Maqnit Anomaliyası ABŞ-yə yaxınlaşır

Maraqlı 23:01 28.06.2025

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinin maqnit sahəsində baş verən qeyri-adi dəyişiklik səbəbilə yüksək hazırlıq vəziyyətinə keçib. Söhbət Cənubi Atlantik maqnit anomaliyasından (CAMA) gedir. NASA alimlərinə görə, bu anomaliya təkcə güclənmir, həm də Şimali Amerikaya doğru irəliləyir.

“EDnews” xəbər verir ki,  hazırda CAMA əsasən Cənubi Amerika (Braziliya, Paraqvay, Argentina) və Cənub-qərbi Afrika üzərində müşahidə olunur. Lakin alimlər onun Karib hövzəsi, Meksika körfəzi və ABŞ-ın cənub-şərq sahillərinə doğru irəlilədiyini bildirirlər.

Nədir bu maqnit anomaliyası?

Yer kürəsinin maqnit sahəsi, Günəşdən gələn yüksək enerjili hissəciklərə qarşı təbii qalxan rolunu oynayır. Lakin Cənubi Atlantik üzərində bu sahə zəifləyib və nəticədə həmin ərazilərdə fəzada dövr edən süni peyklər, o cümlədən Beynəlxalq Kosmik Stansiya (ISS) üçün radiasiya riski artıb.

NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin geofiziki Terri Sabakanın sözlərinə görə, "Yer maqnit sahəsi bir neçə axım mənbəyindən gələn sahələrin üst-üstə düşməsi nəticəsində yaranır” və bu sahə sabit deyil — zamanla forması, intensivliyi və mövqeyi dəyişir.

Təhlükə kimə və nəyədir?

NASA bildirir ki, bu anomaliya Yer səthində yaşayan insanlar üçün birbaşa təhlükə yaratmır, lakin orbitdəki texniki avadanlıqlar üçün ciddi problem yarada bilər. Maqnit sahəsinin zəif olduğu bölgədən keçən peyklər daha yüksək radiasiyaya məruz qalır və bu da texniki nasazlıqlar, məlumat itkisi və cihaz zədələnmələri ilə nəticələnə bilər.

Xüsusilə, CAMA-nın qərbə doğru hərəkəti, ABŞ ərazisi üzərində dövr edən peyklərin də risk zonasına daxil olmasına səbəb ola bilər.

Nəticə və tədbirlər

Alimlər bu prosesin təbii və çox yavaş getdiyini qeyd etsələr də, artan süni peyk sayı və texnologiyadan asılılıq fonunda belə anomaliyalar kosmik rabitə və müşahidə sistemləri üçün təhlükəli hesab olunur.

NASA və digər kosmik agentliklər bu cür fenomenləri daimi müşahidə altında saxlayır və riskləri minimuma endirmək üçün avadanlıqların qorunması, ehtiyat rejimləri və sistem yeniləmələri kimi tədbirlər görür.

Bakıda quyuya düşdüyü deyilən gənclə bağlı şok detallar üzə çıxdı -Quyunun qapağı açıq deyilmiş

Xəbər xətti

Pol Poqba "Monako"-ya keçdi
05:09 29.06.2025
Alp dağlarında helikopter qəzaya uğrayıb
04:47 29.06.2025
Xameneinin Azərbaycan nifrəti
04:22 29.06.2025
Türkiyədəki yanğınların əksəriyyəti nəzarət altına alınıb
03:49 29.06.2025
Ayda və planetlərdə torpaq satan Dennis Houpun təəccüblü hekayəsi
03:27 29.06.2025
Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib
02:54 29.06.2025
"Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"
02:31 29.06.2025
“Üçbaşlı yırtıcı” kimdir? -II Qareginlə bağlı dəhşətli faktlar
02:02 29.06.2025
Bu bürclər iki qat bayram yaşayacaq -Gündəlik Qoroskop
01:47 29.06.2025
Süni insan DNT-si artıq fantastika deyil
01:25 29.06.2025
Boyu süni şəkildə uzatmaq mümkündür?
00:56 29.06.2025
Klublarası Dünya Çempionatı: "Palmeyras" ilk 1/4 finalçı oldu
00:46 29.06.2025
Laçında minadan təmizlənməmiş ərazidə baş verən yanğın söndürülüb
00:43 29.06.2025
"iPhone"-nin ekranı böyüyəcək
00:38 29.06.2025
Niyə boyat şorba daha dadlı olur?
00:17 29.06.2025
Arı südü niyə belə bahadır? -Kilosu 2 min manatdır
23:59 28.06.2025
Overçukun Azərbaycana nəzərdə tutulan səfəri ləğv olundu -
23:48 28.06.2025
Putin hərbi xərcləri nə vaxt azaldacaq? -"The Telegraph"
23:39 28.06.2025
BAMF Prezidenti Umud Mirzəyev Putinə müraciət etdi: " Bu cür hərəkətlər xalqlarımızın dostluq ruhunu sarsıdır"
23:24 28.06.2025
"Erməni kilsəsi yalnız dini qurum deyil"
23:15 28.06.2025
Maqnit Anomaliyası ABŞ-yə yaxınlaşır
23:01 28.06.2025
AEBA əməkdaşları İrandakı nüvə obyektlərinə buraxılmayacaq
22:44 28.06.2025
İsrailin hücumu zamanı öldüyü deyilən Əli Şamxani üzə çıxıb
22:29 28.06.2025
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirildi
22:06 28.06.2025
Zelenski Trampla son görüşdən razı qalıb
21:50 28.06.2025
İsrailin İrana hava zərbələri nəticəsində ölən jurnalistlərin adları açıqlandı
21:35 28.06.2025
"Barselona" Messiyə olan borcunu indi qaytarır
21:19 28.06.2025
Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür
21:04 28.06.2025
Fransada Killerlər üçün mobil proqram yaradıldı
20:51 28.06.2025
"Google"un Rusiyadakı borcu 27,2 milyardı keçdi
20:28 28.06.2025
"Həmin müğənnilər oğrularla əlbirdir"
20:04 28.06.2025
Bakıda quyuya düşdüyü deyilən gənclə bağlı şok detallar üzə çıxdı -Quyunun qapağı açıq deyilmiş
19:53 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:47 28.06.2025
Çin nüvə arsenalını kamuflyajla gizlədir: nadir DF-41 görüntüləri yayıldı
19:26 28.06.2025
Ter Ştegen "Barselona" qarşısında şərt qoydu
19:09 28.06.2025
Dövlətin himyəsində yaşayan qoca və uşaqların sayı açıqlandı
18:50 28.06.2025
"Azərbaycan tərəfinə lazımi izahat verilib" -Mariya Zaxarova
18:44 28.06.2025
Ombudsman azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya tərəfinə məktub ünvanlayıb
18:41 28.06.2025
Ukrayna Rusiyanın 3 helikopterini məhv edib
18:38 28.06.2025
Türkiyədə daş karxanasında uçqun baş verib
18:25 28.06.2025
Hamısı