ABŞ İran hücumundan 11 hərbçisinin yaralandığını təsdiq edib | Eurasia Diary - ednews.net

23 Fevral,


ABŞ İran hücumundan 11 hərbçisinin yaralandığını təsdiq edib

Münaqişələr A- A A+

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 hərbçinin yaralanması ilə bağlı xəbəri təsdiq edib.

Bu barədə RİA “Novosti”yə Komandanlığın rəsmisi Bill Erban məlumat verib.

Onun sözlərinə görə, müalicə alan hərbçilərin xidmət üçün yararlı olduqları zaman İraqa qayıdacaqları gözlənilir.

Qeyd edək ki, xəsarət alan ABŞ hərbçiləri Almaniya və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...