Bakıda mütləq getməli olduğunuz 10 muzey

Mədəniyyət 21:25 21.08.2017

Şəhərin özəl yerlərini tanıtmağa davam edirik. Bu dədə Bakıda gedə biləcəyiniz, şəhərin ən maraqlı muzeylərini təqdim edirik:

1 Milli Azərbaycan Tarix Muzeyi



Azərbaycanın ən qədim muzeyi hesab edilən Tarix Muzeyi 1920-ci ildə yaradılıb. Muzeyin fəaliyyət göstərdiyi bina 1896-cı ildə inşa olunub, mülkün keçmiş sahibi isə neft maqnatı Hacı Zeynalabdin Tağıyev olub. Muzeyin kolleksiyalarında qədim zamanlardan bu günlərədək Azərbaycanın tarixinin əks olunduğu ölkənin siyasi tarixinin və sosial-iqtisadi həyatının sənədlərinin əsli toplanmışdır.

2 Hacı Zeynal Abdin Tağıyevin ev muzeyi

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.A.Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) H.Z.A.Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar, 8) yataq otağı, 9) təmizlik otağı.

3 İstiqlal Muzeyi


1991-ci ildə yaradılan muzey bina olaraq şəhərin həm də ən gözəl memari əsərlərindən biri sayılır. Muzeyin əsas məqsədi qədim zamanlardan bu günlərədək öz müstəqilliyi uğrunda Azərbaycan xalqının mübarizəsini işıqlandırmaqdır. Hal-hazırda burada eksponatların sayı 20 000 nüsxəni aşır. İstiqlal muzeyi Sahil metrosunun yaxınlığında yerləşir.

4. Ədəbiyyat Muzeyi


Fəvvarələr Meydanında yerləşən Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi şəhərin ən estetik binalarından birində yerləşir. Muzeyin 30 əsas və 10 yardımçı zallarında 3 mindən artıq əlyazma, nadir kitab, illüstrasiya, portret, heykəl, miniatür, yazıçıların xatirələri və digər ekspozisiyalar toplanmışdır. Poeziyamızın klassiki Nizaminin “İsgəndərnamə” poemasının 1413-cü ildə yazılmış əlyazması muzeyin fəxri hesab olunur.

5 Müasir İncəsənət Muzeyi

Bakının ən yeni muzeylərinin başında Müasir İncəsənət Muzeyi gətirir. Müasir İncəsənət Muzeyi 2009-cu ildə açılıb. Muzeydə əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanıb.

6 Xalça Muzeyi



Xalçaçılıq sənətini sevənlər üçün çox diqqətçəkən yer olacaq muzeyin binası Bulvarda yerləşir. Muzeyin tərkibində 14 000-ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir. Yolu bulvara düşənlər mütləq ziyarət etməlidir.

7 Nobel Muzeyi


Bakıda Nobel qardaşları muzeyi 2008-ci ildə açılmışdır. Nobel qardaşlarının 1882-ci ildə inşa etdikləri, Villa Petrolea adlandırılan kompleksin bərpası İsveç hüdudlarından kənarda ailənin ilk muzeyinin yaradılması üzrə Nobel nəslinin Bakı fondunun vacib addımlarından biri olmuşdur. Burada Nobel ailəsinin istifadə etdiyi məişət və interyer predmetləri toplanmışdır.

8 Cəfər Cabbarlının ev muzeyi


9 Hüseyn Cavidin ev muzeyi

Muzey 1920-1937-ci illər arasında dramaturq Hüseyin Cavidin yaşadığı evdə yaradılıb. Bakının ən gözəl küçələrinin birində yerləşən muzey Hüseyn Cavidin 100 illiyində təsis olunub.

10 Arxeologiya və Etnoqrafiya Muzeyi


Muzeydə Azərbaycanın qədim daş dövründən son orta əsrlərədək tarixinin bütün mərhələlərini əks etdirən arxeoloji tapıntılar, XIX əsr – XX əsrin əvvəllərinə aid etnoqrafik materiallar nümayiş etdirilir.(pahoo.az)

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşib
16:14 05.05.2025
"Azərbaycanla bizi strateji tərəfdaşlıq birləşdirir"
14:38 05.05.2025
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub
14:16 05.05.2025
Hindistan–Pakistan Münasibətləri: Qlobal Təhlükə və Regional Güc Balansı
13:19 05.05.2025
Gürcüstanda torpaq sürüşməsi baş verib
12:33 05.05.2025
Nikaraqua UNESCO-dan çıxdığını bəyan edib
12:27 05.05.2025
"Bəzi dövlət məmurlarını süni intellekt əvəz edə bilər"
12:24 05.05.2025
Pakistan yeni ballistik raketi sınaqdan keçirib
12:19 05.05.2025
"Tərəflər arasında müharibə baş verərsə, dünya nizamı tamamilə dəyişə bilər" - Açıqlama
12:13 05.05.2025
Hindistanda bəbir 20 yaşlı qızı öldürdü
11:57 05.05.2025
Azərbaycan nümayəndə heyəti Türkiyədə aqrar sığorta mexanizmi ilə bağlı müzakirələr aparıb
11:55 05.05.2025
Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
11:35 05.05.2025
Bu gün Xətai rayonunun bəzi ərazilərində işıq olmayacaq
11:26 05.05.2025
Azərbaycan Dillər Universitetində Çin Gəncləri Günü qeyd olunub
11:22 05.05.2025
İran XİN başçısı Pakistana səfər edib
11:15 05.05.2025
Ələtdə inşa olunan hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq
11:13 05.05.2025
Ötən həftə 1 400 hektardan çox ərazi minalardan təmizlənib
11:08 05.05.2025
Azərbaycan Ordusunun dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
11:00 05.05.2025
Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində ardıcıl işlər aparılır
11:00 05.05.2025
Astanada 600-dən çox uşaq nadir fotomozaika portreti yaradıb
10:57 05.05.2025
" Vyetnam-Azərbaycan münasibətlərində irəliləyiş gözləyirik"
10:44 05.05.2025
Çərəzlərin hansı faydaları var ?
10:41 05.05.2025
Myanmada silsilə zəlzələlər qeydə alındı
10:34 05.05.2025
Ramin Məmmədov Vyetnama səfərə gedib
10:32 05.05.2025
Azərbaycanda əczaçılıq sənayesinə həsr olunmuş ilk beynəlxalq tədbir keçirilir
10:28 05.05.2025
İran Azərbaycan və Gürcüstana TRACECA çərçivəsində tranzit dəhliz yaratmağı təklif edir
10:26 05.05.2025
Roma Papası Fransiskin avtomobili Qəzzada səyyar tibb məntəqəsi kimi istifadə ediləcək
10:25 05.05.2025
Abşeron Milli Parkında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
10:17 05.05.2025
Türkiyə və Şimali Kipr liderləri “TECHNOFEST-2025”də Azərbaycan komandasını mükafatlandırıblar
10:11 05.05.2025
Sudanda üsyançılar Port Sudan aeroportuna PUA-larla hücum ediblər
10:05 05.05.2025
Azərbaycanın cüdo yığması İstanbulda keçirilən Avropa Kubokunu 7 medalla başa vurub
10:00 05.05.2025
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib
09:29 05.05.2025
Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr edilmiş xatirə lövhəsi açılıb
09:14 05.05.2025
Belarusun Baş naziri Azərbaycana səfərə yollanıb
09:11 05.05.2025
Çilidə güclü zəlzələ baş verib
07:33 05.05.2025
İran 1 200 km uçuş məsafəsinə malik ballistik raketi uğurla sınaqdan keçirib
05:45 05.05.2025
Azərbaycan səfiri Əfqanıstanın Ətraf Mühit Agentliyinin rəhbəri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
04:18 05.05.2025
Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib
00:22 05.05.2025
Bu gün görkəmli şair Əhməd Cavadın anadan olmasından 133 il ötür
00:03 05.05.2025
Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
00:00 05.05.2025
Hamısı