Tərtərdə traktor minaya düşdü, sürücü yaralandı - FOTO - YENİLƏNİB | Eurasia Diary - ednews.net

7 Mart,


Tərtərdə traktor minaya düşdü, sürücü yaralandı - FOTO - YENİLƏNİB

Münaqişələr A- A A+

Tərtərdə minaya düşən traktor sürücüsü, Seydimli kənd sakini Elgün Ələkbərov Qızıloba kəndində torpaq şumlayarkən tank əleyhinə minaya düşüb.

Bu barədə APA-ya E.Ələkbərov özü məlumat verib.

O qeyd edib ki, hadisə iş prosesi zamanı qeydə alınıb: “Həmin vaxt traktorla  işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. İlk öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm ciddi yaram yoxdur. Amma əlim üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdin. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı".

***

Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.

Nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.

E. Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya E. Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

***

Tərtər rayonunun Qırmızı kənd ərazisində traktor minaya düşüb.

Eurasia Diary-nin məlumatına görə, hadisə bu gün saat 14 radələrində baş verib.

Traktorun sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...