılmaqdan imtina edirdi. Buna baxmayaraq, tərəflər hələ də Gürcüstanı yola gətirməyə ümidlərini itirməmişdilər.

Bəlkə də bunadək Gürcüstanın bu formata qoşulmaq imkanları qalırdısa, ABŞ rəsmisinin açıqlaması bu imkanları heçə endirdi. Və bununla da Cənubi Qafqazın bütövlükdə formatda iştirakı mümkünsüzləşdi. Həmçinin, son zamanlar İranla bağlı yaşanan gərginliklər İranın da formatda iştirakını sual altında qoyur. Böyük ehtimalla artıq “3+3” deyil, yalnız “2+2” formatı yarana bilər.

Gürcüstanın imtinası və ABŞ-ın bu məsələdə Tiflisə dəstəyi barədə EDNews.net-ə şərh verən gürcü politoloq Gela Vasadzenin sözlərinə görə, amerikalı nazir Gürcüstana dolğun proqramla gəlib.

“ABŞ Müdafiə Nnzirinin Gürcüstana səfəri gözlədiyimdən də maraqlı oldu. Adətən Gürcüstana gələn hərbi idarələrin rəhbərləri protokol xatirinə sevgi və dostluq barədə bəyanatlar verirlər. Bu dəfə də bunsuz keçinmədi, amma maraqlı məqamlar da oldu”, - Vasadze bildirib. 

Politoloq qeyd edib ki, Qara dənizdə təhlükəsizlik məsələləri NATO-nun Avropada prioritetlərindən biridir: “Qara dənizin təhlükəsizlik sistemini Gürcüstan olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu baxımdan, Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsi beynəlxalq münasibətlər sistemində heç vaxt aktuallığını itirməyəcək. ABŞ, Rusiya Federasiyasının bölgədəki qüvvələr balansını pozmaq üçün hərəkət etməsinə icazə verməyəcək. Xarici işlər naziri Zalkalianinin şərhi qismində Gürcüstan hakimiyyətinin siyasi trollinq cəhdi Vaşinqtonun diqqətindən qaçmadı. “3+3” formatı Lavrovun təşəbbüsüdür, hətta bunu xatırlamaq belə lüzumsuzdur”.

G. Vasadzenin sözlərinə görə, Gürcüstan ABŞ-ın Cənubi Qafqazda əsas strateji tərəfdaşı olmağa davam edir, bu da Moskvanın hər hansı bir iddiası qarşısında Gürcüstanın təhlükəsizliyi ilə maraqlanan digər ölkələrlə birlikdə ABŞ-ın status-kvoda heç bir dəyişikliyə icazə verməyəcəyi anlamına gəlir: “Sadəcə ona görə ki, bu bütövlükdə Cənubi Qafqazda qüvvələr balansını dəyişəcək. Pentaqon Gürcüstan ordusunun modernləşdirilməsi üçün səylərini davam etdirəcək. Hazırkı Gürcüstan hökumətinin açıq təxribatına baxmayaraq bunu davam edəcək. Hökumət nə qədər Moskvanı qıcıqlandırmamağa çalışsa da, Gürcüstan əhalisinin böyük əksəriyyəti ABŞ da daxil olmaqla bütün NATO ölkələri ilə hərbi əməkdaşlığın genişləndirilməsini dəstəkləyir”.

Ekspert onu da əlavə edib ki, hərbi məsələlərlə yanaşı, Gürcüstanda demokratik institutların inkişafı da Vaşinqton üçün prioritetdir: “Eyni zamanda, ABŞ çini qablar dükanında fil kimi davranmaq istəmir. Amma bu bizim üçün prioritet halına gəlsə, şübhəsiz ki, bizi dəstəkləyəcək. Önümüzdəki aylarda konkret hansı tədbirlərin görüləcəyini görəcəyik. Yeri gəlmişkən, NATO-nun Rusiyadakı missiyasının bağlanması Putinin Baydenlə danışıqlarının və Viktoriya Nulandın Moskva səfərinin necə sonlanmasının digər bir cavabıdır”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı