Ukrayna gərginliyində ilk gülləni kim atsa, məğlub da o olacaq!

Analitika 15:45 25.01.2022

Son günlərin ən çox müzakirə edilən mövzusu heç şübhəsiz ki, Ukrayna ətrafında baş verən gərginlikdir. Rusiyanın Ukrayna sərhədində hərbi texnika və canlı qüvvə sayını artırması, Qərbin və ABŞ-ın rəsmi Kiyevə silah-sursat  və iqtisadi yardım etməsi tərəflər arasında gərginliyin hələ davam edəcəyini göstərir. Son günlər Qərb ölkələrinin Ukraynadakı diplaomatlarını geri çağırması isə müharibə ehtimallarını gücləndirir. Hərkəsi maraqlandıran konkret sual isə birdir:

Ukraynada müharibə olacaqmı?

Hesab edirəm bu suala cavab vermək üçün tərəfləri ayrı-ayrılıqda analiz etmək və kimin nə istədiyini anlamaq lazımdır.

Rusiya- Kremlin indiki halda Ukrayna ilə, dolayı yolla da ona dəstək verən Qərb və ABŞ-la müharibə edəcəyini düşünmürəm. Düzdür, Rusiya dünyanın həm say tərkibinə, həm də hərbi texniki imkanlarına görə ən güclü ordularından birinə sahibdir. Digər tərəfdən, rəsmi Kremlin 10 mindən artıq nüvə başlığının olduğunu da unutmamaq lazımdır. Lakin bütün bunlara baxmayaraq danılmaz bir reallıq var ki, Rusiya iqtisadiyyatı indiki məqamda nəinki uzunmüddətli bir müharibəyə heç qısa müddətli müharibəyə də hazır deyil.

Pandemiya və Qərbin iqtisadi sanksiyaları ilə iqtisadiyyatı zəifləyən rəsmi Kreml anlayır ki, Ukrayna ilə və ya onu dəstəkləyən Qərb və ABŞ ilə ehtimal müharibə Rusiya üçün ikinci SSRİ parçalanmasına səbəb ola bilər. Məntiqlə yanaşsaq, SSRİ də bənzər formada parçalanmışdı. ABŞ və Qərbin sanksiyaları, ifrat dərəcə silahlanma SSRİ iqtisadiyyatını sonda çökdürdü. Əfqanıstana müdaxilə isə bu çöküşü süqutla nəticələndirdi. Kreml anlayır ki, Vaşinqton Rusiyanı da bənzər formada öncə çökdürmək, daha sonra isə parçalamaq niyyətindədir.

Bəs Kreml nə istəyir?

Rusiya indiki məqamda NATO-nun sərhədlərinə bu qədər yaxınlaşmasını istəmir. Rəsmi Moskva vaxilə SSRİ ilə ABŞ arasında mövcud olan nüfuz bölgüsünün yenidən təsis olmasını istəyir. Yəni sən mənim ərazilərimə müdaxilə etmə, mən də sənin! Lakin reallıq ondan ibarətdir ki, Rusiya hər nə qədər mən SSRİ-nin varisiyəm desə də bu belə deyil. O nə SSRİ-dir, nə də ABŞ-la nüfuz bölgüsü aparacaq potensiala malik ölkə deyil.

Rusiya nə edə bilər?

Hesab edirəm indiki məqamda Rusiya Ukrayna sərhədində hərbi mövcudluğunu artıracaq. Bununla da Qərbə və ABŞ-a öz qərarlı mövqeyini gəstərəcək. Rusiyanın Ukraynaya müdaxilə edəcəyini və ya lokal müharibəyə başlayacağını düşünmürəm. Lakin mövcud vəziyyətlə də barışmayacaq. Ehtimal ki, Kreml yenidən “Novaya Rasiya” planını işə salacaq və Ukrayna daxilində yeni separatçı hərəkat başladacaq. Bu yolla o,  Qərblə arasında yeni tanpon ölkə təsis edə bilər. Nəticə etibarilə düşünmürəm ki, indiki halda Kremlin istəyi Ukraynanı işğal etməkdir.

ABŞ və Qərb – Ukrayna gərginliyində rəsmi Vaşinqton hələlik Kiyevə iqtisadi, silah-sursat və hərbi dəstək nümayiş etdirir. Lakin ABŞ-ın Rusiya ilə Ukraynaya görə müharibə etməsi real deyil. Rəsmi Vaşinqton tarix boyu heç bir regional və ya qlobal müharibəyə tək və ilk andan qatılmayıb. ABŞ-ı ABŞ edən başlıca cəhət qələbəyə yaxın bir zamanda müharibəyə qoşulması və “qəhrəman” olmasıdır.

Rəsmi Vaşinqton anlayır ki, Rusiya ilə başa-baş müharibə ən az Rusiya qədər onun üçün də risklidir. Müqayisə üçün deyə bilərəm ki, ABŞ və Qərblə birbaşa müharibə Rusiyanın SSRİ kimi parçalanmasına gətirib çıxara bilər. Rusiya ilə müharibə isə ABŞ-ı parçalamayacaq. Lakin kifayət qədər zəiflədəcək və rəsmi Vaşinqtonun əsas rəqibi olan Çinin güclənməsinə gətirib çıxaracaq. Rəsmi Vaşinqton üçün Çinin günü-gündən güclənməsi Kremlin Ukraynaya müdaxiləsindən daha vacibdir. Nəticə etibarilə Çin ilə rəqabət fonunda ABŞ-ın Ukraynada bu və ya başqa formada boş bir macəraya atılacağını düşünmürəm.

Ukrayna- heç şübhəsiz ki, mövcud gərginliyin ən haqlı tərəfidir Ukraynadır. Rəsmi Kiyev ərazi bütövlüyünü bərpa etmək istəyir. Buna görə də hazırda Ukraynanın mövqeyini anlamaq olar. Lakin Ukrayna da son günlər ciddi səhvlər edir. Rəsmi Kiyev açıq-aşkar Qərbin verdiyi vədlərin eyforiyasına qapılıb. Misal üçün yaxın vaxtlarda ABŞ Ukraynaya “Javelin” tank əleyhinə raket komplekslərinin daha bir partiyasını təhvil verdi. NATO müttəfiqlərinin Şərqi Avropadakı NATO obyektlərinə əlavə gəmilər və döyüş təyyarələri göndərməsi ABŞ-ın Yunanıstan, Bolqarıstan, Rumıniya, hətta Maldovada hərbi kontingetinin sayını artırması da və s. faktlar görünür Kiyevi həvəsləndirib. Düzdür, Qərbin və Avropanın hərbi dəstəyi və yardımı Ukraynanı Rusiya qarşısında gücləndirir, lakin bu kifayət deyil.

Rusiya ilə ehtimal müharibədə Qərb və ABŞ Ukraynaya birbaşa hərbi yardım etməyəcək. Ukrayna isə Kremllə təkbaşına mübarizə apara bilməz. Rəsmi Kiyevin Kreml qarşısında qələbə qazanması mümkün deyil. Ukrayna qələbə qazansa da bu “pir” qələbəsindən başqa birşey olmayacaq. Məsələ ondadır ki, Birinci və İkinci Dünya müharibəsi zamanı Ukrayna xalqı demoqrafik olaraq ən çox zərər çəkən xalq olub. Bu gün belə bu ölkədə qadın-kişi nisbəti qeyri-bərabrədir. Yəni İkinci Dünya müharibəsindən bu günə qədər bərpa oluna bilməyən qadın-kişi nisbəti yeni bir müharibə ilə tamamilə alt-üst olacaq. Digər tərəfdən, lap Qərb Ukraynaya dəstək olsa belə bu zamanda Ukraynanın ərazisi böyük güclərin müharibə meydanına çevriləcək.

Nəticə etibarilə indiki məqamda Ukraynada bu və ya başqa formada qlobal bir müharibənin olacağını düşünmürəm lakin bu baş versə də  məğlub tərəf ilk addımı atan olacaq!

Turan Rzayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Hamısı