Azad Suriya Ordusu (ASO) yenidən qurulur. Yeni ASO təxminən 25 min nəfərdən ibarət olacaq.
Afrinin terrorçulardan təmizlənməsindən sonra ASO yeni həyətini formalaşdırmağa başlayıb. Yeni ASO birləşməsinə polkovnik Fadıl Əlhacı rəhbərlik edəcək. Yeni quruluşa əsasən, briqada İdlib, Şərqi Suriya, Quta, Xüms, Dera, Həma və Kuneytrada fəaliyyət göstərəcək və onlara xüsusi hərbi bazalarda təlimlər keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl TSQ və ASO birləşmələri Suriyanın Afrin şəhərini terrorçulardan təmizləyib.(axar.az)