Ermənistan əsas fəaliyyətini hamıya yaxınlıq və hamıya qarşı şantaj fəlsəfəsi üzərindən qurur Yeganə Hacıyeva

Analitika 17:52 30.11.2021

Ermənistan İkinci Qarabağ münaqişəsi zamanı dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək almağa cəhd etsə də buna nail ola bilmədi. Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar zamanı İrəvanın KTMT-yə müraciət etməsi məsələsi yenidən gündəmə gəldi. Amma bu dəfə də məsələ açıq qaldı.

Üstündən cəmi bir neçə gün keçəndən sonra İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV zirvə sammitində quruma üzv ölkələr sammitin yekun Bəyannaməsində Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanladılar. Maraqlı məqam isə bu dövlətlərdən üçünün (Qazaxıstan, Qırğızıstan və Tacikistan) həm də KTMT-də təmsil olunması idi.

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva EDNews.net-ə şərh verib.

Ekspert məsələyə aydınlıq gətirmək üçün KTMT-nin təcrübəsindəki bir neçə hadisəyə diqqət çəkib: “Məsələn, 2010-cu ildə Qırğızıstanın cənubunda şiddətli millətlərarası toqquşmalar zamanı rəsmi Bişkek KTMT-dən bir neçə dəfə kömək istədi, lakin təşkilat bu təklifləri rədd etdi və etnik toqquşmada KTMT hərəkətsizlik strategiyasını seçdi. Bunu KTMT-nin “Laissez-faire” - Müdaxilə etməmək prinsipi də adlandıra bilərik. Daha sonra o dövrdə Rusiya prezidenti Dmitri Medvedyev bunu onunla izah etdi ki, KTMT sülhməramlı qüvvələrinin cəlb olunmasının meyarı müttəfiq dövlətin sərhədlərinin başqa dövlət tərəfindən pozulmasıdır. Baş verənləri qırğız xalqının daxili problemləri kimi adlandıran Medvedyev hökuməti KTMT-yə müraciət etməkdənsə vətəndaşların, insanların ehtiyacları ilə məşğul olmağı məsləhət gördü”.

Y. Hacıyevanın sözlərinə görə, məhz bu məqam öz problemlərini həmişə Rusiyanın hesabına həll etməyi öyrənmiş Ermənistan hökuməti üçün əlavə arqumentə çevrildi və 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycan sərhədinə yaxın bölgədə hərbi təxribatlara başlayanda əsas hədəf proseslərə məhz KTMT-ni qatmaq idi: “Konfliktin Azərbaycan-Ermənistan çərçivəsindən çıxaraq, genişlənərək, regional konflikt deyil, regionlararası və ya qlobal konflikt statusuna çatdırılması planı vardı. Bununla da Ermənistan və havadarları qarşısına konfliktin həllini birdəfəlik mümkünsüz etmək məqsədi qoyulmuşdu. 44 günlük Vətən müharibəsi günlərində, bu ilin avqust və noyabr eskalasiyasında da Ermənistan dəfələrlə KTMT-yə müdaxilə və bölgəyə sülhməramlılar cəlb etməsi ilə bağlı müraciətlər etdi. Bir neçə dəfə isə ümumiyyətlə müraciətlə bərabər “başqa formatlar” fikirləşirik kimi şantaj üsuluna əl atan Ermənistanın bu planı nəticəsiz qaldı. Dəfələrlə Rusiya  prezidenti və Xarici İşlər Nazirliyi Ermənistan baş naziri və hökumətinə bildirdi ki, KTMT bu halda təşkilatın müdafiə potensialından müttəfiqi qorumaq üçün istifadə etməyəcək, çünki hərbi əməliyyatlar onun ərazisində baş vermir. İstər Qarabağdakı hərbi əməliyyatlar, istərsə də sərhəddəki hərbi təxribatlar Azərbaycanın suveren ərazilərində baş verir. Eynilə 2020-ci ilin oktyabrında da Qırğızıstanda baş verən üçüncü inqilab zamanı KTMT də baş verən hadisələri Qırğızıstanın daxili işi hesab etdi və bu böhranlı vəziyyətə müdaxilə etməmək siyasətini davam etdirdi”.

Ekspert KTMT-nin veto hüququ və təşkilat daxilində mexanizmlərin hansı formada həyata keçirilməsi ilə bağlı suala cavabında qeyd edib ki, bu mövzuları KTMT Nizamnaməsinin 4-cü bəndi tənzimləyir ki, yuxarıda sadalanan hər üç halda qərar bu nizamnaməsinin 4-cü bəndinin 5-ci maddəsi ilə verildi: "KTMT nizamnaməsinin 4-cü bəndinin 5-ci  maddəsində deyilir ki, təşkilat öz üzvlərinin daxili işlərinə qarışmamaq prinsipinə əməl edir və müttəfiqləri yalnız və yalnız üçüncü ölkələrdən gələn təhlükələr zamanı müdafiə etməyə borcludur. KTMT nizamnaməsinə görə təşkilat üzv ölkələrin işğal təşəbbüsündə ona dəstək olmayacaq və KTMT-nin müttəfiqləri üçüncü ölkələrdən gələn təhlükələr yalnız onların öz ərazilərində baş verərkən müdaxilə olunacaq. Nə Qırğızıstandakı 2010-cu il, 2020-ci il böhranı, nə də Qarabağ uğrunda müharibə bu kateqoriyaya aid deyildi".

Politoloq əlavə edib ki, Ermənistan regiondakı pozucu siyasətini bölgəyə kənar güclərin hərbi mövcudluğunu gətirməklə davam etmək xəttini tutub: “Ermənistan bu gün üçün əsas fəaliyyətini hamıya yaxınlıq və hamıya qarşı şantaj fəlsəfəsi üzərindən qurur. Bölgədəki KTMT-ni, ATƏT-in Minsk Qrupu və s. kimi formatların adı altında kənar qüvvələr cəlb etməyə çalışır və bunun üçün də Azərbaycanın beynəlxalq hüquqla suveren ərazisi olan ərazilərdə Azərbaycanın sərhəd və gömrük sisteminin tətbiq edilməsini Ermənistanın öz ərazilərinə soxulmaq kimi qələmə verməklə Cənubi Qafqazda öz hərbi mövcudluğunu görmək istəyən dairələrin diqqətini çəkir, onlara “fakt əsaslar” verməyə çalışır və s.”

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı