Zavallı Paşinyanın göz yaşları artıq kimsəni kövrəltmir...

Analitika 10:52 27.11.2021
Ermənistan baş naziri V.Putinin və İ.Əliyevin bəyanatlarını diqqətlə oxumalıdır, əks halda erməni tərəfi yenə ərazi itirdiyini etiraf etməli olacaq 
 
Paşinyan çalışmalıdır ki, Azərbaycan İrəvan xanlığı və Zəngəzur mahalı ilə bağlı sənədləri ortaya qoymağa məcbur qalmasın...
 
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putininin görüşü növbəti 3 tərəfli  Bəyanatın imzanması ilə başa çatdı. Bəyanatda Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli Bəyanatın icrasına, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə edildi. Bu qərarın yerinə yetirilməsi üçün Qarabağ üzrə üçtərəfli İşçi Qrupuna daxil olan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan gələn həftə Moskvada görüşəcəklər. Bu Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində konkret sənədin imzalanması üçün münbit şərait yaradacaq. Azərbaycan nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair üzərinə düşən vəzifələri 378 gün əvvəl icra etdiyi üçün Bəyanatın bu bəndinin icrası istiqamətində bütün vəzifələr yalnız Ermənistanın üzərinə düşür. 
 
Birgə Bəyanatda qəbul edilən digər bir qərar, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasından ibarət oldu. Tərəflərin xahişi əsasında Rusiya Federasiyas bu məsələdə məsləhətçi köməyini də təklif edir. Bu komissiya hələ də erməni işğalında olan Qazaxın 7, Naxçıvanın 1 kəndinin azad edilməsi və ya ərazi mübadiləsi məsələsinə ciddi diqqət yetirməlidir.  
Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar aradan qaldırılması, mümkün rusklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində fəaliyyət zərurəti yaranıb. Bu zərurət üçtərəfli formatda müzakirələrin davamlı olmasını, həm də əvvəl qəbul edilən Bəyanatların Ermənistan tərəfin icrasını tələb edir. 
 
Son 3 tərəfli görüşdə fikirlərini cəmləyə bilməyən və hərdən təkrar yol verən Ermənistanın baş naziri N.Paşinyan, Rusiya Prezidenti V.Putinin “Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır” və Azərbaycan Prezidenti İ.Əliyevin “Keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri tərəfimizdən yerinə yetirilib” bəyanatının alt sətirini Brüssel görüşünə qədər daha diqqətlə oxumalıdır, baş verən reallıqlara adekvat addım atmalıdır. Hər il 1-2 dəfə görüşüb vaxt uzatmaq erməni tərəfinin yenə ərazi itirdiyini etiraf etməsi ilə nəticələnə bilər. Paşinyan çalışmalıdır ki, Azərbaycan 1920-ci ilə qayıtmasın, İrəvan xanlığı və Zəngəzur mahalı kimi tarixi torpaqları ilə bağlı sənədləri ortaya qoymağa və müvafiq addımlar atmağa məcbur qalmasın. Onsuz da məzlum Paşinyanın göz yaşları artıq kimsəni kövrəltmir. 
 
 
Ədalət Verdiyev,
hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı