İrəvanda müxalifətçilər Kiyev körpüsünün qarşısını kəsiblər.
Ednews erməni mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında bir qrup müxalifətçi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda Kiyev körpüsünü yük maşınları ilə bağlayıb, polis fəalların saxlanılmasına başlayıb.
Etiraz aksiyasını yerli xəbər portalları canlı yayımlayıb.
Hazırda hadisə yerinə “Qırmızı Beretlilər” xüsusi təyinatlı polis dəstələri gəlib və avtomobillərin hərəkətini bərpa etməyə çalışırlar, ölkədə vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, müxalifət mayın 1-dən başlayan aksiyalarını bütün gün ərzində davam etdirmək niyyətindədir.
Səbinə Qədirova