Rusiyasız qalan Baltikyanı dövlətlərin PEŞMANLIĞI – Havalar soyuduqca böyüyən PROBLEMLƏR

Analitika 16:00 21.11.2023

Baltikyanı dövlətlər Ukrayna müharibəsinə görə Rusiya qazından imtina edib. MDB ölkəsi olan bu dövlətlərin öz enerji təhlükəsizliyini təmin etmək üçün çıxış yolu axtarmağı, Rusiya ilə münasibətləri stabilləşdirməkdən üstün tutdu.

Dünyanın ən böyük təbii qaz ixracatçılarından biri olan Rusiyanın Avropaya, eləcə də Baltikyanı dövlətlərə qaz ixrac etməsinin bu ölkələrin bütün sənaye sahələrində əhəmiyyətli dərəcədə rolu var. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, Rusiyanın işğalçı mövqeyini qınayan Baltik dövlətləri idxal etdikləri qazdan imtina etdilər. 2022-ci il, aprelin 1-dən etibarən Rusiya qazı Latviya, Litva və Estoniyaya ixrac edilmir. Bu tarixdən etibarən Baltikyanı dövlətlər öz təbii qaz təlabatını Latviyanın rezervləri və bəzi məhdud qaynaqlarla ilə ödəyir. Bundan əlavə, Rusiya yaxın gələcəkdə həmin dövlətlərə neft və ya qaz ixrac etmək niyyətində olmadığını açıq şəkildə bildirib. Moskva rəsmiləri bu addımın Rusiyanın dünyada qaz istehsalçısı kimi statusunu qorumaq üçün atıldığını iddia ediblər. Müharibədən sonra adıçəkilən üç ölkədə böyüyən inflyasiyanın əsas mənbəyi bahalaşan energetika olub. İstehlak Qiymətlərinin Uyğunlaşdırılmış İndeksinin (HICP) illik göstəricilərinə görə, Baltikyanı dövlətlərdə enerji istehlak qiymətləri sürətlə yüksələrək iki dəfə artıb. Latviya, Litva və Estoniyanın Baltik dənizində Almaniya ilə birlikdə keçirdiyi yeni təbii qaz yataqları axtarmaq əməliyyatları hələ ki, ciddi bir nəticə verməyib. Məsələyə ümumi perspektivdən yanaşdıqda deyə bilərik ki, bütün sanksiyalara və zəif siyasi münasibətlərə rəğmən Avropa Birliyi özünün qaz təlabatının 40%-ni Rusiyadan alır. Ukraynda müharibəsindən sonra İspaniya, İtaliya və Fransa kimi ölkələr Afrika ölkələri ilə yeni ticari anlaşmalara baş vursa da, şimal dövlətləri üçün problemin həlli daha mürəkkəbdir. 

Problemin Avropadan kənarda həlli

Fransanın Hərbi Dəniz Qüvvələrinin Strateji Araşdırmalar Mərkəzinin Tədqiqat direktoru Nikolas Mazukçi, Rusiya ilə siyasi əlaqələrin pisləşməsində bumeranq təsirinin olacağını ifadə edib. Təbii qaz üçün Rusiyaya alternativ axtaran Avropa dövlətləri Əlcəzairə müraciət etsə də, ölkənin yerli hasilat sənayesi infrastrukturunun hələ ki, bu iqtisadi razılaşmaya hazır olmadığı ortaya çıxıb. Mazukçi əlavə bir çıxış yolu olaraq Azərbaycan qazının idxalı variantını irəli sürüb. Lakin, məlum olduğu kimi Azərbaycanın təbi qaz resursları Rusiyanınkı qədər zəngin deyil. Bundan başqa, Azərbaycanla Avropa arasında mövcud olan qaz ticarətinin həcmini artırmaq üçün qaz boru kəmərlərinin ekstensiv inkişafına ehtiyac var ki, bu prqramın planlaşdırıldıqdan sonra həyata keçirilməsi uzun müddət ala bilər.

Screenshot_1.png

Norveçin potensial alternativ kimi rolu

Danimarka da Baltikyanı dövlətlərin qaz axtarma proqramına daxil olmuş və Şimal Dənizində yeni əməliyyatlara start verilmişdir. Şimali Avropada məhdud sayda təbii qaz resurslarına sahib olan və Danimarkaya uzun illərdir ki qaz ixrac edən Norveç 2022-ci ilin yayından Baltikyanı dövlətlərin də qazla təmin olunması məsələsini o qdərə də isti qarşılamayıb. 2022-ci ilin sonuna qədər Polşa, Danimarka, Belçika və Balkan dövlətlərinə təbii qaz satan Norveç Baltik sualtı qaz boru kəməri ilə 45 milyon kub metr təbii qaz ixrac edib. Qeyd edək ki, bu rəqəm ümumi Norveç qaz tədarükünün 36%-ni təşkil edir. Energetika sahəsində ölkəni Yaşıl Enerji mənbələri ilə intensiv inkişafa yönləndirən Norveç rəsmiləri bu haldan heç də razı deyillər. Bu iqtisadi əməkdaşlığı uzun müddtə davam etməyəcəyini bildirən Norveç, Baltikyanı dövlətlərlə birgə yeni neft və qaz yataqlarının axtarışı üçün 18 milyon dollar vəsait ayırıb. Beləliklə, özünün təbii sərvətlərini qorumağa çalışan Norveç, dəniz qonşuları olan Baltikyanı dövlətlərə məsələ ilə bağlı sadəcə müvəqqəti olaraq güzəştə getdyini açıq şəkildə bildirib.

c7018e5d-norway-energy-1024x683.jpg

Rusiyanın məsələdə mövqeyi

Baltikyanı dövlətlərin enerji tədarükündə əsas rol oynayan və Baltik dənizinin altında yerləşən sualtı qaz boru kəmərlərinin zədələnməsi bu ölkələr üçün böyük təhlükə yaratdı. Qeyd etmək lazımdır ki, İsveçin cənub sahilində yerləşən sualtı boru kəməri, ölkənin NATO-ya qoşulma prosesini başladıqdan sonra partladı. Qərb ölkələri bunu Rusiyanın təxribatı kimi qiymətləndirsə də, bu barədə heç bir sübut tapılmadı. Baltik dövlətlərinin Rusiya qazından üz döndərməsi və yaxın bir vaxt kəsiyində onları məhdud sayda qazla təmin edən kəmərlərin zədələnməsi onların növbəti qışa nə dərəcədə hazır olduğunu da şübhə altına aldı. Bu baxımdan, Baltikyanı dövlətlərin yaxın gələcəkdə Rusiya ilə ticari münasibətləri birbaşa kəsməkdən daha münasib variantla çıxış edə bilər. Məsələyə Rusiya tərəfdən baxdıqda isə, aydın olur ki, bu vəziyyət əvvəla rus qazını dəyərləndirir və onun Şərqi Avropadakı iqtisadi ağalığını möhkəmləndirir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı