Prezident İlham Əliyev qalib komandan

Analitika 18:05 08.11.2021

Azərbaycan torpaqlarında ermənilərin pozuculuq fəaliyyəti Cənubi Qafqazın təhlükəsizliyini təhdid edib. Onlar havadarlarının dəstəyi ilə təxribatçı əməlləri nəticəsində Azərbaycandakı siyasi proseslərə təsir edə bilirdilər. 1988-ci illərdən 90-cı illərin əvvəlinədək Azərbaycanda hakimiyyət dəyişikiyində erməni faktoru rol oynayıb.

Ermənistanın və havadarlarının regionda, xüsusilə Azərbaycan ərazisində törətdikləri özbaşınalığın, vəhşiliyin qarşısının alınacağına Azərbaycan cəmiyyətində ümid heç vaxt üzülməyib. “Osmanlı tokatı”, “Osmanlı şapalağı” ifadəsi var. Bu şapalaq çoxlarına həqiqəti başa salıb, tutduqları yanlış yoldan qaytarıb. Osmanlı, sonralar isə Türkiyə həqiqətlərini bu yolla düşmənlərinə çatdırıb. Dünya Türkiyə və onun dövlət başçılarının savaş meydanındakı qətiyyətindən xəbərdardır. Ancaq 200 ilə yaxın mütəmləkədə yaşayan Azərbaycana, onun liderlərinə özünü təsdiqləməsinə imkan verilməyib, şərait olmayıb.

1918-ci ildə, 1990-cı illərdə müxtəlif obyektiv və subyektiv səbəblərdən dövlət başçıları Azərbaycan cəmiyyətinin düşməni məhv etmək üçün potensial qüvvəsini reallaşdıra bilmədilər. Bu məsuliyyəti 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. Dövlət başçısı bu çətin, milli və sosial sifarişi yürütdüyü uğurlu siyasət nəticəsində reallaşdırıb. Prezidentin ordu quruculuğu, onun müasir hərbi texnika, avadanlıq və silah-sursatla təchiz olunması, hərbçilərin döyüş qabiliyyəti, yeni gənc nəslin yetişdirilməsi, xalqın torpaqlarını azad etmək ruhunun qorunub saxlanılması, xarici siyasətdə tutduğu qətiyyətli mövqe Qələbənin təmin olunmasının əsas elementləri sayıla bilər. İlham Əliyev ərazi bütövlüyünün təmin olunmasında milli və dövlət maraqlarından çıxış etməklə beynəlxalq ictimaiyyətə Azərbaycanın tələblərini də çatdırdı.

İlham Əliyev
 
İlham Əliyev

Ermənistanın Azərbaycan torpaqlarındakı özbaşınalığına qarşı əks-hücum əmrini vermək qədər çox böyük məsuliyyəti üzərinə götürən dövlət başçısı noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı bəhs etdiyimiz məsələlərdən danışıb: “Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq”.

İlham Əliyev
 
İlham Əliyev

Qələbənin qazanılmasının Ali Baş Komandanı olan İlham Əliyev noyabrın 10-dan sonra da işğaldan azad edilən torpaqlarda quruculuq işlərinə rəhbərlik etməklə liderlik mövqeyini qoruyub saxlayıb. İlham Əliyevin rəhbərliyi altında Şuşada Cıdır düzündə “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi, yol tikintisi işləri, elektrik xətlərinin çəkilməsi, hava limanlarınıninşası və istifadəyə verilməsi, yeni kənd təsərrüfatı obyektlərinin tikintisi, yaşayış məntəqələrinin salınması və s. quruculuq işləri reallaşır. Dövlət başçısı bu istiqamətdə fəaliyyət göstərməklə Qarabağın əsl sahibinin kim olduğunun ismarışını da dünyaya verir.

Beləliklə, İlham Əliyevin simasında dünya Azərbaycanı, onun gənclərinin, əsgər, zabit və generallarının savaş qabiliyyətini, birliyini gördü. O, dövlətin maraqları baxımından xarici jurnalistlərə və siyasətçilərə verdiyi cavablarla ölkə vətəndaşlarının fikrini ifadə edib. Dövlət başçısının siyasəti nəticəsində müharibə zamanı ölkədə birliyə də nail olunmuşdu. Ermənistan, ermənilər və havadarları əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycanda pozuculuq yarada, təxribat törədə bilmədilər.

İlham Əliyev 44 günlük müharibədə Azərbaycanı dünyaya sülhsevər, döyüşkən, öz dövlət maraqlarından əl çəkməyən, regionda təhlükəsizliyin təminində başlıca rol oynayan dövlət olaraq göstərib. Prezident Vətən savaşındakı ardıcıl fəaliyyəti ilə öz millətinin potensialını reallaşdırmasına başçılıq etdi. Azərbaycan onun liderliyi ilə ermənilərə və havadarlarına dərs verdi. Yəqin ermənilər bundan sonra 44 rəqəmini İlham Əliyevdən dərs aldıqları günlər kimi xatırlayacaqlar.

Sədrəddin Soltan

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Hamısı