Mübarizin qəhrəmanlığının qarşılığı həm də xalqın vəfakarlığıdır - Xanəmir Telmanoğlu Yazır...

Yazarlar 15:08 19.02.2025

Ey dili qafil fil faili məchul fani f...

Qurtla canavarın fərqində olan unudulmuş oxucu,  
Derlər,
Mübariz İbrahimovun  göstərdiyi şücaəti hətta pisləyən bir qurub yazar peydah olmuşdu 2017-ci ildə. Onun vətən yolunda canını qurban verməsi üçün addığı addımı insanlıq dışı adlandıran yazarlar var idi bu ölkədə.
Bütün dəyərlərə qarşı çıxmaqla yetinən bugünkü Azərbaycan yazarının performansında solçuluq, materiya özəntisi, burjua nökərçiliyi hz. İsaya qarşı çıxan şüursuz simpatiya ilə bağ qurur.
Kim deyir ki, adam öldürmək gözəldir və ya təqdir edilməlidir? Söhbət bir ölkə adına atılan addımdan gedir. Qarşında səni tarix, zaman baxımından gecikdirən, hər an səndən aldığı qisasın neçə mislini şizofrenik bir dozayla almaqda israrlı olan düşmən var.
Ümumiyyətlə, hətta pisliyi belə, şüursuz şəkildə inkar edən şəxsdə materiayaya qarşı, maddiyyyata qarşı bir özümsəmə, sevgi və onun öcünü alma kimi simptomlar mövcuddur. Bizim yazarlar materiyanın, materializmin, maddəçiliyin yarımçıq qalmış şəklinin qisasını cəmiyyətdən alırlar. Baxmayaraq ki, Azərbaycan yazarının cəmiyyətlə heç bir qarşılaşması olmamalıdır və tarix boyunca da olmayıb. Çünki heç bir Azərbaycan yazarını cəmiyyət deyil, onun nəsli, kökü, tayfası, qohum-əqraba bağlarının sonsuz zənciri tərbiyə edir. Bu millət Allahdan başqa kimsəyə o şansı verməyib ki, “mədəniyyətinin təyinatını hidayətə çatdırmaqda” ona bədəl ödətdirsinlər. Bizdə cəmiyyətə gəlib çıxmağa hələ çox var. Ona görə də millətinin naminə saysız-hesabsız adam öldürmə instikti qatillik qəlyanını nə alovlandırmır, nə də cəlladlıq, qəddarlıq nevrozunu ətrafa sirayət etdirmir. Yazar cəmiyyətdən necə qisas ala bilirsə, bir savaşçı, döyüşçü də düşməndən qisas alır. İndi gəlin görək hansı tərəf ədalət və haqqpərvərdir: - Yazarmı, onun “düşməni öldürmək olmaz “ dəlilimi, yoxsa savaşçının düşməni öldürüb, üstəlik özünün də ölümünə bilə-bilə yol açma ( o bilirdi ki, bu hərəkətinin sonunda ölüm var.) ittihamlarımı?
 
Təbəssümü müşk - ənbər qoxulu unudulmuş oxucu,   
Derlər, 
Yazarın, düşüncə insanının qatilliyi, caniliyi necə olur ki? Şəxsin deyil ha, öz millətinin mental gerçəklərinin üzərində pərvəriş tapan mədəniyyət təsəvvürünü öz nəfsiylə tərəzinin eyni gözünə qoyan “qiyamçı yazarın” ayaması nə olmalıdır ki? Hətta Mübariz o gün geriyə sağ-salamat da qayıtsaydı, bu gün hansı statusda isə yenə də eyni sevginin və eşqin qarşılığını görəcəkdi. Çünki getməmişdən öncə səmimiyyətini bütün çalarlarıyla təsdiqləyən, geridə yazıb qoyduğu “Gültəkin”, “Orxon-Yenisey” yazılarındakı ağırlıq qədər bir mətn var. Üstəlik o gecə Mübarizin savaşıb öz ölümünə də bais olması o deməkdir ki, “bizim düşmənimiz yoxdur”.
Hətta o gecə sağ-salim geri qayıtsaydı belə, yenə də Mübariz öz şəxsi üçün deyil, xalqı üçün axıtdığı qanı qəhrəmanlıq simvoluna çevirməliydik. Yəni ki, mənim zehniyyətim düşmənçilik qəbul etmir, sadəcə olaraq sizi ona görə öldürürəm ki, yanlışlıqlarınızın bədəlinin yalnız ölümlə qarşılanacağını biləsiniz. Özümün ölümü isə o deməkdir ki, sizin ölümünüzün qarşılığı düşmən bildiyiniz mənim ölümümdür. Mən sizin kimi düşmənimin ölümünün önünə rusu, yad əsgərini çıxarmıram, özümü çıxarıram. Mən bu etdiklərimi gedib kimlərəsə anlatmaq üçün deyil, sizlərin faciənizin də qarşısında öz faciəmlə çıxa bildiyimi sübut etmək üçün törədirəm. Elə isə sizlər heç vaxt bizə qarşı kimlərəsə alət olub Qarabağ boyda xəncəri kürəyimizə saplamalı deyildiniz.
Ermənilər bizə qarşı xəyanət edib. Bütün tarix boyunca bir etnos kimi ermənilərə qarşı etdiklərimizin qarşısında ermənilər fürsəti əldən verməyib bizə qarşı belə xəyanətlər etməməli idilər. Bizlərin yer üzündəki varlığımız ermənilərin indi yerləşdikləri əraziləri, ən azından Ermənistanı onların “vətəni” olması durumuna gətirdi. Bizlər ermənilərə Vətən vermiş xalqıq. Onlar bizə “vətən vermə” haqqımızı ödəmələri yerinə, səmimiyyətimiz və halallığımızla məzələndilər. Ermənilərin başlatdıqları iyrənclik bizə qarşı məzələnməkdən başqa bir şey deyil.
 
Danışarkən günəşi xatırlamayan unudulmuş oxucu, 
Derlər,  
Yazar olaraq əvvəl-axır cəmiyyətdən, xalqdan qisas almağın başını buraxmalıyıq. Çünki bu metodu yaxşı bilmirik və bu yöndəki təcrübəmiz bizi kasad, dayaz duruma düşürür.
Yazarın vəzifəsi həm də ətrafındakı hadisələrin, ona dəxli olan olayların detallarının haqqını imitasiya etmək deyil, o olay və hadisələrin ölkəyə yansıyan təzahürünü xeyirə yozmaq səxavətini işə salmasıdır.
Savaşın tərbiyəsi olmur. Savaş öz əxlaqını ölümlə, qanla ödəyir. Kim bilmir ki, bir insanın həyatına qəsd eləməklə, bir xalqın savaşçısı olub düşməndən qisas almaq, düşmənlə savaşmaq ayrı - ayrı dəyərləndirmələrdir.
Mübariz İbrahimov olayı Azərbaycan xalqında ruh yüksəkliyinə səbəb olmuşdur. Rusiyanın prezidenti belə əslində Mübarizin hərəkətinə nə cür heyran qalmışdırsa, onun təkbaşına həyata keçirdiyi döyüşü qəhrəmanlıq olaraq dəyərləndirmişdir. Həm də dolayısı ilə bu məsələyə haqq qazandırmışdır. Mübarizin hərəkəti gerçəkdən bir insanın edə biləcəklərinin üstündə olduğuna görə maraqlı idi həm də.
Mübarizin şəxsində Azərbaycan xalqı bir daha dünyaya mesajını ötürdü ki, bu millət kükrəyən sel kimidir. O həddə çatdırmaq lazım deyil xalqı. Bir gün bütün bəndləri, sədləri aşıb qabağına keçənlərin hay-harayına baxmayacaq.
Yazar və düşüncə adamı öz mədəniyyətininin içindən çıxırsa, o zaman heç olmasa qatilliklə şəhidliyi ayırd etməyi bacarmalıdır. 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Hamısı