Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində ardıcıl işlər aparılır

Cəmiyyət 11:00 05.05.2025

BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qərarla hər il mayın 5-i Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində fəal dövlət siyasəti aparılır. Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi diqqət və qayğısı bu sahədə tədbirlərin də ildən-ilə güclənməsinə imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə sosial ödənişlərlə (pensiya, müavinət, təqaüdlər) təmin edilir. Dövlətimizin başçısının tapşırıqları əsasında 2018-ci ildən ötən dövrdə illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi icra edilib, həmin islahatlar çərçivəsində əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər də ardıcıl şəkildə artırılıb.

“EDnews” xəbər verir ki ,  ümumilikdə həmin dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artıb.

Əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi mühüm rol oynayır. Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzdə və onun filiallarında əlilliyi olan və digər həssas qruplardan olan 700-dən çox şəxs xidmətlərdən yararlanıb. Benefisiarlarla bağlı təlimlərlə yanaşı, kompleks reabilitasiya işləri də aparılır.

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda Konvensiyadan irəli gələn öhdəliklər uğurla icra edilərək, bu əsasda milli qanunvericilik də daim təkmiləşdirilir. Bunun növbəti əyani təzahürü isə bu günlərdə qəbul edilən yeni qanunvericilik aktlarıdır. Bu, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının daha da artırılmasına yönələn daha bir addım kimi qiymətləndirilə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda edilmiş dəyişikliklərlə Qanuna Azərbaycan işarət dili və əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yeni maddələr əlavə edilib. Həmin maddələrdə dövlətin əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verdiyi, Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanındığı bildirilir.

Ölkəmizdə mühüm sosial proqramlardan biri kimi, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı icra olunur. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bu proqram 5 dəfə genişlənib. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ötən dövrdə 7,7 min minik avtomobili təqdim edilib.

Son illər ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub, həmçinin yeni reabilitasiya müəssisələri yaradılıb. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində qabaqcıl dünya təcrübəsinə uyğun yeni reabilitasiya metodlarının tətbiqi ilə biopsixososial modelə əsaslanan xidmət spektri yeni istiqamətlər üzrə xeyli genişlənib. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi sahəsində də son illər mühüm addımlar atılıb. Bu məqsədlə nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.

Görülən bütün bu işlər reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayının 2018-ci ildəki 11,9 mindən 10,4 dəfə artaraq 2024-cü ildə 123,3 minə çatmasına imkan verib. Eyni zamanda, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyədək artırılaraq 34-dən 130-a çatdırılıb. Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin illik sayı 2,7 dəfə artaraq 97 minə çatıb.

Reabilitasiya vasitələri ilə təminatda mühüm yeniliklərdən biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması işləri çərçivəsində həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 492 şəxs 609 yüksək texnologiyalı protezlə təmin edilərək, aktiv həyata dönüş imkanı əldə edib. Hətta onlar idman yarışlarında da uğurla iştirak edirlər.

Ümumilikdə Azərbaycan əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların hüquqlarının etibarlı şəkildə təmin edilməsi sahəsində fəal və daim güclənən dövlət siyasətinə malik ölkələrdən biridir.

Fatimə Mərdanlı //EDnews 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Pozuntular barədə məlumat verənlər üçün təhlükəsiz mexanizmlər yaradılmalıdır"
11:32 24.05.2025
Ukrayna məhkəməsi Dağıstan rəhbəri haqqında həbs qərarı verdi
10:28 24.05.2025
Qızılın qiyməti 3400 dollara yaxınlaşıb
09:22 24.05.2025
Trampın Yaxın Şərq triumfu: İnqilablarla yox, bizneslə fəth
09:19 24.05.2025
ABŞ və Aİ-də islamofobiya güclənir"
06:37 24.05.2025
ABŞ Suriyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını dayandırdı
05:35 24.05.2025
Virtz "Liverpul"a keçmək istəyir
00:40 24.05.2025
"Napoli" dördüncü dəfə ölkə çempionu oldu
00:33 24.05.2025
İlon Maskla Ağ Ev arasındakı münasibətlər niyə soyuyub?
20:49 23.05.2025
Tramp ABŞ Universitetlərindən Nə İstəyir?
19:20 23.05.2025
Yunan Mifologiyası Dünya Elminə nə qatdı?
14:40 23.05.2025
Çin ABŞ-nin yerini niyə tuta bilməz?
13:29 23.05.2025
ABŞ Sudana qarşı sanksiyalar tətbiq edəcək
12:46 23.05.2025
Məleykə Abbasova buraxılış imtahanın nəticələrindən danışdı
11:31 23.05.2025
Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlandı
11:05 23.05.2025
Hojlund "Fənərbaxça"ya gəlir?
11:01 23.05.2025
Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib
11:01 23.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
10:03 23.05.2025
Fransanın müstəmləkəçilik cinayətləri: Diri-diri yandırılan insanların qanı qumda batırılıb -FAKTLAR
10:00 23.05.2025
Muslera "Qalatasaray"-dan gedir
09:35 23.05.2025
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
09:16 23.05.2025
ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir
08:36 23.05.2025
Bakı Qlobal Şəhərlər indeksində 58 pillə irəlilədi
07:51 23.05.2025
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb
07:09 23.05.2025
“Forbes” Rusiyanın ən zəngin varislərinin adlarını açıqlayıb
05:43 23.05.2025
Avropa Liqasının "ən yaxşı"-sı müəyyənləşdi
01:54 23.05.2025
Böyrək xərçənginin yeni simptomları açıqlanıb
01:04 23.05.2025
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər
00:29 23.05.2025
Serbiya Vahid Avro Ödəniş Sahəsinə (SEPA) üzv olub
00:02 23.05.2025
Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
Hamısı