Uşaq qatili olan terrorçular Ermənistanda milli qəhrəman elan edilib

Analitika 18:37 20.11.2021

İllər uzunu terroru dövlət siyasətinə, ideologiyasına çevirən Ermənistan öz ampluasındadır. 44 günlük müharibədən nəticə çıxarmayan qonşu dövlət gah rus sülhməramlılarının yerləşdiyi ərazidən, gah da sərhəddən hərbçilərimizə qarşı təxribatlar törədir. Bundan əlavə, terrorçuluqda ittiham olunan şəxslərə sığınacaq verir, onları qəhrəman obrazında qələmə verir. Məsələn, götürək Qarabağdakı son olayı. Ermənistan parlamentinin deputatları, erməni kilsəsinin nümayəndələri bir neçə gün əvvəl Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası atan terrorçu Norayr Mirzoyana dəstək məqsədilə “xeyriyyə aksiyası”na başlayıb. Hələ bu azmış kimi, Birləşmiş Ştatlar kimi bir dövlət mahiyyəti terror üzərində qurulan Ermənistanı demokratiya adı altında keçirilən sammitə dəvət edir. Terrora qarşı mübarizə aparan, terrorun qurbanı olan Azərbaycan və Türkiyə kimi dövlətlər isə sammitə dəvət olunmur. Belə görünür ki, 30 il davam edən ikili standartlar hələ də aradan qalxmayıb.

Lakin təqdirəlayiq haldır ki, artıq qərb mediasında Ermənistanın terrorçu mahiyyəti barədə məqalələr dərc edilir.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Dünyaca məşhur “Eurasia Review” nəşrində dərc olunan məqalədə erməni terroru, bu terrorçulara dəstək verilməsi pislənilir, bunun bütün Cənubi Qafqazda gərginlik yaradacağından bəhs edilir. Müəllif yazır ki, oktyabrın sonunda Ermənistan mətbuatı ASALA üzvü, terrorçu Hampiq Sasunyanın ABŞ-dan Ermənistana ekstradisiya edildiyi barədə məlumat yayıb. 2021-ci ilin martında şərti azadlığa buraxılana qədər, Sasunyan 1982-ci ildə Los-Ancelesdə Türkiyənin baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə Amerika həbsxanasında ömürlük həbs cəzası çəkirdi.

Məqalədə vurğulanır ki, sosial şəbəkələrin erməni seqmentində Sasunyanın Ermənistana ekstradisiya edilməsi xəbəri sevinclə qarşılanıb. O, ASALA və JCAG-ın bir çox digər üzvləri ilə birlikdə Ermənistanda milli qəhrəman kimi qəbul edilir. Həm ASALA, həm də JCAG bir çox ölkədə, o cümlədən ABŞ-da rəsmi olaraq terror təşkilatı kimi tanınır. Bu təşkilatların dünyanın 22 şəhərində törətdiyi terror aktları nəticəsində 31-i diplomat olmaqla, azı 58 Türkiyə vətəndaşı həlak olub. Bu terror aktlarının dalğası o həddə çatıb ki, 1983-cü il iyulun 31-də “Washington Post” belə bir sual verdi:

“Daha neçə türk diplomatı erməni terror qruplaşmalarının fanatik qatillərinin əli ilə həlak olacaq?”

Bu nə terror qruplaşmalarının üzvləri, nə də onlara dəstək verən Ermənistan sakinləri heç vaxt günahsız insanların qətlə yetirilməsindən təəssüfləndiklərini bildirmədilər.

“Hampiq Sasunyan hələ həbsdə olarkən Ermənistanın “Hay Zinvor” hərbi jurnalına müsahibəsində özünün “əsgər” olduğunu, Qarabağda - yəni Azərbaycan ərazisində döyüşmək istədiyini bildirib. Bu da onun islaholunmaz terrorçu olduğuna dəlalət edir”, - deyə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Sasunyanın azadlığa buraxılmasını nəşrə şərh edərkən bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiçin isə yazılı açıqlamasında “Türkiyə ABŞ hakimiyyətinin Sasunyanın işi ilə bağlı qərarını pisləyir. Biz bu addımı terroru təşviq etmək məqsədi daşıyan ciddi səhv hesab edirik” deyə o qeyd edib.

Bu reaksiyaya baxmayaraq, Ermənistan hakimiyyəti və cəmiyyəti terrorçulara “milli qəhrəman” kimi baxmaqdan, küçələrə, məktəblərə və digər müəssisələrə onların adlarını verməkdən, onların “şərəfinə” abidələr ucaltmaqdan əl çəkmir. ABŞ-da yerləşən erməni diaspor təşkilatı “Erməni Gəncləri Federasiyası” “Twitter”də “erməni qəhrəmanı Hampiq Sasunyan azaddır və öz vətənindədir” xəbərini yayıb. Sasunyanın terror aktlarının tərənnüm edilməsi Ermənistan üçün ilk belə hal deyil. Məsələn, ASALA liderlərindən olan Monte Melkonyan türk diplomatlarının qətlinə və Azərbaycanla müharibədə iştirakına görə erməni millətçiləri tərəfindən təqdir olunur. 1980-ci ildə Melkonyan Afinada türk diplomatı və onun 14 yaşlı qızını öldürüb. Melkonyan Fransa həbsxanasından çıxandan sonra Ermənistana gedib və Azərbaycanın dinc əhalisinə qarşı törədilən vəhşiliklərdə iştirak edib. Ən böyük vəhşiliyi isə 1992-ci ildə Xocalıda törədib. Ermənistanda onun şərəfinə abidələr ucaldılıb, təhsil ocaqları və xeyriyyə fondlarına adı verilib. Onun basdırıldığı qəbiristanlıqda ASALA-ya xatirə abidəsi ucaldılıb.

ASALA-nın Fransadakı fəaliyyətinə mənsub Varujan Karapetyan Parisin Orli hava limanında törədilən partlayışa görə 20 ilə yaxın Fransa həbsxanasında yatdıqdan sonra Ermənistanda milli qəhrəman elan edilib. Hücumun qurbanı təkcə türk diplomatları olmayıb:

“İki Türkiyə vətəndaşından başqa, insidentdə dörd fransız, bir amerikalı və bir isveçli ölüb. Amma bu, erməni siyasətçiləri və ziyalılarına onun vaxtından əvvəl azadlığa buraxılması, ən yüksək səviyyədə qəhrəmanlaşdırılması istiqamətində fəaliyyətə başlamasına mane olmayıb. Günahsız dinc insanları, uşaqları qətlə yetirmiş Sasunyan, Melkonyan və Karapetyan kimi terroristlərin qəhrəmanlaşdırılması davam edir. Onların terror taktikası vəsf edilir, gələcək nəsilləri onların davamçısı olmağa sövq edirlər”.

Qərb nəşri sonda yazır:

“Onlar anlamırlar ki, faciə özlüyündə daha çox faciə, zorakılıq doğurur. 44 günlük müharibədən sonra sülhün qorunub saxlanması fonunda Ermənistan artıq keçmişin qanlı xatirələrindən əl çəkməli və dinc gələcək üçün yaranan tarixi şansdan yararlanmalıdır”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı