İranda türkmənlər və etnik bəluclar etiraza QALXDI - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

İranda türkmənlər və etnik bəluclar etiraza QALXDI

Münaqişələr A- A A+
Sistan və Bəlucistan ətalətinin mərkəzi Zahidan şəhərində geniş etiraz aksiyası keçirilib.
 
Ednews xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı xəbər verib.
 
Bildirilir ki, aksiyanı dağıtmaq üçün sünnilərin Məkki məscidi ətrafına çox sayda xüsusi təyinatlı qüvvə cəlb edilib. Bəluc fəalların verdiyi məlumata görə, şəhərə zirehli texnika yeridilib, onlarla snayper ətraf binaların damına yerləşdirilib.
 
Bununla yanaşı, əyalətin Rask şəhərində də nümayişlər təşkil edilib və hökumət əleyhinə şüarlar səsləndirilib. Onlarla bəluc etirazçının həbs edildiyi, onların bir çoxunun həbs zamanı döyüldüyü üçün ağır yaralandığı bildirilib.
 
Eyni zamanda, İranın türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətinin Qalikeş şəhərində etiraz aksiyası keçirilib.
 
Nümayişçilər Sistan və Bəlucistan əyalətində etirazçılara qarşı repressiyaları pisləyib və aksiyaçılara dəstək ifadə ediblər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...