Hindistan Müdafiə Nazirliyinin nümayəndəsi Kəşmir vadisində, Hindistanla Pakistan arasındakı nəzarət xətti boyunca yeni bir atışmanın baş verdiyini bildirib. Bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.
EDnews xəbər verir ki, atışma 26 aprel gecəsi qeydə alınıb. Pakistan tərəfinin mövqelərindən açılan atəşə Hindistan ordusu cavab verib. Hadisə nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat verilməyib.
Şəms Qasımlı // EDnews