2020-ci ildə özünü "Təhlükəsizlik Şurasının katibi" kimi təqdim edən, Qarabağ separatçılarının “keçmiş müdafiə naziri”, xuntanın qondarma “parlament”ində təmsil olunan Samvel Babayan Qarabağdan qaçıb.
Ednews xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, o, artıq Ermənistanda olduğunu bildirib.
Qeyd edək ki, Babayanın Qarabağdan Ermənistana necə keçdiyi məlum deyil.
Xatırladaq ki, Babayan Azərbaycan Respublikası tərəfindən etdiyi əməllərə görə cinayət işi açılan ermənilər siyahısındadır.