Fironun fərasəti hara kimidir? Xanəmir Telmanoğlu yazır...

Yazarlar 10:04 21.04.2025

Ey dili qafil fil faili məchul fani f…

Derlər,
İllərdir yuxularında gördüyü vaqeələrinin qorxu-hürküsünü içinin xaçından alıb hilalına yüksəltmədəki acizliyi qarşısında tərki-dünyalığından məğrurluq duyan huyu sayəsində cəng meydanına atılıb “mən də varmışam” , eyhamını vurmaqdan çəkinməyən, Unudulmuş oxucu,

Yaxın günlərdəki yazımızda Kainatın Sonsuz Memarının nüsxəsi (surəti ) olmayanları fərqləndirdiyi, onlara fərqli bir status verdiyi və özəl məsuliyyətə cəlb etdiyi, edəcəyi haqqında fikrlərimizi bəyan etdik.
Çağdaş elm elə bir irəliləyiş əldə etdi ki, artıq min il öncəki bir insanın (gələcəkdəki qınağından çıxmağı bacarmış) dırnaq və saçının dnt-sindən (əcəlini yenəbiləcəyindən) onu yenidən var edə biləcəyini irəli sürməklə yanaşı, bəzi iddialara görə, bu yöndə “konkret” addım da atmışdır. Bu insanların digər özəlliyi həm də idarə olunmalarıdır. Yəni azad deyil, hürr deyil, özgür deyil, mütləq kölə plantformu üçün keçərli olan hərəkət və əxlaq bağlantılı otoritə hakimliyində “var olmaq”dan söhbət getdiyi unudulmamalıdır.
Uca Yaradıcının xəlq elədikləri arasında insanın müstəsna yer alması, onun orjinal və nüsxələnməMƏ kimi kateqoridən oluşan ilahi mexanizmindən uzaqlığı, yaxut kənar tutulmasıdır. Yəni Allah insanı nüsxələmir, nüsxələnməyə tabe tutdurmur, insan nüsxələnməyən, ikinci bir surəti olmayan varlıqdır. Günümzdə isə elm-texnologiya elə bir aşama qət etdi ki, bu gedişatla insan özü öz kimliyini, ilahi varlıq düzənini dağıtmalı olur. Bir zamanlar heyvanları nüsxələyərək, onlara ilahi surətinin çıxarılma üsulu tətbiq edən Allah, ilahi nüsxələnməyə izn vermədiyi insanını indi öz öhdəsinə buraxmaqla, onu öz sistemindən çıxarmalı olur. Necə?

Derlər,
Yüz illərdir varlığı soğan kimi soyularaq hüznünü susudrduqca səbrə bağır basıb insanlığın mənəvi iqtidarından miras olaraq tarım çəkilmiş köləliyi ilə kimlik qazancından əziyyət çəkən, ancaq ruhunu şeytana satmaqla olub – qalan çiləsinin üzərini ört-basdır edərək bu ucalıqdan məhrumluğun korluğunu çəkməkdən yorulmayan, Unudulmuş oxucu,

Bəlkə insan artıq Allahın öz kontrolundan çıxarıldı. İnsan Yaradıcı Gücün nəzarət rəddinə tuş gəldimi? Bəlkə insan öz şüurunun daşqınlığı, coşqunluğu hesabına, öz manevrləri bahasına öz azadlığını əldə etdi. Sizcə, surəti, nüsxəsi olmayan insan, ona bəxş edilmiş bu ilahi qaydanı sevmirdimi? Bəkə Allahın insana tətbiq elədiyi metafizik özəllik onun ürəyincə deyildi? Onun ürəyincə olmadığına görə öz sferasından çıxıb başqa bir orbitə daxil olmaq instiktinə özünü qurban verməli olduğundan xəbərsizikmi? Bəlkə dedyim kimi, insan ona biçilmiş qaydanı, sistemi, özəlliyi qazıyıb varlıq yapısından ataraq, heyvan və digər canlılar kimi özünü çoxaltmağa, nüsxələnmə manifakturasına uyğunlaşdırmaqda bu bazda həm peşəkar olmaq, həm də içinin fıtrat təyinatlı əbədi yanğınlarını bu yolla söndürmək niyyətindədir?
Elə olduğu təqdirdə, insan heyvan və digər canlıların yerini tutmağa, yerini dar etməyə, yerində oyun çıxarmağa çalışmırmı? O zaman, heyvan və digər nüsxələnmə özəlliyi göylərdə uçuşan (canlı) varlıqlar onun yerini dar etməyə çalışan insanın yerinə can atmazmı? Bəlkə evrim teorisi elə bu qarşıdurmada və bu müstəvidə özünü yenidən doğruldacaq, ya da özünün yeni və hələlik anlamağa çalışdığımız növbəti bir sürəcinə daxil olacaq. Bəs bu dediklərim doğrultusunda yer kürəsində bir qayda, prosedur başlansa,(tətbiq edilsə) insanın yeri görəsən və gerçəklik hökmüylə heyvanın sırası, yeri olacaqmı? Yoxsa heyvan və digər varlıqların özəlliyinə can atan insan tamami ilə fərqli bir kimlik, fərqli bir varlığın ağlımızı pozan, ağlımızı əyən, ağlımızı dağıdan görkəmini, qabiliyyətini intəhasız, sonsuz gücüylə qazanmış olacaq.

Derlər,
Ey fikri-zikri meymunların insanlar təki pulları hesablayaraq xərcləməyə başlamasında,
sonra isə pul müqabilində özlərini başqa meymunlara satmağında qalan
və o meymunların heç vaxt sizləri xatırlamayacağından xəbəri olmayan, Misk(g)in oxucu,

Bitgi – heyvan – insan sıralanmasının (üçgəninin) gedişatıyla (bir ucunda) mələklərin varlığı şüursal alanımızda yer almışdır. Surətinin çıxarılma və nüsxələnmə dairəsinə daxil olacaq insan, (dnt-si dəyişdirilən, min il öncəki insnaları təkrar diriltmək evolyusiya) görünən odur ki, bu yolla və üsulla heyvan, bitgi dünyasını seçir, qəbul edir, ancaq mələk olma statusuna sahiblənmək üstünlüyünə nail olmaq istəmir.
Bəs elm inkişaf etdiyində və əlinə ilk fürsət düşdüyündə, nəyə görə hz.Məhəmmd, hz.İsa, hz.Musanı:- peyğəmbərləri deyil, Fironu, fironları diriltmək kəhanətini niyətinə çevirir?
Nədən belədir və nəyə görə insan bu gün belə bir addım atır? Nəyə görə elm yolu ilə məhz Firon dirilmə propaqandası gündəmi alt-üst edir?
Nəyə görə ilk robot insan yaradılarkən Adəm deyil, Həvva nəzərə alınaraq qadın cinsi ön plana itildi? (Bu mövzuda nöbəti bir yazıyla fikirlərimi bölüşəcəm:-x.t.)Nədən fıtrata ayqırı bir gedişat təşkil etməli olduq. Yoxsa ilk insan robotun yaradılmasının cins ayrımında qadın seçilməsi, ola bilərmi ki, bəşəriyyətin təhtəlşüurunda zərif cinsin nümayəndəsinə, təmsilçisinə bir sayğı, bir sevgi, bir hörmət etiraf edildiyindən qaynaqlansın? Axı Yaradıcı Güc nəzdində elə bir ironiya, elə bir jest, elə bir qanunauyğunluq ( Tövrat, Zəbur, İncil, Quranda:-x.t.) görünməyib. Ümumiyyətlə, Allahın fıtrat olaraq yaradılış prinsipi matri deyil, patriarxaldır. Yaradan heç bir addımını kişi ekvivalentindən kənar salmayıb. Onun hər bir münasibətindən tutmuş, işlərindəki sonsuz, zərrəbin cizgilərə qədər kişi xətti, kişi izi, erkək harmoniyası özünü büruzə verir. Peyğəmbərlərin seçilməsindən tutun da, ilk insanın adının erkəklə hallandırılmasına kimi Uca Allah cəmiyyət və mədəniyyətin hər qatmanında erkək (kişi) kultu ilə hakimliyini və mütləqliyini, rəhman və rəhimliliyini, ədalət və əxlaq ehkamını mərkəzə çəkib, mərkəz çəkim nöqtəsində həll edib.
Ona görə də, yeni çağın ilk insan robot addımının kişi deyil, qadınla başlaması, əzəldə və əbəddəki ilahi qaydaların çeynənilməsinə vəsilə olaraq şərə yol açacağı şəksizdir. İnsan nə üçün varlığını elm yolu, vasitəsi ilə şərə verməli, şeytana satmalı, İblisə təslim etməliydi? Axı biz, əzəldə (vaxt itirmədən məzlumluğumuzu anlayaraq və bundan sonsuza kimi mutlu olacağımızı özəl bir dillə ifadə edərək) (üstəlik almaya qarşı həssaslığımızı, rəğbətimizi, susqunluğumuzu elə ordaca qazanaraq) Allahla belə anlaşmamışdıq?

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
Hamısı