Azərbaycan – Ermənistan arasında sülh danışıqlarında Paşinyanın önəmi – Əkbər Novruz yazır

Analitika 17:40 29.09.2023

Antiterror tədbirləri bitdi, Azərbaycan və Ermənistan dövlətləri arasında son maneə də aradan qaldırıldı. Son bir neçə gündə iki ölkə arasında sülh danışıqlarına gedən yolda müəyyən addımlar atıldı.

Sentyabrın 27-də Ağ evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.

Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsi idi. Bundan savayı sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub. 

Prezident İlham Əliyev antiterror tədbirləri ilə bağlı xalqa müraciətində Ermənistanla sülh sazişinin imzalanmasına maneələrin aradan qalxdığını və cari ilin sonuna qədər sülh sazişinin mümkün olduğunu bildirib. 

Hazırda bununla bağlı sadəcə bir dilemma var, Qarabağ ermənilər ilə bağlı məsələnin sazişə salınması.

Rəsmi Bakı məsələnin tam həllini ölkə konstitusiyası ilə təmin olunması tərəfdarıdır, amma İrəvan isə bu məsələnin həllini beynəlxalq mexanizmaların tənzimlənmələrində görür. Ələxsus qeyd edək ki, rəsmi Bakı eyni zaman da bildirib ki, sülh müqaviləsinin harada imzalanması elə də əhəmiyyət kəsb etmir, əsas odur ki, müqavilə imzalansın.

Lakin antiterror tədbirlərindən əvvəl və sonra Ermənistan və Rusiya arasında çox ciddi qarşıdurmalar baş verib.
Tədbirlərdən əvvəl Paşinyanın Rusiya ünvanına qarşı istifadə etdiyi xoşagəlməz ifadələr, ölkə parlamentinin Putinin həbsini nəzərdə tutan “Roma Statu”nu qəbul etməsi kimi proseslər iki ölkə arasındakı vəziyyəti gərgin hala gətirib.

Paşinyan Qərbə yanaşır, Rusiyaya qarşı çıxır. Rusiya XİN – də buna cavab verərək bunu qətiyyətlə qınayıb. XİN Sergey Lavrov ötən günlərdə bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı maraqları hələ də qalmaqdadır, biz bir Qafqaz ölkəsi olaraq hər şeyi görürük və nəzarət edirik. 

Bu o, deməkdir ki, Rusiya öz maraqlarından çəkinməyib. Xatırlamaq lazımdır ki, Rusiya hər zaman mövqeyini möhkəm saxlamaq üçün əlindən gələni edib və edəcək. İrəvanda da bildirilir ki, Rusiya Paşinyanı devirmək üçün əlindən gələni edir. Hətta maraqlıdır ki, buna uyğun olaraq sonradan Ermənistan mediasında hökümətin Paşinyanın istefasına qarşı olduğu xəbəri yayıldı.

Baxın biz azərbaycanlılar sözsüz ki, heç bir zaman Paşinyanı bəyənməyəcəyik. Faktiki olaraq müharibənin səbəbkarı olmuş şəxsdir. Lakin bu şəxsin hazırki rolu sülh müqaviləsinə gedən yolda çox konstruktiv ola bilər. 

Nə qədər öz fikirlərini dəfələrlə təkzib edib, bir gün seperatçıların yanında, digər bir gün onlara qarşı mövqe nümayiş etdirsə də, özü də sülhün tərəfdarıdır. 

Paşinyan sadəcə erməni xalqına onların nə qədər dar düşüncəli olduğunu göstərmək üçün gətirilib. Günümüzdə millətçi, revanşist, şovinist kimi düşüncələrin mənasız olduğunu göstərir bu adam. Bariz şəkildə bildirmir ancaq yetərincə iş görür. 
Paşinyan  da bilir ki, ölkə özünü təcrid etməkdən, Rusiyadan aslı qalmaqdan sosial rifahı bərbad gündədir. Zəngəzur dəhlizi, sülh müqaviləsi, regionda hər kəsə, ən əsas da Ermənistana kömək edəcək. Qısaca Paşinyan olduqca, sülh müqaviləsi imkanı da bir o qədər olacaq.

 

WhatsApp-Image-2023-08-02-at-14.59.44.jpeg

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı