“Zeytun budağı” hərəkatı ilə Afrin şəhərini PKK/PYD terror təşkilatından təmizləyən Türkiyə Silahlı Qüvvələri şəhər mərkəzində yeraltı xəstəxana aşkar edib.
Xəstəxanaya yerin altında çəkilən 50 metr uzunluğundakı tunellə keçmək mümkündür.
Xəstəxananın sığınacağında düzəldilən xüsusi bölümdə “Zeytun budağı” hərəkatı zamanı yaralanan terrorçuların müalicəsi aparılıb.
Burada rentgen aparatı ilə yanaşı, Amerika istehsalı olan ilkin təcili tibbi yardım vasitələri də tapılıb.(publika.az)