Azərbaycanla Ermənistanın dövlət başçıları arasında Brüssel görüşü keçirilməyə bilər Ekspert

Analitika 12:12 06.12.2021

Məlum olduğu kimi, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi. Fürsətdən istifadə edərək, Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etdilər. Lakin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın verdiyi məlumata əsasən 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarilərının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi və Ermənistan parlamentarilərin bu hərəkətini ikitərəfli münasibətlərin normallaşdırılmasına qarşı yönəlmiş hərbi-siyasi təxribat kimi qiymətləndirdi.

Diqqətlə nəzərdən keçirdikdə Azərbaycan ərazisinə qanunsuz səfər edən deputatların Ermənistanın keçmiş prezidenti, Azərbaycan xalqının cəlladı Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” parlament fraksiyasının üzvləri olduğunu görmək mümkündür. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, ən yüksək səviyyədə ikitərəfli görüşün tarixinin artıq məlum olduğu bir vaxtda bu addımın atılmasını görüşlərin keçirilməsinə qarşı yönələn pozucu addım kimi qiymətləndirmək mümkündür. Deməli, Rusiya və Avropa strukturlarının ciddi səylərinə baxmayaraq Ermənistan daxilində iki ölkə arasında münasibətlərin yaxınlaşdırılmasına qarşı olan qüvvələr fəaliyyətə keçiblər və onlar ilk “nailiyyətlərini” qazandılar: - Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Stokholmda dekabrın 3-nə nəzərdə tutulan görüşü baş tutmadı.

Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüş iki dövlət başçısının Belçikanın paytaxtı Brüsseldə görüşəcəkləri haqqında məlumat yayıldıqdan sonra - 26 noyabrda Moskvanın Ermənistan Baş naziri Nikol Paşinyana ciddi təzyiqindən sonra Soçidə baş tutdu. Vladimir Putin və Rusiya hakim dairələri Nikol Paşinyanın Avropanı Rusiyadan üstün tutaraq Brüsseldə görüşmək istəməsini birmənalı qarşılamadı. Rusiyada onun bu addımını Rusiyaya qarşı xəyanətlər silsiləsinin davamı kimi qiymətləndirdilər.

Soçidə keçirilən üçtərəfli görüşdə Rusiya Paşinyanla nəzərdə tutulan məsələlərin həllində gözlədiyi nəticəni ala bilmədi. Paşinyan Soçiyə məcburiyyət qarşısında qalaraq getmişdi və ondan ciddi addımlar gözləmək sədəlövhlük olardı. O həlledici məsələləri Brüsseldə müzakirə etmək və razılığa gəlmək üçün saxlayırdı. Bu isə indiki şəraitdə, Rusiya ilə Avropa Birliyi arasında müxtəlif sahələr üzrə qarşıdurmanın ən yüksək həddə olduğu bir vaxtda Rusiya tərəfindən heç qəbuledilən deyil.

Yaranan situasiyanı Ermənistanda Paşinyana müxalif olan qüvvələr Robert Koçaryan, Serj Sarqsyan və başqaları yerində dəyərləndirərək, həm də Moskvadan alınan siqnallar əsasında fəaliyyətə keçdilər. Onların ilk addımı iki ölkə xarici işlər nazirlərinin Stokholmda keçirilməsi nəzərdə tutulan görüşə qarşı oldu. Onlar bu vəzifənin qarşısında “uğurla” gəldilər. “Ermənistan” parlament fraksiyasının deputalarının qanunsuz olaraq Azərbaycan ərazisinə səfəri xarici işlər nazirlərinin görüşünün keçirilməsinin qarşısını aldı.

Bu “müvəffəqiyyətdən“ ruhlanan Qarabağ erməni klanı növbəti addımlarını həyata keçirməyə başlayıblar. Onlar bu dəfə İlham Əliyevlə Nikol Paşinyan arasında delabrın 15-nə Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün qarşısını almaq üçün fəaliyyətə keçiblər. Bunun üçün iki ölkə arasındakı sərhəddə genişmiqyaslı təxribatdan tutmuş Rusiya sülhməramlıəlarının nəzarəti altında olan ərazilərdən Azərbaycan əsgərləriunə qarşı hücuma qədər müxtəlif hərəkətlər müzakirə olunur.

Maraqlı burasıdır ki, Rusiya tərəfi Ermənistanda olan öz proksilərinin təxribat xarakterli hücumlarının qarşısını almaq üçün tədbirlər görmür və ya onları yerində oturtmur. Görünən budur ki, Brüsseldə nəzərdə tutulmuş yüksək səviyyəli görüşün baş tutması və bu görüşdə Soçidə əldə olunmuş razılaşmadan artıq hər hansı sənədin imzalanması Rusiyanın maraqlarına cavab vermir. Rusiyada bunu Avropa ilə qarşıdurmada uduzmaq kimi qiymətləndirirlər.

Azərbaycanla Ermənistan arasındakı münasibətlərin Avropa-Rusiya qarşıdurmasında mərkəzi yer tutması heç kimə sirr deyil. Bu qarşıdurmanın nə ilə nəticələnəcəyi hələlik məlum olmasa da Brüssel görüşləri müəyyən proqnozlar verməyə imkan verəcək.

Azərbaycan Ordusu, sərhədçilərimiz və müvafiq qurumlar ermənilər tərəfindən Brüsseldə keçiriləcək ikitərəfli görüşü pozmağa yönələn növbəti genişmiqyaslı təxribatın ola biləcəyini nəzərdə tutaraq sayıqlığı daha da artırmalıdırlar.

Əlimusa İbrahimov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Hamısı