Texnologiya nəhənglərinin Trampın andiçməsində nə işi var?

Analitika 16:38 17.01.2025

"Amazon"un qurucusu Ceff Bezos, "Meta"nın rəhbəri Mark Zukerberq, "X" platformasının sahibi İlon Mask, "Google"un baş direktoru Sundar Piçay və "Apple"ın icraçı direktoru Tim Kuk… Bu adları birləşdirən ən açıq xüsusiyyət onların böyük sərvətləri və texnologiya dünyasındakı nüfuzlarıdır. Lakin qarşıdakı bazar ertəsi günü bu nəhənglərin daha bir ortaq nöqtəsi olacaq: ABŞ-ın 2024-cü ildə seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi.

"EDnyus" xəbər verir ki, bu məşhur adlar Trampın kabinet üzvləri ilə birlikdə səhnədə oturacaq.

"Orada olmaqdan qürur duyuram"

Yeni yaradılacaq Dövlət Səmərəliliyi Ofisinin rəhbəri olacaq İlon Mask "X" platformasında paylaşdığı mesajda andiçmə mərasimində iştirak edəcəyini təsdiqləyib və bunun "qürurverici" olduğunu bildirib. Digər texnologiya nəhəngləri - Ceff Bezos və Mark Zukerberq isə hələlik bu barədə  açıqlama verməyiblər.

"Bu dəfə hər kəsin orada olduğunuzu görməyi vacibdir"

"Business Insider" nəşri, "Apple"ın icraçı direktoru Tim Kuk və "Google"un baş direktoru Sundar Piçayın mərasimdə iştirak edəcəyini xəbər verib. Qeyd edilir ki, Trampın əvvəlki prezidentlik dövründə bu liderlər "qapalı qapılar arxasında" onunla görüşsələr də, bu dəfə vəziyyət fərqlidir. Nəşrin fikrincə, texnologiya rəhbərləri üçün bu dəfə onların açıq şəkildə dəstək verməsi daha önəmlidir. Məqalədə deyilir:

"Bu dəfə Trampın da bu dəstəyi açıq şəkildə gördüyündən əmin olmalısınız".

Texnologiya dünyası və siyasət: qarşılıqlı fayda

Bu vəziyyət əslində sürpriz deyil. Texnologiya dünyasının liderləri uzun müddətdir öz siyasətlərini həyata keçirmək üçün siyasi dəstəyə güvənirlər. 

Hərçənd ki, Tramp ilə münasibətləri bəzən mübahisəli olub, bu şirkətlərin administrasiyaya dəstək üçün ciddi maliyyə yardımları göstərdiyi məlumdur.

Məsələn, "OpenAI" şirkətinin baş direktoru Sem Altman Trampın andiçmə mərasiminin fondu üçün 1 milyon dollar ianə edib. "Meta" və "Amazon" da eyni addımı atıb. "Google" rəhbəri Sundar Piçay Tramp ilə şəxsən görüşüb, "Salesforce"un baş direktoru Mark Benioff isə onunla "yeni bir səhifə açdığını" bildirib. İlon Mask isə seçki prosesində də Trampı dəstəkləyirdi.

Maddi dəstəkdən də artıq

Məsələ yalnız maliyyə yardımları ilə məhdudlaşmır. Məsələn, Mark Zukerberq "Meta" platformasında idarəetmə siyasətini dəyişdirərək, daha mühafizəkar yanaşmalar tətbiq edib. Bu dəyişikliklərə nifrət nitqlərinə nəzarətin azaldılması və doğruluq yoxlama mexanizmlərinin dayandırılması daxildir. Hətta şirkətin daxilində, iş yerlərində gender və müxtəliflik mövzularında bəzi addımların geri çəkilməsi də həyata keçirilib.

"Washington Post" qəzetinin sahibi  Ceff Bezos isə Vaşinqtondakı siyasi müzakirələrə qarışmamaq üçün öz qəzetinin birbaşa namizədləri dəstəkləməməsi qərarını verib. Lakin buna baxmayaraq, "Amazon" Trampın təşəbbüslərini dolayısı yolla dəstəkləyən şirkətlərdən biri idi.

Siyasi əlaqələr və risklər

Vaşinqton Universitetində texnologiya tarixi üzrə mütəxəssis Marqaret O'Mara bildirir ki, texnologiya nəhəngləri üçün siyasi müxalifət göstərməyin faydası azdır, lakin açıq dəstək göstərərək müəyyən qazanc əldə etmək mümkündür:

"Müxalifətçilikdən çox şey qazanmaq mümkün deyil, lakin dəstəyinizi açıq şəkildə göstərərək və Trampın uğuruna ümid edərək bəzi üstünlüklər əldə etmək olar".

Donald Trampın 20 yanvar 2025-ci ildə keçiriləcək andiçmə mərasimi,  siyasi liderləridən başqa texnologiya dünyasının nəhənglərinin də diqqət mərkəzindədir. Onların mərasimdə iştirakı, texnologiya ilə siyasət arasındakı qarşılıqlı münasibətlərin nə qədər yaxın olduğunu bir daha göstərir. Bu addımlar həm strateji maraqları qorumaq, həm də Tramp administrasiyasının texnologiya sektoruna olan təsirini daha da gücləndirmək məqsədi daşıyır. Lakin bu dəstəyin gələcəkdə hansı nəticələr doğuracağı hələ də naməlumdur.

Mənbə: "Business Insider"

Azərbaycan Dilinə Tərcümə: Şahlar RUHİ

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı