Ermənilər Paşinyanın istefasını tələb etməkdən çəkinirlər.
Ednews xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Məlumatda qeyd edilir ki, Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Köçəryan hakimiyyətə gəlməsindən qorxduğu üçün Paşinyanın istefasını istəmirlər.
“Bizim inkişaf üçün daha çox imkanlarımız var idi, amma əvəzində Ermənistanın bütün keçmiş prezidentləri, qohumları və dostları varlandı. Bu səbəbdən insanların əvvəlki hakimiyyətin qayıtmasını istəmədiklərini başa düşmək olar. Nikola gəlincə, o, bir şəxs və fenomen kimi nəinki Ermənistanda meydana çıxdı, o, sələfləri tərəfindən “doğuldu” və böyüdü, siyasi amilə, aktyora çevrildi".
Əkbər