"Tərəflər arasında müharibə baş verərsə, dünya nizamı tamamilə dəyişə bilər" - Açıqlama

Ekspert rəyi 12:13 05.05.2025

Cənubi Asiyanın iki nüvə nəhəngi yenidən üz-üzə gəldi. Belə ki, aprelin 24-də Cəmmu və Kəşmir vilayətində 26 turistin həyatını itirdiyi silahlı hücum, sözügedən ölkələr arasında sönmüş ocaqları alovlandırdı. Nəticə etibarilə Hindistan, baş verənlərə görə Pakistanı ittiham edərək, hava nəqliyyatını, ticarəti dayandırıb, diplomatik münasibətlərin səviyyəsini endirdi. Eləcə də ölkədəki səfirliyinin əməkdaşlarının sayını yarıbayarı azaltdı. Cavabında isə Pakistan, hindistanlı hərbi məsləhətçiləri ölkədən çıxarıb, qarşı tərəfin aviaşirkətlərinə öz hava məkanını bağladı. Bu tədbirlərin ardınca, Pakistanın müdafiə naziri Xavadja Məhəmməd Asif ölkəsinin tam döyüş hazırlığı vəziyyətində olduğunu söyləyərək, ağıllarda müharibə ehtimalını yaratdı. Maraqlıdır, müharibə təhlükəsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı EDnews-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, Hindistanla Pakistan arasında süni münaqişə yaratmaq istəyən güc mərkəzləri mövcuddur:

Natiq-Miri.jpg

"Dünyada bir sıra terror təşkilatları var ki, onlar bir növ qlobal güclərin geosiyasi aləti olaraq istifadə olunur. Hindistan ərazisində belə bir xaos, ölkələrin qarşı-qarşıya qalması da bunun göstəricisi hesab oluna bilər. Çünki heç bir araşdırma, dəqiq sübutlar olmadan başda ABŞ olmaqla, bir sıra dövlətlər birtərəfli qaydada Hindistanı dəstəklədiklərini bəyan etdilər. Lakin bu, yanlış addım olub, Pakistana təzyiq xarakteri daşıyır. Belə bir təzyiqin arxasında isə ölkənin "ram" edilməsi, müsəlman dünyasından ayrılması kimi ciddi niyyətlər durur. Sözügedən şəraitdə tərəflərin addımları, edilən çıxışlarını müharibə təhlükəsi kimi dəyərləndirmək düzgün deyil. Nə qədər əvvəlki dövrlər ərzində bu ölkələr arasında müəyyən hərbi toqquşmalar və ara-sıra sərhəddə atışmlar, müxtəlif artilleriyalardan istifadə olsa da, bugünkü şəraitdə münaqişəni başlatmaq çox böyük məsuliyyət və təhlükə öhdəliyini almaq deməkdir. Tərəflər arasında müharibə baş verərsə, dünya nizamı tamamilə dəyişə bilər. Mövzu ətrafında Pakistan rəsmiləri tərəfindən bir sıra sensasion çıxışların mövcud olmasına baxmayaraq, demək olar ki, bunların hər biri Hindistan və onun arxasında duran "güclər" üçün çəkindirici xarakter daşıyır. Çünki dünyanın taleyinə sadəcə bu iki ölkə qərar verə bilməz".

Üçüncü dünya müharibəsi təhlükəsinə gəlincə isə, politoloq əlavə edib ki, sözügedən tərəflər arasında müharibə başlayarsa, bu üçüncü dünya müharibəsinin toxumlarının səpilməsi olacaq. Çünki həm Hindistanı, həm də Pakistanı dəstəkləyən qüvvələr mövcuddur. Lakin hər bir halda, hər kəs-bütün dünya dövlətləri baş verə biləcəklərin fərqindədir. Bu mənada, belə bir məqamda tərəflər və onların arxalarında duran güclər sözün əsl mənasında əlini daşın altına qoymalıdır.

Sözügedən müharibə təhlükəsinin ölkəmizə vəd etdikləri bağlı politoloq Sultan Zahidov bildirib ki, hazırda tərəflər "Hobs tələsi" daxilindədirlər:

Sultan-Zahidov.jpg

"Tərəflərdən birinin əməliyyata başlaması, hədəfləri vurması böyük müharibəyə gətirib çıxara bilər. Belə bir halda isə bu, nəinki Azərbaycan üçün, eləcə də bütün bəşəriyyət üçün ciddi təhdidlər törətməkdədir. Hər iki ölkə nüvə silahına malikdir və müharibə başlaya, irəliləyərsə onların nüvə silahından istifadə etməyəcəkləri dəqiq deyil. Azərbaycan iüə Pakistanla çox dərin siyasi, iqtisadi münasibətlərə malikdir. Beynəlxalq səviyyədə iki ölkə daima bir-birini daima dəstəkləyib. Əgər Hindistan-Pakistan arasında müharibə təhlükəsi baş verərsə, bu zaman Azərbaycanın mövqeyinin Pakistanın istiqamətindən olacağını demək mümkündür. Belə olduğu təqdirdə isə, Hindistanın əvvəl olduğu kimi yenə də Qafqaza yönəlmiş destruktiv siyasətini görə bilərik. Tərəflər arasında baş verənlərin Kəşmir məsələsində müəyyən həll yolu ortaya qoyacağını demək isə qeyri-realdır. Çünki bundan öncə baş verən bir neçə toqquşmalar zamanı bu məsələ özünü olduğu kimi saxlayıb. Bu baxımdan da, belə bir ehtimal çox zəifdir. Bununla yanaşı, müharibənin eskalasiyasına imkan yaradılmayacaq. Ən azından, beynəlxalq faktorlar buna şərait yaratmayacaqlar".

Aytac Kərimova//EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Hamısı