Soçi görüşü nəticəsiz bitmədi Prezidentin nitqi bu mətləbləri işıqlandırdı

Analitika 11:36 27.11.2021

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində keçirilən üçtərəfli görüş başa çatdı və görüş sonrası liderlər bəyanatla çıxış etdi. Görüşlə bağlı ilk olaraq onu demək olar ki, gözləntilər daha çox idi və konkret bir bəyanatın imzalanacağı, ən yaxşı halda isə bu istiqamətdə bir açıqlamanın olacağı gözlənilirdi. Lakin buna baxmayaraq düşünmürəm ki, görüş bizim üçün nəticəsiz keçdi. Əksinə liderlərin bu görüşünü uğurlu saymaq olar. Xüsusilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər və bu fikirlərin ehtiva etdiyi məna bunu deməyə əsas verir.

Əvvəla, onu qeyd edim ki, görüş zamanı Prezident İlham Əliyev daha təmkinli idi və onun Paşinyana nəzərən sərbəstliyi ilk başdan hiss olunurdu. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də çıxışı zamanı Paşinyana daha çox xitab edir, Ermənistanı daha çox hədəfə alırdı. Ölkə başçısının çıxışında diqqət çəkən məqamlar çox idi. Misal üçün Prezident İlham Əliyev Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirdiyini qeyd etdi. Bu ondan xəbər verir ki, rəsmi Bakı indiki mərhələdə Kremlin fəaliyyətindən narazı deyil. Yəni istər sərhədlərin demarkasiya və demitasiyası, istərsə də Zəngəzur dəhlizində Bakı və Kremlin maraqları üst-üstə düşür. Hər halda tam uzlaşdığını da demək doğru olmaz, ancaq son hadisələr bunun belə olduğunu göstərir.

Hesab edirəm ki, üçtərəfli görüşdə rəsmi Bakının mövqeyi həm də Ankaranın mövqeyi idi və Prezidentin “Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir” deyərək bu prosesdən Ankaranın da razı olduğunu vurğulayırdı. Prinsip etibarilə, Ankara Kremlin Cənubi Qafqazdakı davranışından və ya təşkil etdiyi üçtərəfli görüşdən narazı olsa idi, bunu bu günə qədər bildirərdi.

Prezidentin üçtərəfli görüşdə səsləndirdiyi digər diqqət çəkən fikir də Azərbaycanın ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimum konstruktivlik nümayiş etdirdiyini, bununla belə hələ yerinə yetirilməmiş məsələlərin qalmasını Putinin diqqətinə çatdırması idi. Aydın məsələdir ki, Prezident İlham Əliyev yerinə yetirilməyən məsələlər deyərkən sətiraltı 10 noyabr bəyanatının 9-cu bəndini aktuallaşdırmağa çalışırdı. Söhbət kommunikasiyaların açılması və Azərbaycanın Naxçıvana maneəsiz hərəkətindən gedir. Məsələ ondadır ki, Zəngəzur dəhlizi indiki halda rəsmi Bakı üçün prioritet məsələdir. Bu məsələni ölkə başçısı üçün xüsusi edən digər bir məqam da onun 27 illik danışıqlar prosesinin predmeti olmaması, məhz 10 noyabr bəyanatına öz təşəbbüsü ilə salınmasıdır. İndiki halda bu məsələnin yubanması və bundan doğan fəsadların birbaşa məsuliyyəti Kremlin üzərinə düşür. Prinsip etibarilə ölə başçısının diplomatik üslubda Putinə demək istədiyi də elə məhz bu idi.

Prezidentin üçtərəfli görüş zamanı həm də Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdi. İkitərəfli əlaqələrin inkişaf dinamikasını olduqca müsbət adlandıran Prezident tərəfləri qarşılıqlı əlaqələrin bütün istiqamətləri üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu qeyd etdi. Prezidentin bu məqamları qeyd etməsi də təsadüfi deyildi. Yəni bu ifadələrin məqsədi Kreml nəzdində müsbət bir Azərbaycan imici yaratmaq deyil, Ermənistanın son zamanlar əleyhimizə Rusiyaya təqdim etdiyi arumentləri çürütmək üçün idi. Məsələ ondadır ki, rəsmi İrəvan hər vəchlə Bakını Kreml nəzdində fərqli göstərməyə çalışır. Rəsmi İrəvan xüsusilə də Azərbaycanın türk təşkilatındakı fəaliyyətini və Türkiyə-Azərbaycan münasibətlərini Bakının Kremldən uzaqlaşması kimi təqdim edir. Bu mənada deyə bilərəm ki, Prezident İlham Əliyev bu sözləri ilə Paşinyanın bu istiqamətdəki arqumentlərini həm də çürütmüş oldu.

Hesab edirəm, ölkə başçısı bununla həm də İrəvandan fəqli olaraq Bakının Kremllə münasibətlərdə daha məqbul tərəfdaş olduğunu qeyd edərək onun vasitəçiliyindən məmnun olduğunu demiş olur.

Məsələ ondadır ki, Ermənistan istər 44 günlük müharibə, istərsə də son sərhəd toqquşmaları fonunda regiona digər qüvvələri cəlb etmək istəyir və bu heç kəsə sirr deyil. Azərbaycan isə Ermənistanda fərqli olaraq regionun problemini ancaq region ölkələri ilə həll etməkdə maraqlıdır. Yəni bu prosesdə Moskvanın iştirakı digər güclərin müdaxiləsindən daha məqbuldur.

Prezident çıxışında ən diqqət çəkən məqam isə onun “Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur” deməsi idi. Prezident açıqca qeyd edir ki, Rusiya ilə humanitar sahələrin əksəriyyətində əməkdaşlıq edilir. Buradan belə nəticəyə gəlmək olar ki, Rusiya sülhməralılarının müvəqqəti səlahiyyətində olan Azərbaycan ərazilərində Kremlin apardığı bütün humanitar yardımlar layihlər rəsmi Bakının icazəsi və razılığı ilə aparılır.

Turan Rzayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı