Süni intellekt hazırda dövlət qulluqçularının bəzi tapşırıqlarını yerinə yetirə bilər.
“EDnews” xəbər verir ki , “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Mask bu fikri Kaliforniyanın Beverli-Hills şəhərində Milken İnstitutunun Qlobal konfransının qapalı sessiyasında səsləndirib.
“ABŞ hökumətini səmərəsiz adlandıran İlon Maskın fikrincə, hazırda bəzi dövlət qulluqçularının yerinə yetirdiyi funksiyaları süni intellekt öz üzərinə götürməlidir”, - deyə məlumatda bildirilir.
Konfransda, həmçinin Amerikalı sahibkarın “SpaceX” və “Neuralink” kompaniyasının işləri də müzakirə olunub.
Fatimə Mərdanlı //EDnews