“Böyük Qayıdış strategiyası Qarabağ və Şərqi Zəngəzuru yeni inkişaf modelinə çevirməkdədir”

Yazarlar 12:06 23.02.2025

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. 30 ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur. İki gün əvvəl Prezident İlham Əliyevin Ağdam, Əsgəran, Xankəndi və Xocalıya səfəri zamanı gördüyümüz mənzərə bunu bir daha təsdiqlədi.
Dövlət başçımız bu ərazilərdə yeni infrastruktur layihələrininin təməlini qoydu. Eyni zamanda cənab Prezident Xocalıda Ballıca kəndində sakinlərlə görüşdü və bir daha bəyan etdi ki, “Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur.” Prezidentin yerli əhali ilə səmimi görüşü, sakinlərin qonağı olması xüsusi əhval-ruhiyyə yaratmaqla yanaşı, həm də keçmiş məcburi köçkünlərə mənəvi dəstəkdir.
Bütün keçmiş məcburi köçkün soydaşlarımız işğalın, müharibənin ağır nəticələrindən əziyyət çəkib. Amma dəhşətli soyqırıma məruz qalan Xocalı sakinlərinin əziyyətini dövlət başçımız xüsusi vurğuladı. “Bütün azad edilmiş ərazilərimiz kimi, Xocalını azad etmək də hər zaman gündəlikdə duran məsələ olub”, söylədi. 2023-cü il antiterror əməliyyatından sonra azad olunan Xocalıda bu gün sürətli bərpa-quruculuq işləri aparılır. İşğaldan sonra artıq bərpa olunan 10-cu yaşayış məntəqəsi kimi Ballıca kəndinə də yeni həyat qayıdıb. Burada 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq.
Ümumiyyətlə, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Dövlət başçımızın da bəyan etdiyi kimi, təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə, 30 mindən artıq insan yaşayır. 2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkün qayıdacaq, beləliklə 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq.
İrimiqyaslı infrastruktur layihələri azad olunmuş əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Azad olunmuş ərazilərə qayıdan insanların məşğulluğunun təmin olunması da əsas prioritetlərdən biridir. Yaşayış kompleksləri  ilə yanaşı istifadəyə verilən və yeni inşa olunan sosial obyektlər həm də yeni iş yerləridir.
Təsadüfi deyil ki, cənab Prezident Xankəndiyə səfəri zamanı burada fəaliyyət göstərən və mütləq əksəriyyəti qadınlar olmaqla 200-dən çox işçisi olan tikiş fabriki ilə də tanış oldu. Yeri gəlmişkən, Xankəndidə eyni zamanda mütəmadi olaraq, peşə hazırlığı kursları da təşkil olunur və kursları uğurla başa vuran şəxslər tikiş fabrikində işlə təmin olunur. Ümumilikdə isə burada 800 iş yeri yaradılacaq.
Bir sözlə, burada həyata keçirilən bütün tədbirlər öz doğma yurduna qayıdan soydaşlarımızın layiqli həyat şəraitini təmin etməkdir. Uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
İllər boyu vətən həsrəti ilə yaşayan  soydaşlarımızın, onların övladlarının öz doğma yurduna dönməsi, burada həyata davam etməsi, qurub-yaratması əvəzedilməz hissdir. Biz cənab Prezidentlə Ballıca sakinlərinin görüşündə də bu səmimi emosiyaların şahidi olduq.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində oldu -FOTO
20:01 25.06.2025
"Yüksəliş" müsabiqəsinin finalçısı vəzifəyə təyin olundu
19:46 25.06.2025
"Rütte özünü rüsvay etdi"
19:31 25.06.2025
"Atena"- nın fəaliyyətində nöqsanlar aşkarlandı
19:18 25.06.2025
Zelenski və Tramp iki aylıq fasilədən sonra görüşüblər
19:02 25.06.2025
Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Morata Fabreqasın komandasına kluba keçir
18:17 25.06.2025
Piolli istefaya göndərildi
18:02 25.06.2025
"Azərbaycanın dəstəyi mübarizəmizə güc verir"
16:59 25.06.2025
NATO Ukraynaya hərbi yardımı davam etdirəcək
16:44 25.06.2025
"Neyrokolonializm şüura parazit kimi nüfuz edir"
16:18 25.06.2025
Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
16:08 25.06.2025
Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
Hamısı