İyunun 21-də Füzuli rayonunda həyata keçirilmiş axtarış işləri zamanı döyüşlərdə məhv edilən daha 3 erməni hərbi qulluqçunun cəsədlərinin qalığı tapılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Erməni hərbi qulluçuların qalıqları Ermənistana təhvil verilib və onların kimliyi müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunacaq.
Beləliklə, 2020-ci il noyabrın 13-dən 2021-ci il iyunun 21-nə qədər Azərbaycan ordusu tərəfindən azad edilmiş ərazilərdən 1583 erməni hərbi qulluqçunun qalığı tapılıb.