ABŞ-də FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində Braziliyanın "Palmeyras" komandası Braziliyanın "Botafoqo" klubuna əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlib.
“EDnews” xəbər verir ki, qolu 100-cü dəqiqədə Paulinyo vurub. 116-cı dəqiqədə "Palmeyras"ın kapitanı Qustavo Qomes ikinci sarı vərəqə alaraq meydandan qovulub.
"Palmeyras" qrup mərhələsinin sonunda A qrupunda birinci yeri tutub. "Botafoqo" B qrupunda ikinci yeri tutub. 1/4 finalda "Palmeyras" İngiltərənin "Çelsi"si ilə Portuqaliya "Benfika"sının qalibi ilə oynayacaq. 1/4 final oyunu iyulun 4-də keçiriləcək.
Klublararası dünya çempionatı iyulun 13-də başa çatacaq.