Həmas hərəkatı İsrailin şəhərlərinə raket yağdırdı | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Həmas hərəkatı İsrailin şəhərlərinə raket yağdırdı

Münaqişələr A- A A+

Qəzza zolağına nəzarət edən Həmas hərakatının "İzzəddin Əl-Qəssam Briqadaları" döyüş qanadı İsrailin Aşkelon şəhəri istiqamətində 100 yeni raket atdığını açıqlayıb.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin "Dunya Al Watan" radiostansiyası bildirib.

Qeyd olunub ki, həmin mərmilər yerli vaxtla saat 02:00-da sahil anklavından buraxılıb.

Bildirilib ki, bu zərbələr İsrailin atəşə tutması nəticəsində "mülki şəxslərin və hərəkat üzvlərinin ölümünə, [Qəzza] zolağında infrastrukturun məhv edilməsinə" cavab olaraq endirilib.

Son dörd gündə atılan raket sayının 1 750 olduğu hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...