Putin paraddakı çıxışında nə demək istəyirdi... ŞƏRH

Analitika 09:22 10.05.2022

Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən hərbi paraddakı çıxışında Ukraynada işğalçı müharibəni növbəti dəfə əsaslandırmağa çalışıb. Kreml sahibi deyib ki, əgər Rusiya “xüsusi əməliyyata” başlamasaydı, NATO Donbas və Krımda hücum əməliyyatına start verəcəkdi.

Ednews xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin Moskvada keçirilən Qələbə paradında səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

O bildirib ki, Putin çıxışı zamanı Krımı tarixi Rusiya torpağı adlandırmağı unutmayıb:

"Kreml sahibi NATO-nun Rusiya sərhədlərinə yaxınlaşdığını bildirib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra NATO Rusiya sərhədlərindən çoxmu uzaqlaşıb? Baltik ölkələrinin hamısının Rusiya ilə sərhədi var və hər biri NATO-nun üzvüdür. Putin gərək eyni məntiqlə Ukraydanan sonra Baltik ölkələrinə qarşı da işğalçı müharibəyə başlasın. Və ya Kreml NATO üzvlüyünü düşünən Finlandiyanı da hədələməyə başlayıb.

Putin Ukrayna uğrunda savaşanları həmişəki kimi “nasistlər” və “banderaçılar” kimi qiymətləndirib. Kreml sahibi Rusiyanın Ukraynada apardığı müharibəni “məcburi əməliyyat” kimi qiymətləndirərək, onun başqa yolu qalmadığını vurğulayıb. Başqa sözlə, Rusiya Ukraynanı dağıtmalı, minlərlə insanı öldürməli və beynəlxalq aləmlə münasibətləri gərginləşdirməliydi, “nasistlər” və “banderaçılar” ölkələrinin ərazi bütövlüklərini təmin edə bilməsinlər. Bu Putinin məntiqidir".

Politoloq vurğulayıb ki, Putin çıxışında 2014-ci ildə Odessanın Həmkarlar binasındakı yanğında ölən tərəfdarlarını bir daha xatırlayıb.

Belə ki, 8 il əvvəl Odessada Rusiya tərəfdarları millətçilərlə toqquşmuş və nəticədə binada yanğın baş vermiş, ölənlər olmuşdu. Putin Ukraynada işğalçı müharəbəyə başlamaqla Odessada ölənlərin intiqamını özünəməxsus şəkildi almağa çalışır. Bu “intiqam” minlərlə günahsız insanın qətlə yetirilməsi, şəhərlərin bombalanmasıyla müşahidə olunur.

"Putin Qərbi tənqid edərkən, vaxtilə beynəlxalq terrorçuların Rusiya ərazisində fəaliyyətlərini də xatırlayıb:

“Beynəlxalq terrorçular Rusiyanı zəiflətmək, dinlər və millətlər arasında nifaq salmaq istəyirdilər. Heç nə alınmadı. Bu gün Rusiyada yaşayan müxtəlif millətlərin nümayəndəsi çiyin-çiyinə Ukraynada nasistlərə qarşı savaşır”.

Putin “beynəlxalq terrorçuların Rusiya əraizisindəki fəaliyyətlərindən” danışarkən heç şübhəsiz 1990-cı illərdə iki Çeçenistan müharibəsini nəzərdə tutub. Kreml sahibi “müxtəlif millətlər çiyin-çiyinə Rusiya uğrunda savaşırlar” dedikdə yenə çeçenləri nəzərdə tutub. Putin demək istəyib ki, çeçenlər 1990-cı illərdən fərqli olaraq bu dəfə Rusiyanın maraqları uğrunda savaşırlar. Əslində Putinin özü Ukraynada işğalçı müharibədə müxtəlif millətləri üz-üzə qoyub".

E. Şahinoğlu onu da qeyd edib ki, Putin İkinci Dünya müharibəsində nasizmə qarşı savaşan müxtəlif millətlərin xatirəsini andığını bildirərkən, belə bir cümlə də işlədib:

“Biz Çin partizanlarının xatirəsini də anırıq”. Putinin “Çin partizanları” haqqında cümləsi keçmiş nitqlərində qeydə alınmayıb. Böyük ehtimalla Putin bu cümləsiylə vaxtilə Çin ərazisini işğal edən və İkinci Dünya müharibəsinin digər məğlub ölkəsi olan Yaponiyanın ünvanına daş atıb. Uzun illər Moskva ilə nəticəsiz danışıqlar aparan Tokio Rusiyanın Yaponiyaya məxsus Kuril adalarını geri qaytarmayacağını anlamaqla yanaşı Ukrayna məsələsində Qərb qədər prinsipial mövqe ortaya qoyub. Bu da Kremlin xoşuna gəlmədiyinə görə Putin qəfil “çinli partizanları” xatırlayıb”.

Qeyd edək ki, bu gün Rusiyada 9 May - Qələbə günü münasibətilə paytaxt Moskvanın Qızıl Meydanında hərbi parad keçirilib. Paradda Prezident Vladimir Putin də iştirak edib. 

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar -FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Hamısı