"Məcburi köçkün düşəndə 15 yaşım var idi. Ömrümün ən gözəl vaxtlarını köçkünlük həyatında keçirdim".
EDnews Report-a məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Mürvət Əliyev deyib.
O bildirib ki, bu günü ümidlə gözləyib:
"Çox əziyyətlər çəkmişik. Amma heç vaxt ümidimizi üzməmişik. Bilirdik ki, qayıdacağıq. Ümidimiz puç olmadı. Cənab Prezidentin qətiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində bu günü gördük. Allaha çox şükür olsun ki, bu gün qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların qanı bahasına torpaqlarımız işğaldan azad olundu və biz bu gün doğma yurdumuza qayıdırıq. Allah Prezidentimizi qorusun".






