Bəzi dövlətlər nüfuzunu genişləndirmək üçün bu üsuldan da istifadə edir Ekspert

Analitika 12:06 04.12.2021

ABŞ-da, xüsusən Baydenin prezident seçilməsindən sonra, LGBT fərdləri ilə bağlı məsələlər yenidən gündəmə gəlməyə başladı. Baydenin ilk addımlarından biri də Tramp dövründən qalan bəzi qərarların dəyişdirilməsi oldu. Hansı ki, bu məsələlərdən sonra LGBT fərdləri Baydenin bu addımlarını təqdir etdiklərini açıqladılar. Baydenin atdığı ilk addımlardan biri də transseksualların hərbi xidmət qadağası idi. Ancaq Bayden bununla kifayətlənmədi. Bayden Administrasiyasının dövlət katibi Entoni Blinken, ABŞ konsulluqlarında və dünyadakı səfirliklərində LGBT “bayrağının” dalğalanmasına icazə verdi. ABŞ-da qrant fondları eyni zamanda LGBT haqları ilə əlaqədar layihələrin həcmini də artırmağa başladı. Dünyanın müxtəlif ölkələrində bu məqsədlə cinsi azlıqların özlərini ifadəsi üçün addımlar atmağa başladılar. Əlbəttə ki, bununla onların təməl məqsədi insan haqları deyil, xüsusi ilə mühafizəkar ölkələrin bu mövzudakı həssaslıqları olduğu halda öz yayılma siyasətlərini davam etdirməyin yollarından biri kimi də bu üsula da əl atırlar. Bu istiqamətdə araştırma mərkəzləri, anket şirkətləri və s. ilə mövzunu daima gündəmdə saxlamaq üçün müxtəlif addımlar atırlar. Misal üçün “Pew” araşdırma şirkəti mütəmadi olaraq bu mövzuda araşdırmalar edir. Son araşdırmaların birinin başlığını aşağıdakı kimi təqdim edib: “LGBT fərdlərinin dünya cəmiyyətlərində qəbul edilmə meyli artmağa davam etməkdədir”.

ABŞ-da yerləşən “Pew” araşdırma şirkətinin açıqladığı sorğunun nəticələrinə görə, dünyada getdikcə daha çox insan homoseksuallığın qəbul edilməli olduğunu düşünür. Bununla birlikdə, homoseksuallığın qəbulunda ümumi bir artım olsa da, nisbətlər ölkələrə görə demoqrafik quruluşa görə dəyişir. 2002 və 2020-ci illəri müqayisə edən araşdırmanın nəticələrinə görə, ABŞ-da homoseksual fərdlərin cəmiyyətə daxil olduğunu düşünənlərin nisbəti 2002-ci ildə yüzdə 51 ikən bu nisbət 2020-cu ildə 72 faizə yüksəldi. Cənubi Koreyada yüzdə 25-dən 44-ə, Yaponiyada 54-dən 68-ə, Cənubi Afrikada 33-dən 54-ə, Almaniyada 83-dən 86-ya, İngiltərədə isə yüzdə 74 -dən 86-ya yüksəldi. Rəqəmlərdən də görüldüyü kimi araşdırma şirkətinin iddiasına görə dünyadakı tendensiya ondan ibarətdir ki, artıq dünyada LGBT fərdlərinə qarşı münasibəti getdikcə loyallaşmaqdadır. Və bu kimi propaqandalar, əvvəllər daha çox marjinal, bəhsi keçən qrupun getdikcə olmasına şərait yaradan amillərdəndir.

Araşdırmada, fərdlərin siyasi meylləri ilə cinsi azlıqlara baxışları arasında bir paralellik olub-olmadığı da araşdırılmışdı. Araşdırmalar, ABŞ-ın iki fərqli siyasi cəbhəsi arasında belə dərin bir ideoloji uçurum olduğunu ortaya qoyur. Buna görə, ABŞ-da Demokratları dəstəkləyən seçicilərin 85 faizi homoseksualları dəstəkləsə də, Respublikaçılara səs verənlərin  faiz dərəcəsi yüzdə 58-dir.

Araşdırma, eyni zamanda LGBT fərdlərinin daha az qəbul edildiyi cəmiyyətlərin də bəzilərininin adını araşdırmaya daxil edib. Belə ki, LGBT fərdlərinin ən az qəbul edildiyi ölkə 7 faizlə Nigeriyadır. İndoneziya və Tunisdə 9 faiz, Livanda 13 faiz, Rusiya, Ukrayna və Keniyada 14 faiz, Türkiyədə 25 faizdir. Azərbaycan bu araşdırmaya daxil edilməsə də, əminik ki, daxil edilmiş olsaydı cinsi azlığın ən az qəbul edildiyi ölkələr sırasında yer alacaqdı. Bunun bir çox səbəbi vardır. Coğrafiya, ölkə əhalisinin demoqrafik və sosiolojik quruluşu. Qafqaz regionunda LGBT fərdlərinə olan münasibətə gəlincə isə Gürcüstanda yaşanan son hadisələri örnək göstərmək olar. LGTB-nin bu dərəcədə cəmiyyətdə və hər sahədə geniş yer alması onu göstərir ki, artıq gələcəkdə yeni dönəmin siyasətinin azlıqlar üzərindən həyata keçirilməsinin daha cox şahidi olacağıq.

Ramiyə Məmmədova 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı