Ukraynada 2 rusiyalı əsgər “Soyuq yar” briqadasının döyüşçüləri tərəfindən əsir götürülüb.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, əsirlər Yampolsk motoatıcı alayının əsgərləri olub.
KİV-ə bu barədə Ali Baş Komandanın Facebook səhifəsindəki mesajından sonra xəbər tutub.
“Hərbçilərimiz Yampolsk motoatıcı alayının 91701 saylı hərbi hissəsindən iki rus kafirini əsir götürüblər”, - məlumatda deyilir.
Xatırladaq ki, daxili işlər nazirinin müşaviri Anton Geraşenko vurulan Rusiya helikopterinin Qostomel yaxınlığında yerə endiyini bildirib:
“Paraşütçülər qaçıblar, polis xüsusi təyinatlıları ərazidə axtarış aparır”.
Xatırladaq ki, rəsmi mənbələrə görə, ukraynalı hərbçilər Rusiya təyyarələrini vurublar. Belə ki, Luqansk vilayətində 7-ci təyyarə, Kiyev vilayətində isə bir neçə helikopter zərərsizləşdirilib.