Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başa çatıb.
EDnews Metbuat.az-a istinadən xəbər verir ki, mənzillər 35 saniyə müddətində satılıb.
Qeyd edək ki, bugünkü satış zamanı 544 mənzilin seçimində iştirak edənlərin sayı 4 176 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 228-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.