Görkəmli dövlət xadimi İlyas Vəkilov-120 - Sadiq Qurbanov yazır...

Yazarlar 13:32 03.06.2025

 XX yüzilliyin əvvələri Azərbaycan tarixinin ən təlatümlü vaxtlarıdır. Çar Rusiyasında gedən inqilabi proseslər, Azərbaycanda milli düşüncənin təşəkül tapması fonunda soyqırımlar və deportasiyalar müşayət olunan hadisələr bu ziddiyətli tarixi şəaritin öyrənilməsini şərtləndirir. Belə təbəddülatlar dolu bir mühitdə formalaşan şəxslərdə milli düşüncə, müstəqllik duyğuları özünü qabarıq göstərir.Bu cür tarixi dövrləri araşdırmaq onları gənc nəsilə çatdırmaq milli  prioritetlərimizdən olmalıdır. Eyni zamanda tarixi keçmişimizi dərindən öyrənmək onun ibratəmiz dərslərini gənc nəsilə çatdırmaq onlara milli düşüncəni aşılamaq ən vacib məsələlərdən biridir.

Belə tarixi ziddiyətlər dolu dövrdə dünyaya göz açmış görkəmli dövlət xadimi  İlyas Vəkilovun həyat və fəaliyyəti bizim üçün ən gözəl örnəklərdən biridir. Onun fəaliyyəti üç fərqli formasiyada Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR kimi bir-biri ilə ziddiyət təşkil edən dövrləri  əhatə edir.

Onun  həyatının ən ziddiyətli və gərgin dönəmləri məhz Sovetlər Birliyi dönəminə təsadüf edir. Sovetlər Birliyi dövründə bütün əsilzadə nəsillər kimi vəkilovlar nəslidə ağır repressiyalara məruz qalıb. İ.Vəkilovun  doğma qardaşı Əli  bəy Vəkilov repressiya qurbanı olmuşdur. Digər qardaşı Azərbaycanın ilk hüquqşünaslarından olan Həsənalısultan bəy Vəkilov isə Sovetlər Birliyi qurulduqdan sonra mühaciərətə getməyə məcbur olmuşdur.

Həmin dövrün həqiqətlərini gözlərimiz önündə canlandırmağımız üçün İlyas Vəkilovun qardaşı qızı dünya şöhrətli Leyla Vəkillinin bir xatirəsini yada salmaq yerinə düşərdi. Leyla Vəkilli öz xatirələrində bildirir: “Mən atamın öz doğmalarını qardaşları İlyas və Qəzənfərin necə həsrətini çəkdiyini, onun iztirablarını hiss edirdim. Odur ki bu iztirablara və həsrətə son qoymaq üçün  universitetdə qəbul olarkən Fransadakı Sovet səfirliyinə gedərək bildirdim ki, mənim Sovetlər Birliyində   İlyas və Qəzənfər adlı əmilərim var və mən onlarla əlaqə yaratmaq istəyirəm.  Sevinə-sevinə evə gəlib atama bildirdim ki, mən artıq böyük qızam bu gün çox böyük bir iş gördüm. Sovet səfirliyinə gedib əmilərimi axtarmaq üçün müraciət etdim. Atam mən çox hisrləndi və dedi:  Sən nə etmisən? Onları orada incidəcəklər. Mən əvəlcə atamın hisrslənməyini anlaya bilmədim. Sonralar başa düşdüm”          

Özünəməxsus xarakterik cizgiləri olan İlyas Vəkilov   heç vaxt öz milli və soy kimliyindən imtina etməmişdir. Mənsub olduğu nəsilin Qazax Sultanlığı, İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzasında böyük mülklərə və idarəetmə hüququna malik olmaları səbəbi ilə sovetləşmə dönəmində bu soydan olanlar ağır repressiyalara məruz qalmış və bir çoxları öz soyadını dəyişməklə repressiyadan qurtulmağa çalışmışlar. Lakin öz soy-kökünə bağlı olan İlyas Vəkilov böyük bir sevgi ilə bu soyadı daşımağa davam etmişdir.

Beləliklə: İlyas Sultan bəy oğlu oğlu Vəkilov 20 mart 1905-ci il tarixdə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olmuşdur. İlk təhsilini Çivə kəndindəki mədrəsədə almışdır. Bundan sonra 1923-cü il tarixdə Bakıda hərbi məktəbdə ali təhsilə yiyələnərək bölük kоmаndiri rütbəsi аlmışdır (1927). Sonra Аzərbaycan SSR Хаlq Ədliyyə Kоmissаrlığındа хüsusi şöbə rəisinin müаvini və rəisi işləmişdir (1927–1929).

Mоskvа Kоmmunist Tərbiyəsi Аkаdеmiyаsındа təhsilini (1929–1931) bаşа vurduqdаn sоnrа Аzərbaycan SSR Dövlət Plаn Kоmitəsi sistеmində işləmiş (1931–1935), iхtisısını аrtırmаq üçün Mоskvаdа Ümumittifаq Plаn Аkаdеmiyаsındа təhsilini dаvаm еtdirmişdir (1935–1938). Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlmuş (1938–1949), otuz ilə yaxın müddətdə (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri işləmişdir.

İlyas Vəkilov “Оktyаbr inqilаbı”, "Şərəf nişаnı" оrdеnləri, "Qаfqаzın müdаfiəsi uğrundа" mеdаlı, Аzərbаycаn SSR Аli Sоvеti Rəyаsət Hеyətinin fəхri fərmаnlаrı ilə təltif еdilmişdir. Dəfələrlə Bаkı Şəhər Sоvеtinin dеputаtı və İcrаiyyə Kоmitəsinin üzvü, Аzərbаycаn KP Bаkı Kоmitəsinin üzvü sеçilmişdir.

İlyas Vəkilov 2 iyun 1987 il tarixində Bakı şəhərində vəfat etmişdir. Dəfn komissiyasına professor Abbas Zamanov rəhbərlik etmişdir.

İlyas Vəkilovun ən yaxın dostlarından olan professor Abbas Zamanov haqqında da bir neçə kəlmə demək istəyirəm. Cəfər babamın ziyalı nümaunəsi hesab etdiyi bizə həmişə örnək göstərdiyi parlaq şəxsiyyətlə şəxsi münsibətləri bizim bu insana  qarşı marağımızı artırırdı. Milli dəyərlərə bağlı bu insanların bir-biri ilə əlaqəsi təsadüfi deyil.  

 İlyas Vəkilov hər iki tərəfdən əsilzadə nəslinə mənsubdur. İlyas Vəkilovun atası Sultan bəy Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı  Həsənalı Sultan Vəkilovun nəvəsidir. 

Anası Şirin xanım Səfiyeva Şərurun ən köklü ailələrindən olan Səfiyevlər ailəsindədir. Şirin xanımın mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Abo Fətəli bəy Düdənginski, görkəmli maarifçi Tağı bəy Səfiyev, dünya şöhrətli rəssam İbrahim Səfi və başqa şəxsləri bəxş etmişdir.

İlyas Vəkilovun Ümummili lider Heydər Əliyevlə yaxın münasibətləri olmuşdur. Onun  Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlduğu  (1938–1949) dövrdə   bir müddət Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin  birlikdə çalışmışlar.

Onu da qeyd etmək lazımıdr ki, İlyas Vəkilovun Naxçıvanda Xalq Daxili İşlər Komissarlığına rəhbərlik etdiyi dövrdə həmin qurum xüsusi xidmət orqanı funksiyasını  həyata keçirirdi. İlyas Vəkilovun xüsusi xidmət orqanına rəhbərlik etməsi ona öz nəslindən olan insanların Sovet rejiminin repressiya aparatından qorumağına imkan yaratmışdır. Eyni zamanda o bəy nəslindən olan çox sayda şəxsləri  represiyyalardan həbslərdən  qorunmasına yardımçı olmuşdur.   

Sonralar Heydər Əliyev respublika rəhbəri olduğu dönəmdə İlyas Vəkilov (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri vəzifəsində işləyərkən  yenidən birlikdə çalışmışlar. Onlar işgüzar münasibətlərində  hüququn aliliyini rəhbər tutmaqla bərabər eyni zamnda böyük-kiçik, dostluq kimi milli xüsusiyyətlərimizi də unutmamış, dahi siyasətçi Heydər Əliyev daima İlyas Vəkilovun şəxsiyyətinə hörmətlə yanaşmışıdr. 

İlyas Vəkilovun tərcümeyi-halını araşdırarkən onun müxtəlif istiqamətdə olan maraqlı fəaliyyətləri ilə rastlaşdıq. İlyas Vəkilov daim dövlət vəzifələrində çalışmasına baxmayaraq, həyatda həmişə elm adamları ilə yaxın dostluq münasibəti olmuşdur. Onun ən yaxın dostları akademik Yusif Məmmədəliyev, professor Abbas Zamanov, xalq şairi Səməd Vurğun, professor Mehdixan Vəkilov və b. olmuşdur.

Azərbaycan elm tarixinə öz töhfəsini verən İlyas Vəkilovun yazdığı dərsliklər barədə danışarkən təbii ki, tariximizin bir parçası olan SSRİ dönəmindən bəhs etməyə bilmərik. Etiraf etmək lazımdır ki, Azərbaycan elm tarixinin vacib bir komponenti də SSRİ dönəmidir. SSRİ-nin qurulduğu ilk dönəmdə “SSRİ-də kütləvi savadsızlığın aradan qaldırılması” Dövlət Proqramı çərçivəsində sovet adamlarının minimum icbari orta təhsillin verilməsi proqramı 100 faiz icra edilmişdir. Şübhəsiz ki, savadsığılığın aradan qaldırılmasında dərsliklər mühüm rol oynayır. İlyas Vəkilov da Azərbaycan elm tarixinə iki dərslik bəxş edib.

kitab-1.jpg

İlyas Vəkilov 1926-cı il tarixində 21 yaşında iki dərslik yazmışdır. Dərsliklər riyaziyyat və ana dili fənlərini əhatə etməklə bu cür adlanır:

1. Savad və az-savadlılar məktəbində riyaziyyat dərsləri rəhbəri

2. Savad məktəblərində ana dili dərsləri rəhbəri

Dərsliklər Siyasi Maarif İdarəsi tərəfindən 1926-cı ildə nəşr edilmişdir.

kitab2.jpg

Dərsliklər latın qrafikasında yazılmışdır. Təbii ki, dərsliklər o dövrün reallıqlarına və əhalinin savad səviyyəsinə uyğun olaraq sadə və anlaşılar bir dildə qələmə alınmışdır. Kitabların adından da görünür ki, həmin dövr üçün əhali savad səviyyəsinə görə iki kateqoriyaya ayrılmışdır: savad və az-savad səviyyəsi.

İlyas Vəkilovun müəllifi olduğu riyaziyyat dərsliyi savad və az-savad səviyyəsində, ana dili dərsliyi isə savad səviyyəsində olan əhali qrupu üçün nəzərdə tutulmuşdur.

İlyas Vəkilovdan söz açarkən bu görkəmli şəxsiyyətin araşdırıcısı polkovnik Kamil Dərələyəzlinin  (Məmmədov) adını çəkməyə bilmərik.

Görkəmli dövlət xadimi İlyas Vəkilov şair təbiətli şəxs olmaqla bədii yaradıcılıqla da məşğul olmuş, “Didəvan” adlı irihəcmli poema yazmışdır.  Poemanı özündən şəxsən dinləyən yaxın qohumu İsa Əhməd bəy oğlu Vəkilov və  akademik İsa Həbibbəyli  onun poetik düşüncəsini çox bəyənmişlər.  Qeyd etməliyəm ki, İlyas Vəkilov poyeziyaya ədəbiyyata bağlı bir adam olsa da, heç vaxt şeirlərini çap etmək barəsində düşünməmişdir.

 120 illik yubileyini qeyd etdiyimiz İlyas Vəkilov həsr edilmiş bu yazını onun parlaq şəxsiyyətinə kiçik bir töhvədir. Ruhu şad olsun!

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb
12:33 04.06.2025
Elçin Əmirbəyovun İspaniyaya işgüzar səfəri: Azərbaycan-İspaniya əməkdaşlığında yeni mərhələ
12:22 04.06.2025
"Azərbaycan beynəlxalq səviyyədə diqqət mərkəzindədir"
12:17 04.06.2025
Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb
11:51 04.06.2025
ABŞ və Azərbaycan enerji əməkdaşlığını genişləndirir: Bakı Enerji Həftəsi çərçivəsində mühüm görüş
10:56 04.06.2025
Beynəlxalq Dekolonizasiya Konfransının iştirakçıları Azərbaycan Dillər Universitetini ziyarət edib
10:39 04.06.2025
Zelenski Ukrayna ordusunda kadr islahatları apardı
10:33 04.06.2025
Edin Dzeko İtaliya klubu ilə razılığa gəldi
10:27 04.06.2025
Atambayevə amnistiya verilə bilər
10:20 04.06.2025
Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd etdi
09:49 04.06.2025
"Macarıstan COP29-u Paris Sazişindən sonra əsas mərhələ hesab edir"
09:42 04.06.2025
"Real Madrid"in futbolçusu həbs oluna bilər
09:25 04.06.2025
DSX-dən Xəzərdə əməliyyat: Üç iranlı saxlanıldı, 24 kq narkotik müsadirə olundu
09:13 04.06.2025
Yer üzündə rekord qıran maqnit qasırğası: 66 saatlıq təhlükəli proses
08:55 04.06.2025
PSJ UEFA-nın sərt cəzası ilə üzləşə bilər
08:49 04.06.2025
Fidan hesab edir ki, Ukrayna danışıqlarında ölkə liderləri də iştirak edəcək
08:41 04.06.2025
Cənubi Corciya təhlükədədir: Buz nəhəngi yaxınlaşır
08:35 04.06.2025
Azərbaycan və Ermənistan nümayəndələri itkin düşmüş şəxslərlə bağlı növbəti görüş keçirdilər
08:20 04.06.2025
Zidan 100 milyon avroluq təklifdən imtina etdi
07:33 04.06.2025
Netanyahu İlham Əliyevə təşəkkür etdi
07:32 04.06.2025
Fransa məhkəməsi Kanak lideri Kristian Teni azadlığa buraxdı
07:02 04.06.2025
"Rusiyaya qarşı yeni sanksiyalar hazırdır"
06:20 04.06.2025
Keniyada Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş rəsmi qəbul təşkil olunub
00:07 04.06.2025
Qalaktikamızın gələcəyi: Böyük toqquşma baş verəcəkmi?
20:53 03.06.2025
Asiya İnkişaf Bankı ilə İqtisadiyyat Nazirliyi arasında yeni layihələr müzakirə olunub
18:58 03.06.2025
Azərbaycanın “yaşıl hidrogen” hədəfləri üçün tələb olunan əlavə enerji gücü müəyyən edilib
17:29 03.06.2025
Prezident İlham Əliyev yeni hakimlər təyin etdi - SİYAHI
17:25 03.06.2025
Dünyanın ən böyük dəmir filizi yatağı kəşf olundu
17:06 03.06.2025
Kölndə Bomba Təhlükəsi Aşkarlandı
16:09 03.06.2025
"Microsoft" daha 300 əməkdaşını ixtisar etdi
16:02 03.06.2025
"Cartier"-in müştərilərinin məlumatları oğurlandı
15:44 03.06.2025
Iki boksçumuz dopinq istifadə etdiyinə görə diskvalifikasiya olunub
15:29 03.06.2025
Ukraynanın "dron inqilabı": Asimmetrik müharibənin gələcəyi necə dəyişir?
15:26 03.06.2025
"Azərbaycan Dəmir Yolları" süni intellektin tətbiqinə hazırlaşır
15:18 03.06.2025
Qohum evlilikləri ilə bağlı qadağa: "Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar"
15:08 03.06.2025
"Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir"
14:52 03.06.2025
Timsah hamilə qadını sürüyüb apardı
14:46 03.06.2025
Ukrayna NATO-nun məlumat mübadiləsi sisteminə qoşuldu
14:25 03.06.2025
Yunanıstan basketbol çempionatı birdəfəlik dayandırıla bilər
14:13 03.06.2025
META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
13:55 03.06.2025
Hamısı