Brüssel görüşünün nəticələri: "Ya hər iki dəhliz, ya da heç biri”

Analitika 17:16 15.12.2021

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Əvvəla onu qeyd etmək lazımdır ki, iki ölkə prezidenti müharibədən sonra ilk dəfədir ki, belə təkbətək görüşürdü.Tərəflər sonuncu dəfə müharibədən öncə 15 fevral 2020-ci il tarixində Münhendə görüşmüşdü. Bir məqamı qeyd etmək lazımdır ki, erməni diasporunun bu görüşə uzun müddətdir hazırlaşdığı, Azərbaycan prezidentinə təzyiq imkanı yaratmaq üçün “zəmin” formalaşdırdığı bəlli idi.

Görüş zamanı Prezidentə ənənəvi olaraq, "demokratiya”  “insan haqları" bəhanəsi ilə müəyyən təziqlərin ediləcəyi bu yolla Zəngəzur dəhlizi və regional məsələlərin ikinci plana salınacağı düşünülürdü. Lakin ermənilərin gözlədiyi heç nə baş tutmadı.

Zəngəzur dəhlizinin açarı Laçın dəhlizidir!

Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyi hər kəsə bəllidir. Son hadisələr və Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları da bunu sübut edir. Lakin bu da bir reallıqdır ki, Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil. Bu mənada deyə bilərəm ki, Prezidentin Zəngəzur dəhlizinin açılması istiqamətində Laçın dəhlizi üzərindən Emənistana təzyiq etməsi məntiqli və düzgün addımdır.

Prinsip etibarilə Laçında ermənilər üçün dəhlizin yaradılıb Zəngəzurda Azərbaycana sadəcə bəsit bir yolun verilməsi heç də ədalətli və konstruktiv addım deyil. Ermənistan tərəfi hər vəchlə 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsinin olmadığını qeyd etsə də faktiki olaraq müqavilədə maneəsiz hərəkət sözü var. Bu isə özlüyündə dəhliz ifadəsindən çox daha ciddi bir faktdır. Lakin rəsmi İrəvan bununla da razılaşmaq istəmir. Bu mənada Prezidentin Aİ Şurası Prezidenti Şarl Mişellə görüşdən öncə NATO Baş katibi ilə mətbuat konfransında ən sərt şəkildə Zəngəzur məsələsini qaldırması və ilk dəfə olaraq Laçın dəhlizi ilə müqayisə etməsi rəsmi Bakının bu məsələdə nə dərəcədə qərarlı olduğunu göstərir.

Bəyanatdakı bu məqamlar Paşinyanı məyus etdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Hesab edirəm ki, bəyanat rəsmi Bakının maraqlarına uyğundur. Misal üçün, Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Digər tərəfdən, bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Prinsip etibarilə bu, Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilə bilər. Çünki rəsmi Bakı da indiki halda yekun sülh müqaviləsinin imzalanmasını təklif edir və bu mövqeyi sabitdir.

Şarl Mişelin bəyanatındakı ən mühüm məqam isə şübhəsiz onun 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini çağırış etməsidir. Məsələ ondadır ki, bu çağırış Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Çünki 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin hamısı rəsmi Bakı üçün məqbuldur. Azərbaycan bu gün də qeyd olunan görüş və bəyanatların icrasını tələb edir. Misal üçün 10 noyabr bəyanatında öz əksinə tapan maneəsiz hərəkət məsələsi və nəqliyyat kommunikasiya əlaqələrinin bərpa edilməsi məsələsi hələ də icra edilməyib.

Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.

Bəyanatda həm də dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Hesab edirəm ki, burada konkret olmasa da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi nəzərdə tutulur. Belə ki indiki halda çəkiləcək dəmir yolu xətti keçmiş xəttin yenilənməsi hesabına reallaşacaq. Keçmiş dəmir yolu xətti isə məhz Zəngəzur ərazisindən keçirdi. Daha fərqli bir yerdən dəmir yolu çəkmək ən azından coğrafi olaraq çətin olacaq. Ermənistanın yalnız Araz boyu cənub sərhədləri düzən ərazidir və SSRİ dövründə iki ölkəni birləşdirən dəmir yolu da məhz buradan keçirdi. Bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir.

Bəyanatda bir dəfə də olsun ATƏT-in Minsk qrupunun adı çəkilmədi.

Bu, gözlənilən idi. Çünki ATƏT-in MQ 27 illik fəaliyyətsizliyi artıq hər kəs tərəfindən bilinir. 27 il ərzində qurumun bacarmadığını faktiki olaraq Azərbaycan 44 günlük müharibədə bacardı. Mahiyyət etibarilə İkinci Qarabağ müharibəsinin başlamasına bir səbəb də məhz qurumun fəaliyyətsizliyi və qərəzli mövqeyi idi.

İndiki mərhələdə ATƏT-in MQ olub-olmamasının heç bir fərqi yoxdur. Bəyanatda bir dəfə də olsun qurumun adının çəkilməməsi isə onu göstərir ki, Brüsselin nəzərində də o artıq öz etibarını itirib. Əks təqdirdə Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunmaz, ATƏT-in MQ-na həvalə edilərdi.

Turan Rzayev
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı