Bakı və Ankaranın Suriya örnəyi - strateji tərəfdaşlardan Qərbə növbəti dərs

Analitika 16:01 11.12.2024

Suriyada Bəşşar Əsəd rejiminin çöküşü, hadisələrin inkişafı dünyanın diqqət mərkəzindədir. Tarixi günlər yaşayan Suriyada baş verənlər tək bu ölkə deyil, bütövlükdə dünya üçün əhəmiyyət kəsb edir.

Bəşşar Əsədin gedişi Suriya xalqının önündə hər mənada yaxşı fürsətlər açıb. Bundan necə yararlanacaqlar, bunu proseslərin gedişi göstərəcək. Hələ ki ölkə qarışıq, narahat günlərini yaşayır.

Suriya probleminin həllində ilk gündən qardaş Türkiyənin rolunu xüsusi qeyd etmək yerinə düşər. Rəsmi Ankara Suriya böhranından əziyyət çəkən dövlət kimi bu ölkədə sülh və əmin-amanlığın bərqərar olması üçün əlindən gələni edib və etməkdədir.

Nəzərə alaq ki, Suriya ərazisi İŞİD, PKK və digər terror qruplaşmaları üçün münbit baza rolunu oynayıb. Bölgədə hətta erməni terror təşkilatları – ASALA-dan tutmuş, digər qruplaşmaların təlim-məşq bazaları fəaliyyət göstərib. Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdiyi ilk bəyanatlarda terrorçuların fəaliyyətinə toxunub və bəyan edib ki, çox yaxın gələcəkdə İŞİD və PKK terrorçularının fəaliyyət göstərdiyi Suriya əraziləri azad ediləcək.

“Türkiyə Suriyada bugünkü nailiyyətləri əldə etmək üçün həddən artıq səy göstərib. Başqalarının Suriya xalqından üz döndərdiyi bir vaxtda biz qapılarımızı qonşu ölkədən qaçan milyonlarla insanın üzünə açdıq. Ankara yeni gərginlik dövrələrinə və Suriyanın təkrar qarşıdurma zonasına çevrilməsinə yol verməyəcək”, - deyə Ərdoğan qeyd edib.

 
Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi sayəsində Türkiyə artıq 13 ildir bütün platformalarda Suriya xalqının müdafiəsində dayanıb. Ankara Suriyanı terrorizm üçün “təhlükəsiz liman” olmaqdan xilas etməyi prioritet elan edib.

Bəs Bəşşardan azad olan Suriya qarşısında hansı təxirəsalınmaz vəzifələr durur? Sözsüz ki, ilk növbədə, Əsədin mənfur rejiminin qalıqlarını sıradan çıxarıb yeni dövlət qurmaq. İkinci təxirəsalınmaz məsələ isə quruculuq-bərpa işləri və yüzminlərlə ölkə vətəndaşının geriyə dönməsinə nail olmaq, humanitar yardımların ayrılması və s.-dir.

Sonuncu məsələ xüsusi əhəmiyyət kəsb edir. Türkiyə ilə yanaşı, Azərbaycan da bu istiqamətdə aktiv mövqe sərgiləyib. Əsəd rejiminin dağılmasından cəmi bir neçə gün sonra, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev dost və müsəlman Suriya xalqına dəstəyini nümayiş etdirib. Dövlət başçısı Türkiyə Prezidentinə zəng edərək Suriyada baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Ən mühüm olan odur ki, dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, onun ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

 
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Türkiyə lideri isə bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

İki ölkə liderinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi önəmli və xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır. Elə Azərbaycan Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyət barədə bəyanatında da xüsusi vurğulanıb ki, rəsmi Bakı baş verən prosesləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.

 
Qeyd edilib ki, Əsəd rejiminin çökməsindən sonra ölkədə sülh və sabitliyin bərpa olunması, vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. Burada da qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə rəsmi Bakının Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğu vurğulanıb.

Ən əsası, Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub.

Bəli, Azərbaycan tərəfi bu humanist təşəbbüsləri ilə bir daha göstərmiş oldu ki, xalqların üzləşdiyi çətinliklərə, problemlərə biganə qala bilməz. Necə ki, bu təşəbbüsləri bir sıra ölkələrdə də sərgiləyib. Müharibə vəziyyətində olan Ukraynadan tutmuş, Əfqanıstan, Pakistan və digər ölkələri buna misal göstərmək olar.

Torpaqlarını təkbaşına işğaldan azad edən və hazırda da bu ərazilərdə quruculuq-bərpa işləri aparan dövlət üçün nə qədər çətin olsa da, Azərbaycan dünyaya nümunə olmaqda davam edir. Halbuki, məhz devrilən Əsəd rejimi bir dəfə də olsun Azərbaycanın haqq işinə dəstək nümayiş etdirməyib. Əksinə, işğal siyasəti həyata keçirən Ermənistana qucaq açıb, ərazisində erməni terror qruplaşmalarının fəaliyyətinə göz yumub.

 
Devrilmiş rejim digər islam ölkələrinə qarşı da biganə münasibəti ilə seçilib. Az qala, onu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “üz qarası” kimi də qəbul edirdilər. Lakin indi hər şey geridə qalıb və Suriya xalqı da probemlərinin həllinə çalışır.

Beləliklə, Türkiyə və Azərbaycan dövlət başçılarının məlum bəyanatı onu deməyə əsas verir ki, qardaş ölkənin münasibətləri strateji və qarşılıqlı əməkdaşlığa əsaslanır. Əsəd rejimindən xilas olan xalqın humanitar problemlərinin həllində Ankara-Bakı təşəbbüsü digər dövlətlər üçün də siqnal olmalıdır. Bu prosesə İƏT-ə üzv ölkələrin, o cümlədən Qərb dövlətlərinin qoşulması ölkədə humanitar və bərpa-quruculuq işlərinin sürətlənməsinə gətirib çıxara bilər.

Regionda Türkiyənin rolunun güclənməsi həm də Azərbaycanın rolunun güclənməsi deməkdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı