Rusiya hərbçiləri Donetsk istiqamətində bəzi mövqelərdən geri çəkilməyə məcbur olublar. İndi ukraynalılar həmin ərazilərdə müdafiəni möhkəmləndirirlər.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Tavriçesk istiqamətində Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Aleksey Dmitraşkovskiyə istinadən yayıb.
“Donetsk istiqamətində müdafiəçilərimizin yaxşı əlaqələndirilmiş və bacarıqlı hərəkətləri sayəsində düşmən bəzi mövqelərdən geri çəkildi, indi biz bu mövqelərdə möhkəmlənirik”, - deyə o, qeyd edib.
Dmitraşkovski iddia edir ki, ruslar şəxsi heyət və texnika baxımından xeyli itki verirlər.
Sözçünün sözlərinə görə, Avdeyevkaya hücum etmək üçün “Vaqner”çilərin peyda olması ilə bağlı məlumatlar yer alıb, lakin hələlik bunun təsdiqi yoxdur.